Orta məktəblərdə təhsil səviyyəsi, keyfiyyəti çox aşağıdır

Orta məktəblərdə təhsil səviyyəsi, keyfiyyəti çox aşağıdır
  • 23-09-2019, 15:21
  • 609 dəfə oxunub

Statistika məlumatlarına əsasən, bu il 46814 abituriyent 150 və daha yuxarı bal yığaraq, ixtisas seçmək hüququ əldə edib.Bu il birinci ixtisas qrupu üzrə qəbul imtahanında təkcə bir abituriyent 690-700 bal yığıb, baxmayaraq ki, keçən il 56 nəfər bu göstəriciyə nail olmuşdu.Bu il 14 abituriyent 680-689 bal yığıb, ötən il isə bu göstəricini 52 abituriyent əldə etmişdi.Bu il 46 abituriyent 660-669 bal qazana bilib, ötən il isə 86 nəfər bu göstəriciyə nail olmuşdu. Ekspertlər göstəricilərin pisləşməsinin səbəbini yeni imtahan modelində görürlər. Belə ki, bu il imtahanlar iki mərhələdə keçirilib - orta məktəbdə buraxılış imtahanı və ali məktəbə qəbul imtahanı. Sonradan onların nəticələri cəmlənib.Bundan başqa, bu il abituriyentlər təkcə testlərə cavab verməyiblər, onlara yazılı cavab tələb edən suallar verilib.Bu ilki qəbul imtahanının nəticələri haqda təhsil məsələləri üzrə ekspert Kamran Əsədov ASTNA-ya danışıb.

 

***

-Kamran bəy, statistika məlumatlarına əsasən, bu il 46814 abituriyent 150 və daha yuxarı bal yığaraq, ixtisas seçmək hüququ əldə edib. Bu il abituriyentlərin az bal yığmasının səbəbi nədir?

-İlk növbədə qeyd etmək istəyirəm ki, bu il qəbul imtahanında I-IV ixtisas qrupları üzrə abituriyentlərin 46.4%-i 200-dən az bal toplayıb. Qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür. 0-700 bal diapazonunu şərti olaraq (0-199), (200-299), (300-499), (500-700) intervallarına bölərək, ənənəvi "2","3","4","5" qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, bu il abituriyentlərin 46.4 faizi imtahandan "2", 18.4%-i "3", 23.6%-i "4", 11.7%-i isə "5" qiymət alıb. Ötən il bu göstəricilər, uyğun olaraq, 48.7%, 18.4%, 22.9%, 10.0% olub. Göründüyü kimi, bu il "2" qiymət alanların faizi nisbətən azalıb, "3" qiymət alanların faizi dəyişməmiş, "4" və "5" qiymət alanların faizi isə artıb. Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb. Qəbul olanların topladıqları balların 29.7%-ni "3", 42.7%-ni "4", 21.0%-ni isə "5" qiymət alanlar təşkil edib. Ötən il bu göstəricilər, uyğun olaraq 32.9%, 44.4%, 19.1% olub. V ixtisas qrupu üzrə ərizə verib qəbul imtahanında (cari ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında) iştirak edən və qəbul olan abituriyentlərin 5.2%-nin topladığı bal 40-dan aşağıdır. Bu imtahanlarda toplanılması mümkün olan maksimal bal 300-dür. Qəbul olan abituriyentlər arasında 25-dən az bal toplayan yoxdur. Qəbul imtahanlarında iştirak edənlərin əksəriyyətinin imtahan nəticəsi (60-69) və daha aşağı bal intervallarında yerləşdiyi halda, qəbul olan abituriyentlərin nəticəsi əsasən (80-89) və (90-100) bal intervallarında daxildir.

-Yerli mediaya verdiyiniz açıqlamalarınızda göstəricilərin pisləşməsinin səbəbi kimi yeni imtahan modelini vurğulamısız. Belə ki, bu il imtahanlar iki mərhələdə keçirilib - orta məktəbdə buraxılış imtahanı və ali məktəbə qəbul imtahanı. Sonradan onların nəticələri cəmlənib. Sizcə, abituriyentlərin yaxşı nəticə göstərməməsinin məsuliyyəti DİM, yoxsa Təhsil nazirliyinin üzərindədir?

-Məlum olduğu kimi cari ildə abituriyentlər iki dəfə imtahan vermək imkanı əldə ediblər. Eyni ixtisas qrupu üzrə hər iki imtahanda iştirak edən abituriyentlərin imtahan nəticələri təhlil olunarkən belə məlum olub ki, abituriyentlərin ikinci imtahandakı nəticələri birinci imtahandakı nəticələrindən nisbətən yaxşı olub və bu imtahanların hər ikisində iştirak edən abituriyentlərin nəticələri arasındakı fərqin orta qiyməti 2.66 bala bərabər olub. Abituriyentlərin təxminən 69-70%-nin bu iki imtahanda əldə etdikləri nəticələri arasındakı fərq 50 baldan, 93-94%-nin isə 100 baldan aşağı olub.

-Ola bilər ki, DİM-in tətbiq etdiyi imtahan modeli gözlənilən effekti verməsin, uğursuz olsun. Amma həm də orta məktəblərdən çıxan şagirdlərin təhsil səviyyəsinə nazirlik cavabdehlik daşıyır. Yəni bu göstəricilər həm də orta məktəblərdə verilən təhsilin keyfiyyətini göstərmirmi?

-Bildiyiniz kimi 2019-cu ildən DİM ali məktəblərə qəbul imtahanlarında ciddi şəkildə dəyişiklik edəcək. Yenilik bundan ibarətdir ki, Tam (11 illik) orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilmə (buraxılış) imtahanları isə bir mərhələdə - tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcəkdir. Bu mərhələdə şagirdlərin bilikləri yeni təhsil proqramları (kurikulum) əsasında, tələb olunan bacarıq və vərdişlərin yoxlanılması üçün açıq və qapalı tipli tapşırıqlardan istifadə olunmaqla qiymətləndiriləcəkdir. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanı 5 ixtisas qrupu üzrə aparılacaq. Abituriyentlər I, II,III və IV qrupa aid ixtisaslara qəbul olmaq üçün 3 fənn üzrə imtahan verəcəklər. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq. V ixtisas qrupunun ixtisaslarına və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər əlavə olaraq qabiliyyət imtahanı da verəcəklər. Əlbəttə ki, bu dəyişiklik labüd idi. Belə ki, 2008-ci ildən başlayaraq respublikanın bütün ümumi təhsil müəssisələrinin I siniflərində yeni təhsil proqramları (kurikulumlar) tətbiq edilməyə başlandı. Yeni sistemdə təhsil alan ilk şagirdlər bu il - 2017-ci ildə respublikada icbari təhsil səviyyəsini (IX sinfi) başa vurdular. Bu imtahanlarda respublika şagirdlərinin dil bacarıqları və riyazi bacarıqlar üzrə səviyyələrini öyrənmək, həmin bacarıqları daha dəqiq və etibarlı ölçə biləcək qiymətləndirmə mexanizmini işləyib hazırlamaq məqsədilə onlara yazı işi (eləcə də esse) tapşırıqları təqdim edilmişdi. Yeni imtahan modelinin hazırlanmasında məhz monitorinq imtahanlarının nəticələrinin elmi-statistik təhlili başlıca rol oynayır. Kurikulum üzrə tələb olunan standartların necə yoxlanıla biləcəyi, bacarığın ölçülməsi üçün hansı alətlərdən istifadə olunacağı, tapşırıqların sayı və çətinlik dərəcələrinin müəyyən edilməsində monitorinq imtahanlarının nəticələrinin əsaslı təhlili dayanır. Bütün bunlara görə 2019-cu ildə tətbiq olunacaq yeniliklər təhsildə islahatlar prosesinin tərkib hissəsidir. Amma DİM tərəfindən elan edilmiş 2019-cu ilin qəbul imtahanları üçün ixtisas fənləri ilə bağlı müəyyən uyğunsuzluqlar var. Belə ki, Təmayüllər üzrə siniflər bölünəndə Riyaziyyat-iqtisadiyyat yəni II Qrup istiqamətində dərslərdə Ümumu tarix nəzərdə tutulmayıb və dərs setindən çıxarılıb.Yeni qaydalarda isə II Qruplarda Ümumi tarixdə daxil olmaqla Tarix fənnindən imtahan olacaq.Əvvəllər isə Azərbaycan tarixindən imtahan olurdu. Yəni 2019-cu ildə şagird təmaüldə keçirilməyən fəndən imtahan verməli olacaq. Bundan başqa 2019-cu ildə tətbiq olunacaq yenilikdə ixtisas qurupundakı fənlərdə say uyğunsuzluğu var. DİM elan etmişdi ki, abituriyentlər 3 fəndən buraxılış, 3 fəndən də qəbul imtahanı verəcəklər. Lakin elan olunmuş ixtisas qruplarında bu gözlənilməyib.

Uyğunsuzluq bununla bitmir. Heç bir ixtisas qrupunda Xarici dil fənni yoxdur. Digər qrupları anlamaq olar. Amma II və III qrupda Xarici dilin olması zəruri idi. Düzdür, buraxılış imtahanlarında Xarici dil fənni var, lakin buraxılış imtahanlarında istifadə olunan test tapşırıqlarının səviyyəsi ilə qəbul imtahanları eyni səviyyədə deyil . Belə ki, buraxılış imtahanları bir az sadə təşkil olunur. Çünki, buraxılış imtahanlarının iştirakçılarının heç də hamısı qəbul imtahanlarında iştirak etməyəcələr. Onların bəzisi təhsilini orta ixtisas təhsili müəssisələrində, bir qismi də xarici ölkələrdə davam etdirəcək.

-Niyə orta məktəblərdə təhsil səviyyəsi, keyfiyyəti bu qədər aşağıdır? Və niyə orta məktəblərdə şagirdlər və valideynlər, eləcə də müəllimlər bütün fənllərin qavranılmasına fokuslanmırlar, yalnız ali məktəbə qəbulu məqsəd kimi görürlər?

-Bu gün Azərbaycanda orta məktəb proqramının çətinləşməsi, qəbul imtahanlarının ağır formatda təşkili valideynləri kütləvi şəkildə və demək olar ki, məcburi olaraq övladlarını repititor yanına göndərməyə yönəldir. Təəssüfləndirici hal ondan ibarətdir ki, artıq təkcə valideynlər 10 və 11 sinifdə oxuyan şagirdləri yox, eyni zamanda 1 , 2 , 3-cü sinif şagirdlərini də hazırlıq kurslarına, repetitor yanına göndərirlər. Əlbəttə ki, valideynlər çalışır ki, övladları yaxşı təhsil alsın . Halbuki, onlar bu təhsili həm bir vəsait ödəmədən orta məktəblərdə almalıdır. Məktəb yaşları şagirdin uşaqlıq illəridir. O cəmiyyətə bu dövrdə əldə etdiyi psixoloji durumla daxil olur, nəinki əldə etdiyi biliklərlə. Bilik daimi deyil, amma şagirdlərin uşaq yaşlarında ağır təhsil yükü ilə bağlı aldığı psixoloji travma daimidir. Son vaxtlar təzə bir dəb halını almış xoşagəlməz tendensiya başlayıb. Hazırlıq kursları ancaq kommersiya məqsədləri üçün azyaşlı uşaqlar üçün sınaq imtahanı keçirir. İmtahanın keçirilməsinin bir neçə vacib nüansı var: siz bu İmtahanı hansı məqsəd üçün keçirirsiniz, harda keçirirsiz və hansı nəticəni gözləyirsiz. Təəssüf ki, hazırlıq kurslarının təşkil etdiyi sınaq imtahanlarında istifadə olunan test tapşırıqları şagirdlərin yaş həddinə, psixoloji durumuna, bilik və bacarıqlarına uyğun deyil. Belə ki, test tapşırığı tərtib edən şəxslərin heç birinin orta məktəb təcrübəsi yoxdur. Onlar müxtəlif resurslardan istifadə edərək əldə etdiyi testləri azyaşlı uşaqların önünə təqdim edirlər. Bu zaman az bal toplayan şagird həm psixoloji cəhətdən narahat olur, həm də valideynlər övladlarına fiziki və digər təzyiqlər edirlər. Hazırlıq kurslarının təşkil etdiyi sınaq imtahanlarının heç biri təhsilin inkişafına, şagirdlərin bilik və bacarıqlarının artırılmasına xidmət etmir. Bu çətin təşkil olunmuş sınaq imtahanlarının yalnız kommersiya məqsədləri var. İmtahanda iştirak edən şəxslərin şəxsi məlumatlarını götürən hazırlıq kurslarının əməkdaşları sonra bütün valideynlərə zəng edib, əlaqə saxlayıb onların övladlarını öz kurslarına cəlb etmək istəyirlər. Vəd edirlər ki, onların övladlarının nəticəsi artacaq. Kursa cəlb olunmuş şagirdləri bir müddət sonra asan test tapşırığı ilə yenidən imtahan edirlər və şagirdlər yüksək nəticə əldə edir. Bunu ardınca həmən o saxta yolla əldə edilmiş yüksək nəticəni valideynlərə göstərib məhz onların fəaliyyəti nəticəsində nəticənin əldə olunduğunu deyirlər. Dünyanın inkişaf etmiş ölkələrində şagirdlər IX sinifə qədər heç bir imtahana cəlb olunmur.

-Sizcə, orta məktəblərdə təhsilin keyfiyyətini artırmaq, repetitora ehtiyac olmadan orta məktəbin verdiyi təhsilə söykənərək abituriyentlərin ali məktəblərə qəbul prosesində uğurlar əldə edilməsi üçün hansı addımlar atılmalıdır? Və konkret ali məktəblərə qəbul üçün hansı imtahan modeli tətbiq olunmalıdır?

 

-İlk növbədə qeyd etmək istəyirəm ki , Azərbaycanda repetitorluq fəaliyyəti 1992-ci ildə test üsulunun tətbiqindən sonra geniş şəkildə başlayıb. Artıq cəmiyyətdə ali məktəblərə hazırlığın repetitor vasitəsi ilə aparılması ənənəsi möhkəmlənib. İş o yerə çatıb ki, valideynlər indi təkcə yuxarı sinif şagirdlərini deyil, ibtidai siniflərdə oxuyan uşaqları da dərsdən sonra müəllim yanına hazırlığa göndərirlər. Səbəb də əlbəttə ki , orta məktəblərdə təhsilin keyfiyyəti aşağı olmasıdır . Hazırda repetitorluqla məşğul olan müəllimlər bir şagirdi 50-150 manata hazırlaşdırırlar.Repetitorluqla məşğul olan müəllimləri bir necə kateqoriyaya bölsək, əsas üstünlüyü orta məktəbdə işləyən və ümumiyyətlə təhsil sistemində işləməyənlər təşkil edir. Orta məktəb müəllimi kimi aldığı maaş ailəsinin dolanışığına çatmadığından, dərsdən evə gələndən sonra mənzilindəcə repetitorluq fəaliyyətilə məşğul olan yəni uşaq hazırlaşdıran kifayət qədər müəllim var. Onlar 100-200 manat məvacib alırlar. Əlbəttə ki, bu məbləğ yaşamaq üçün kifayət deyil. Orta məktəb müəllimlərinin xərcləri təkcə özləri deyil, onlar həm də məktəbə, direktora pul verir ki, onlara şərait yaratsın. Yazıq müəllim neyləsin...? Məcbur olub evdə repetitorluq edirlər. Guya dərsdən sonra istirahət etməyi onlar istəmir? Əmək haqqı kifayət qədər olmadığına görə müəllimlər repetitorluq etməyə məcburdur. Təklif edirəm ki, repetitorluqla mübarizə yox, onun leqallaşması, rəsmiləşdirilməsi və bu işin təşkili vacibdir. Təəssüf ki, müəllimlik ixtisasları üzrə universitetlərə qəbul zamanı ən aşağı bal ilə məhz ibtidai sinif müəllimi olmaq istəyənlər qəbul olunurlar. Nəticə etibarilə bu sahə ilə məşğul olan şəxslərin də bilik və bacarıqlarını aşağı səviyyədə olur.


MilliQazet.Info Son Xəbərlər:
Yeni bəyanatımız polis təziqləridirArif Hacılı saxlanıldıBu gün Konstitusiya günüdürDualarımızı Oqtay Gülalıyevdən əksik etməyəkAzərbaycan Hakimiyyətinin müxalifətcilərə basqısı davam edirHakimiyyətin Müsavatdan qorxduğunu sübut edirSağlamlığımızı qoruyaqŞahmatçımız dördüncü turda oynayacaqSeysmoloji Xidmət Mərkəzinin məlumatı varNoyabrın 12-də mitinq var Bakı Şəhər İcra Hakimiyyətinin qarşısıAzər İsmayıl polisə cağrıldıİlham Əliyevin kini Fuad Qəhrəmanlını zindanda tuturIşın Karaca və Tuğrul Odabaş boşanır.Ərdoğanı və Trampa telefon söhbətiAğdamın “Qarabağ” kulubu oyun öncəsi son məşqini keçirib.Jurnalistə sui qəst olub“Facebook”da dəyişiklik varAtasının həpsinnən qorxan qız şəkər xəstəliyinə tutulduHava haqqında məlumatSiyasi məhbusların sayı artırHakim jurnalistin müraciətini təmin etməyibRealda nə baş verir?Günahını yumaq istəyən Əliyev hakimiyyətiYeni masa toplantısı kecirildiValyuta məzənnəsiXarici şirkətlər ofisini bağlayırOqtay Gülalıyevin vəziyyəti stabil agır olaraq qalmaqdadırİnternet azadlığı olmayan ölkələrƏli Kərimlidən yeni nəfəsCümşüd Nuriyevin gözəl kəlmələriTıxacları aradan qaldırmaq lazımdır“ASAN xidmət” tikilməsi üçün pul ayrıldıYeni konpaniya başlayırHava dəyişəcəkYeni telefon danışıgıXamenei əsəbləşdiMübariz Mənsimov yardım sevər oldugunu bir daha sübut etdiTofiq Yaqubluya həpsdə işgəncə olunubƏliabbas Rüstəmov azadlıqdaAXCP hakimiyyət tərəfindən hücumlara məruz qalır2 Noyabr mitinqinə təhlükələr vardıTəhsil naziri zəngləri hesabını verdiAzəriqaz maaşları vermirDonald Trump dövlət katibini dəyişmək istəyirHava necə olacaqMitinqlərimiz müzakirəyə cıxarıldıHakimiyyət 49 cu maddəni yenədə pozur 2 Noyabr mitinqinə xalq hazır olsunTürkiyə yeni cagırış edibLökbatanda Mitinq icazəsi hakimiyyətin yeni oyunuSeymur Həzinin 30sutkalıq faciyyəsiHüquq müdafiyyəcisinə suiqəst olunubAzərbaycanda din ayrı seckiliyi başlayırDünyanın yaşıl meydanlarında futbol oyunlarıAfaq xanımı təbrik edirikRöyanın puluynan dolanıramMüraciətinizə baxa biləcək məmurlar qullugunuzdadırDaha bir müxalifətci mitinq öncəsi saxlanıldıTri mişkatiyorSevginin rəngi olmurYenilənən hava məlumatı`Azərsu` yenə qanunları pozurƏfqanıstanda ölən və yaralananlar varTəstiqləndi Əbu Bəkir əl Bağdadini məhv edildiBadamdarda sürüşmə səbəbi bilimdi`Neftçi`qalib gəldiBu günü unutmaq olmazEvo Moralesin prezident seçilibBu günün futbol oyunlarıPrezident İlham Əliyev və Ruhaninin görüşüPaşayevlər klanı öndədiDiktatorların suni qələbəsiXalqını tanımayan Deputatın fikirinə yanaşmamBu oyun da hec hecə bitdi “Qarabağ” və “APOEL” 2-2Mikayıl Cabbarov 4 nazirliyin yükünü daşıyacaqHakimiyyətin yeni arsızlıgı Bu yaşdan sonra mədəniyyətDəhşətlər durmur kütləvi ölümlər baş verməkdədirMən adımla fəxr edirəm Nadir QafarzadəZoraklıga son qoymalısınızDaha bir bəyanat Freedom Housedan gəldiNazirin yeni mavini Bunun adı islahatdırMən millətim ücün canımdan kecərəmAzərbaycanda mediya azad deyil əngəllər varMən etiraf edirəm Media bizim əlimizdədi5 İldən sonra 15 gün həps olunan Seymur Həzi şərləndiMöcüzələrdən xəbəriniz varmıQadına şiddət Şou biznesdəMəruzəçilərdə narazılıq edirAzərbaycanın qara günləri başlayırYenilənmiş bəyanat var ABŞ larındanŞərlənən Əli Kərimli böyük ittihamdır.Qanunsuzluq edən Penitensiar XidmətƏliyev hakimiyyətinin islahatları davam edirÇempionlar Liqasının oyunları başlayacakRobert Köçəryan həbsxanaya qaytarılıb.Dunya Miyatoviçin hakimiyyətə sərt sözləriAzərbaycanda Media hüquqları qorunmurQaz olmayacaqZəlzələ olubYeni Prezident seckisi baş tutubƏli Kərimli ölümcəsinə döyüldü