DİN və Baş Prokurorluğun birgə məlumatında deyilir

DİN və Baş Prokurorluğun birgə məlumatında deyilir
  • 22-08-2019, 17:09
  • 2001 dəfə oxunub

Azərbaycan Baş Prokurorluğu Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun bu idarəyə çağırılması haqqında məlumat yayıb.

DİN və Baş Prokurorluğun birgə məlumatında deyilir ki, çağırış T.Yaqublunun "facebook" sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə reallığa uyğun olmayan, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmağa xidmət etməsi, ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn təxribat xarakterli cəhdlər etməsi ilə bağlı olub.

Qeyd olunanlarla bağlı T.Yaqublu Baş Prokurorluğa dəvət edilərək, dövlətin həyata keçirdiyi məqsədyönlü tədbirlərin üzərinə kölgə salmağa xidmət edən həmin məlumatların yayılmasını gələcəkdə davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib, deyə məlumatda qeyd edilir.

Daha sonra məlumatda bildirilir ki, DİN və Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş açıq çağırışlar, vətəndaşlarda dövlətə inamsızlıq yaradılması, qanunsuz etiraz aksiyaları keçirilməsi, hakimiyyəti ələ keçirmək, konstitusiya quruluşunu zorla dəyişdirmək çağırışları və digər qanunazidd əməllərin qarşısının qətiyyətlə alınacağı barədə xəbərdarlıq edir.

Öz növbəsində, Tofiq Yaqublu  bildirib ki, Baş Prokurorluqda ona Facebook-dakı bir çox statuslarının surətlərini göstəriblər.

"Sübut eləməyə çalışırdılar ki, guya mən hakimiyyəti zorla devirməyə , iğtişaşa, terrora çağırışlar edirəm. Amma orada belə bir şey yoxdur və heç bir konkret fakt göstərməyiblər", deyə Yaqublu bildirib.

Bununla belə, o, hakimiyyəti tənqid etdiyini və bundan sonra da edəcəyini vurğulayıb. "Hakimiyyəti sərt tənqid edirəm. Deyirəm ki, legitim hakimiyyət deyil. Korrupsiyaçıdır. Seçkiləri

saxtalaşdırırlar. Ölkədə insan azadlılqarı təmin olunmur. Hakimiyyətdəkilər də qeyri-qanuni yolla

varlanıblar. Deyirəm, yenə də deyəcəyəm. Bu da onların xoşuna gəlmir", deyə Yaqublu bildirib.

O qeyd edib ki, qanun əsasında fəaliyyətini davam etdirəcək. Yaqublu DİN-i və Baş Prokurorluğu rejimin cəza dəstələri adlandırıb.

"Mən əvvəlki fəaliyyətimi davam etdirəcəyəm. Həbs edəndə də edəcəklər. Mən də vəkil tutacağam. Başqa atacağım addım yoxdur", deyə Yaqublu bildirib.

Media hüquqları sahəsində ekspert Xalid Ağaliyev DİN və Baş Prokurorluğun xəbərdarlığını Turan-a şərh edərkən qeyd edib ki, hakimiyyəti zorla dəyişdirmək çağırışı olduqda ifadə azadlığı məhdudlaşdırıla bilər. Amma hökumətə etiraz bildirmək üçün küçələrə çıxmaq çağırışları və ya hakimiyyətin tənqidi hakimiyyəti zorla dəyişdirmək çağırışı deyil. Onun sözlərinə görə, güc qurumlarının xəbərdarlığı qorxutma xarakteri daşıyır.

Media hüquqları sahəsində digər ekspert Ələsgər Məmmədli də qeyd edib ki, ifadə azadlığı yalnız milli təhlükəsizlik, ərazi bütövlüyü, ictimai asayişin təmin edilməsi məqsədilə, cinayətlərin qarşısının alınması, sağlamlığın müdafiəsi, digər şəxslərin hüquqlarının müdafiəsi və s. üçün məhdudlaşdırıla bilər. Bütün bunlar ölkə Konstitusiyasında və Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə əksini tapıb.

Bütün digər hallarda heç kim ifadə azadlığına görə təqibə məruz qoyula bilməz. Baş Prokurorluq və DİN-in bu cür xəbərdarlıqlarla çıxış etməsi yolverilməzdir. Bu, vətəndaşların qorxudulmasından başqa bir şey deyil. Hüquq-mühafizə orqanlarının məntiqinə əsaslansaq, istənilən tənqidi qanun pozuntusuna aid etmək olar, deyə ekspert qeyd edib.


MilliQazet.Info Son Xəbərlər:
Azәrbaycanın Almaniya problemiOqtay Gülalıyevin ağ ciyərinə infeksiya düşübYeni bəyanatımız polis təziqləridirArif Hacılı saxlanıldıBu gün Konstitusiya günüdürDualarımızı Oqtay Gülalıyevdən əksik etməyəkAzərbaycan Hakimiyyətinin müxalifətcilərə basqısı davam edirHakimiyyətin Müsavatdan qorxduğunu sübut edirSağlamlığımızı qoruyaqŞahmatçımız dördüncü turda oynayacaqSeysmoloji Xidmət Mərkəzinin məlumatı varNoyabrın 12-də mitinq var Bakı Şəhər İcra Hakimiyyətinin qarşısıAzər İsmayıl polisə cağrıldıİlham Əliyevin kini Fuad Qəhrəmanlını zindanda tuturIşın Karaca və Tuğrul Odabaş boşanır.Ərdoğanı və Trampa telefon söhbətiAğdamın “Qarabağ” kulubu oyun öncəsi son məşqini keçirib.Jurnalistə sui qəst olub“Facebook”da dəyişiklik varAtasının həpsinnən qorxan qız şəkər xəstəliyinə tutulduHava haqqında məlumatSiyasi məhbusların sayı artırHakim jurnalistin müraciətini təmin etməyibRealda nə baş verir?Günahını yumaq istəyən Əliyev hakimiyyətiYeni masa toplantısı kecirildiValyuta məzənnəsiXarici şirkətlər ofisini bağlayırOqtay Gülalıyevin vəziyyəti stabil agır olaraq qalmaqdadırİnternet azadlığı olmayan ölkələrƏli Kərimlidən yeni nəfəsCümşüd Nuriyevin gözəl kəlmələriTıxacları aradan qaldırmaq lazımdır“ASAN xidmət” tikilməsi üçün pul ayrıldıYeni konpaniya başlayırHava dəyişəcəkYeni telefon danışıgıXamenei əsəbləşdiMübariz Mənsimov yardım sevər oldugunu bir daha sübut etdiTofiq Yaqubluya həpsdə işgəncə olunubƏliabbas Rüstəmov azadlıqdaAXCP hakimiyyət tərəfindən hücumlara məruz qalır2 Noyabr mitinqinə təhlükələr vardıTəhsil naziri zəngləri hesabını verdiAzəriqaz maaşları vermirDonald Trump dövlət katibini dəyişmək istəyirHava necə olacaqMitinqlərimiz müzakirəyə cıxarıldıHakimiyyət 49 cu maddəni yenədə pozur 2 Noyabr mitinqinə xalq hazır olsunTürkiyə yeni cagırış edibLökbatanda Mitinq icazəsi hakimiyyətin yeni oyunuSeymur Həzinin 30sutkalıq faciyyəsiHüquq müdafiyyəcisinə suiqəst olunubAzərbaycanda din ayrı seckiliyi başlayırDünyanın yaşıl meydanlarında futbol oyunlarıAfaq xanımı təbrik edirikRöyanın puluynan dolanıramMüraciətinizə baxa biləcək məmurlar qullugunuzdadırDaha bir müxalifətci mitinq öncəsi saxlanıldıTri mişkatiyorSevginin rəngi olmurYenilənən hava məlumatı`Azərsu` yenə qanunları pozurƏfqanıstanda ölən və yaralananlar varTəstiqləndi Əbu Bəkir əl Bağdadini məhv edildiBadamdarda sürüşmə səbəbi bilimdi`Neftçi`qalib gəldiBu günü unutmaq olmazEvo Moralesin prezident seçilibBu günün futbol oyunlarıPrezident İlham Əliyev və Ruhaninin görüşüPaşayevlər klanı öndədiDiktatorların suni qələbəsiXalqını tanımayan Deputatın fikirinə yanaşmamBu oyun da hec hecə bitdi “Qarabağ” və “APOEL” 2-2Mikayıl Cabbarov 4 nazirliyin yükünü daşıyacaqHakimiyyətin yeni arsızlıgı Bu yaşdan sonra mədəniyyətDəhşətlər durmur kütləvi ölümlər baş verməkdədirMən adımla fəxr edirəm Nadir QafarzadəZoraklıga son qoymalısınızDaha bir bəyanat Freedom Housedan gəldiNazirin yeni mavini Bunun adı islahatdırMən millətim ücün canımdan kecərəmAzərbaycanda mediya azad deyil əngəllər varMən etiraf edirəm Media bizim əlimizdədi5 İldən sonra 15 gün həps olunan Seymur Həzi şərləndiMöcüzələrdən xəbəriniz varmıQadına şiddət Şou biznesdəMəruzəçilərdə narazılıq edirAzərbaycanın qara günləri başlayırYenilənmiş bəyanat var ABŞ larındanŞərlənən Əli Kərimli böyük ittihamdır.Qanunsuzluq edən Penitensiar XidmətƏliyev hakimiyyətinin islahatları davam edirÇempionlar Liqasının oyunları başlayacakRobert Köçəryan həbsxanaya qaytarılıb.Dunya Miyatoviçin hakimiyyətə sərt sözləriAzərbaycanda Media hüquqları qorunmurQaz olmayacaqZəlzələ olub