Diktator ölkəni tərk et

Diktator ölkəni tərk et
  • 18-10-2019, 10:28
  • 696 dəfə oxunub

Ölkədə 8 oktyabrla başlanan etirazların dalğası uzaq ölkələrdə yaşayan həmvətənlərimizi də hərəkətə gətirib. Son illərdə müxtəlif səbəblərdən vətəni tərk etmək məcburiyyətində qalan və iqtidarın düşmən elan etdiyi bu insanlar ölkədə dəyişikliyi hər kəsdən artıq istəyirlər, təbii. Çünki illərdir öz doğmalarının üzünə həsrətdir o insanlar. Çoxlarının valideynləri, yaxınları dünyadan köçəndə belə ölkəyə qayıtmaq imkanları olmayıb. Və Milli Şuranın oktyabrın 19-na təyin etdiyi etiraz aksiyasına onlardan da dəstək gəlib. “And” təşkilatı qürbətdəki bütün həmvətənlərimizi yaşadıqları ölkənin Azərbaycan səfirlikləri qarşısında etiraz aksiyaları təşkil etməyə çağırıb. Onlar bu gündən fəaliyyətə başlayacaqlarını bildiriblər. Fərqli ölkələrdə yaşayan müstəqil bloqqerlər isə sosial şəbəkələrdə yeni bir aksiyaya start veriblər. #Alo #İlhamƏliyev #İstefa” haştaqı ilə başlanan aksiyaya çox sayda insan qoşulub. Onlar paylaşdıqları qısa videolarda “İlham Əliyev, İstefa!”, “alo, eşidirsən İlham Əliyev səndən ancaq bir tələb, o da istefa və nöqtə, vəssalam!” şəklində çağırışlar edib yayırlar. Alqışlanacaq təşəbbüsdür! Ölkənin dəyişməsi, yenilənməsi, demokratik dünyanın bir parçası olması üçün hamı çəkici bir zindana vurmalıdır!

Bloqqerlərin başlatdığı kampaniyaya sözardı olaraq maraqlı bir məqamı xatırlatmaq istərdik. Məlum olduğu kimi, 8 oktyabr ölkədə sərbəst toplaşmaq hüququnun bərpa olunması tələbi ilə keçirilirdi. Təşkilatçıların şüarları və tələbi də əvvəldən bəlli idi. Amma xalq mərkəzdə ixtiyarsız olaraq “istefa” şüarları çağırmağa başladı və bu əks-səda işıq sürətilə bütün ətrafa yayəldə. Yuxulu paytaxt bu şüarlarla diksindi bir anlıq. Həmin gün qorxu mühitinin səssizliyindən bezən minlərlə insan ayaq saxlayıb etirazçılara dəstəyini bildirdi. 8 oktyabr bir daha sübut etdi ki, Azərbaycan insanı azadlıq və demokratiyaya tam hazırdır. Sübut olundu ki, insanlar ölkəni dəyişmək, ədalətli ölkədə yaşamaq arzularından vaz keçmək niyyətində deyillər.
Biz orda “heç nədən qorxmuruq, istəyirsiniz həbs edin, istəyirsiniz öldürün, artıq bu rejimi istəmirik” deyən qadınlarla üz-üzə gəldik. “Qarabağ getdi, namus-qeyrət getdi, belə həyatdansa hamımızı aparın güllələyin” deyən Qarabağ qazisi vardı o gün meydanda. 19 oktyabr mitinqi o insanların istəklərinə işıq tutan daha bir mərhələ olacaq. Artıq o günün şüarlarını xalq özü müəyyən edəcək. O gün meydan xalqın olacaq. “Azadlıq” şüarına da, “çıx get” şüarına da, “istefa” şüarına da o özü qərar verəcək. 19 oktyabr xalqın günü olacaq!


MilliQazet.Info Son Xəbərlər:
Baş redaktorun məhkəməsi başlayıbMilli Şura bəyanat yayıbHər zaman azadlıqdaAzәrbaycanın Almaniya problemiOqtay Gülalıyevin ağ ciyərinə infeksiya düşübYeni bəyanatımız polis təziqləridirArif Hacılı saxlanıldıBu gün Konstitusiya günüdürDualarımızı Oqtay Gülalıyevdən əksik etməyəkAzərbaycan Hakimiyyətinin müxalifətcilərə basqısı davam edirHakimiyyətin Müsavatdan qorxduğunu sübut edirSağlamlığımızı qoruyaqŞahmatçımız dördüncü turda oynayacaqSeysmoloji Xidmət Mərkəzinin məlumatı varNoyabrın 12-də mitinq var Bakı Şəhər İcra Hakimiyyətinin qarşısıAzər İsmayıl polisə cağrıldıİlham Əliyevin kini Fuad Qəhrəmanlını zindanda tuturIşın Karaca və Tuğrul Odabaş boşanır.Ərdoğanı və Trampa telefon söhbətiAğdamın “Qarabağ” kulubu oyun öncəsi son məşqini keçirib.Jurnalistə sui qəst olub“Facebook”da dəyişiklik varAtasının həpsinnən qorxan qız şəkər xəstəliyinə tutulduHava haqqında məlumatSiyasi məhbusların sayı artırHakim jurnalistin müraciətini təmin etməyibRealda nə baş verir?Günahını yumaq istəyən Əliyev hakimiyyətiYeni masa toplantısı kecirildiValyuta məzənnəsiXarici şirkətlər ofisini bağlayırOqtay Gülalıyevin vəziyyəti stabil agır olaraq qalmaqdadırİnternet azadlığı olmayan ölkələrƏli Kərimlidən yeni nəfəsCümşüd Nuriyevin gözəl kəlmələriTıxacları aradan qaldırmaq lazımdır“ASAN xidmət” tikilməsi üçün pul ayrıldıYeni konpaniya başlayırHava dəyişəcəkYeni telefon danışıgıXamenei əsəbləşdiMübariz Mənsimov yardım sevər oldugunu bir daha sübut etdiTofiq Yaqubluya həpsdə işgəncə olunubƏliabbas Rüstəmov azadlıqdaAXCP hakimiyyət tərəfindən hücumlara məruz qalır2 Noyabr mitinqinə təhlükələr vardıTəhsil naziri zəngləri hesabını verdiAzəriqaz maaşları vermirDonald Trump dövlət katibini dəyişmək istəyirHava necə olacaqMitinqlərimiz müzakirəyə cıxarıldıHakimiyyət 49 cu maddəni yenədə pozur 2 Noyabr mitinqinə xalq hazır olsunTürkiyə yeni cagırış edibLökbatanda Mitinq icazəsi hakimiyyətin yeni oyunuSeymur Həzinin 30sutkalıq faciyyəsiHüquq müdafiyyəcisinə suiqəst olunubAzərbaycanda din ayrı seckiliyi başlayırDünyanın yaşıl meydanlarında futbol oyunlarıAfaq xanımı təbrik edirikRöyanın puluynan dolanıramMüraciətinizə baxa biləcək məmurlar qullugunuzdadırDaha bir müxalifətci mitinq öncəsi saxlanıldıTri mişkatiyorSevginin rəngi olmurYenilənən hava məlumatı`Azərsu` yenə qanunları pozurƏfqanıstanda ölən və yaralananlar varTəstiqləndi Əbu Bəkir əl Bağdadini məhv edildiBadamdarda sürüşmə səbəbi bilimdi`Neftçi`qalib gəldiBu günü unutmaq olmazEvo Moralesin prezident seçilibBu günün futbol oyunlarıPrezident İlham Əliyev və Ruhaninin görüşüPaşayevlər klanı öndədiDiktatorların suni qələbəsiXalqını tanımayan Deputatın fikirinə yanaşmamBu oyun da hec hecə bitdi “Qarabağ” və “APOEL” 2-2Mikayıl Cabbarov 4 nazirliyin yükünü daşıyacaqHakimiyyətin yeni arsızlıgı Bu yaşdan sonra mədəniyyətDəhşətlər durmur kütləvi ölümlər baş verməkdədirMən adımla fəxr edirəm Nadir QafarzadəZoraklıga son qoymalısınızDaha bir bəyanat Freedom Housedan gəldiNazirin yeni mavini Bunun adı islahatdırMən millətim ücün canımdan kecərəmAzərbaycanda mediya azad deyil əngəllər varMən etiraf edirəm Media bizim əlimizdədi5 İldən sonra 15 gün həps olunan Seymur Həzi şərləndiMöcüzələrdən xəbəriniz varmıQadına şiddət Şou biznesdəMəruzəçilərdə narazılıq edirAzərbaycanın qara günləri başlayırYenilənmiş bəyanat var ABŞ larındanŞərlənən Əli Kərimli böyük ittihamdır.Qanunsuzluq edən Penitensiar XidmətƏliyev hakimiyyətinin islahatları davam edirÇempionlar Liqasının oyunları başlayacakRobert Köçəryan həbsxanaya qaytarılıb.Dunya Miyatoviçin hakimiyyətə sərt sözləri