Badamdarda sürüşmə səbəbi bilimdi

Badamdarda sürüşmə səbəbi bilimdi
  • 28-10-2019, 10:17
  • 609 dəfə oxunub

Badamdarda sürüşmə zonasında kanalizasiya xətləri çəkiləcək. Bu barədə “Azərsu” ASC məlumat yayıb. Məlumata görə, Səbayel rayonunun Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində icra olunan layihə  bu ərazidə baş vermiş torpaq sürüşməsinin aradan qaldırılması tədbirləri çərçivəsində  həyata keçirilir. Layihə çərçivəsində ərazidə su təchizatı sistemlərinin və kanalizasiya şəbəkəsinin tamamilə yenidən qurulması qərara alınıb.

 

Ərazidə yaranan tullantı suları Salyan şosesində yeni tikilən daşıyıcı xəttə ötürülərək yaxınlıqdan keçən Bayıl-Bibiheybət-Lökbatan kollektoruna yönəldiləcək. Bununla da 10 mindən çox  sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.

 

Bildirilib ki, indiyədək bu ərazidə içməli su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılmış və uzun müddətdir istismarda olunan şəbəkələr hesabına aparılıb:

 

“Burada yaşayan əhali fasiləli rejimdə içməli su ilə təmin edilirdi. Mövcud su xətləri istismara yarasız vəziyyətdə olduğundan tez-tez  baş verən qəzalar su axıntısına səbəb olurdu. Bütün bunlar nəzərə alınaraq həmin küçələrin içməli su təchizatı sistemlərinin yenidən qurulmasına qərar verilib. Layihə çərçivəsində müxtəlif diametrli borularla 10,5 km uzunluğunda su xətləri inşa ediləcək. Yeni şəbəkədən hər bir evə birləşmə veriləcək.

 

3-cü yaşayış massivi ərazisində tullantı sularının axıdılmasında da problemlər yaranırdı. Yaşayış massivinin əksər hissəsində kanalizasiya şəbəkəsi mövcud olmayıb. Tullantı suları əsasən açıq kanallara və  şambolara axıdılıb. Bu da ərazidə torpaq sürüşmələrinin sürətlənməsinə səbəb olurdu. Buna görə də ərazidə kanalizasiya şəbəkəsinin tamamilə yenidən qurulması qərara alınıb. Hazırda icrasına yeni başlanılmış layihə çərçivəsində ərazidə  ümumi uzunluğu 23 km olan kanalizasiya xətləri inşa ediləcək və hər bir ünvanın kanalizasiya sisteminə qoşulması təmin ediləcək. Bununla da həmin ərazidə tullantı sularının axıdılması mərkəzləşdirilmiş qaydada təmin ediləcək".

 

 

Bu proseslərin qarşısını almaq üçün o zaman baş nazirin müavini vəzifəsində olan Hacıbala Abutalıbov Yaponiyadan mütəxəssislər gətirdi. Ərazidə qrunt sularının səviyyəsini aşağı salmaq məqsədilə quyular qazıldı. Lakin ekspertlərin də açıqlamalarında dedikləri kimi bu quyular heç bir nəticə vermədi. Qəzetimizə açıqlama verən ekspert Əzim Məsimov bildirib ki, hazırda kanalizasiya sisteminin çəkilməsi Badamdarda sürüşmə problemini həll edə bilər:

 

“Biz ötən il də demişdik ki, kanalizasiya sistemi qurulmasa, problem öz həllini tapmayacaq. Yaponiyadan mütəxəssis gətirməklə problemi həll etmək olmazdı. Əgər normal qaydada işlər aparılarsa, yarım il ərzində Badamdar ərazisinin kanalizasiya sistemini qurmaq mümkündür. Ərazidə kanalizasiya sistemi olmadığı üçün qazılan illərdir axıdılan su, torpaq qatında toplanıb, qalıb. Bu su haradansa çıxmalı idi və çıxdı, sürüşmə baş verdi. İndi isə kanalizasiya sistemi çəkilərsə, məsələ öz həllini tapar. Bundan əlavə biz açıqlamalarımızda Abşeronda da kanalizasiya sisteminin qurulmasının vacibliyini vurğulamışdıq. Hazırda Abşeronda da bu istiqamətdə işlərə başlanılıb. Bütün bunlar müsbət haldır və gələcəkdə baş verə biləcək təhlükələrin, sürüşmələrin qarşısını alacaq. Badamdarda kanalizasiya sisteminin çəkilişi başlamasaydı, orada yaşayan insanları böyük faciə, dövləti isə külli miqdarda xərc gözləyirdi. Çünki torpaq sürüşəcək, evlər dağılacaq, dövlət də məcbur qalıb bu insanları xərc çəkərək başqa yerə köçürüb, kompensasiya ödəyəcəkdi. Ona görə də hazırda orada başlayan iş müsbət haldır”.

 

Onu da qeyd edək ki, bu ilin sentyabr ayında Bakının bəzi yerlərindəki sürüşmə zonalarında aktivlik qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata görə,  “Zığ-1" sürüşmə sahəsində ay ərzində aparılan monitorinqlər nəticəsində lokal sahələrdə təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub. 

 

Məlumata əsasən, Binəqədi Birinci Mədən yaşayış sahəsində subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunur. Bundan başqa Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunur.

 

Abşeron rayonu, Nübar qəsəbəsindəki sürüşmə sahəsində  təbii və texnogen amillərin təsirindən sürüşmə-çökmə prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb.

 

Xəzər rayonu, Qala qəsəbəsindəki sahədə subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunub.


MilliQazet.Info Son Xəbərlər:
“Eurohome” tikinti materialları bazarı yanırSuriyanın taleyi həll olunurYüksələn NazirliyimizBakıda və Abşeronda tutqun hava şəraiti olacaqAyaz Quliyev "Spartak" klubunu tərk edə bilər.Xacmaza yeni polis rəisi təyin olunduOqtay Gülalıyevin vəziyyəti ağır olaraq qalır.Milli Məclis sabah toplanırTarixi saxtalaştırdınızCəmil Həsənlinin sualı varQardaşların görüşü varQarabağın anti siyasətiYAP Parlament buraxılsın deyirOqtay Gülalıyevdən yeni xəbər varHakimiyyətin yeni oynuSonunda doğru sözlərHava necə olacaqErməni əsgər intihar edibAXCP Asif Yusifli azadlıqdaAzərbaycanda yeni partiya yaranırBakıya giriş bağlanıbBakı Dövlət Universitetində kütləvi zəhərlənməKÜPƏ GİRƏN QARI KRESLONU TƏHVİL VERƏCƏKDuma görüşü bu gün olacaqRüfət Səfərovun təxribat planıAzərbaycandan olan İŞİDcilər geri dönürİranda iğtişaşlar davam etməkdədirBaş redaktorun məhkəməsi başlayıbMilli Şura bəyanat yayıbHər zaman azadlıqdaAzәrbaycanın Almaniya problemiOqtay Gülalıyevin ağ ciyərinə infeksiya düşübYeni bəyanatımız polis təziqləridirArif Hacılı saxlanıldıBu gün Konstitusiya günüdürDualarımızı Oqtay Gülalıyevdən əksik etməyəkAzərbaycan Hakimiyyətinin müxalifətcilərə basqısı davam edirHakimiyyətin Müsavatdan qorxduğunu sübut edirSağlamlığımızı qoruyaqŞahmatçımız dördüncü turda oynayacaqSeysmoloji Xidmət Mərkəzinin məlumatı varNoyabrın 12-də mitinq var Bakı Şəhər İcra Hakimiyyətinin qarşısıAzər İsmayıl polisə cağrıldıİlham Əliyevin kini Fuad Qəhrəmanlını zindanda tuturIşın Karaca və Tuğrul Odabaş boşanır.Ərdoğanı və Trampa telefon söhbətiAğdamın “Qarabağ” kulubu oyun öncəsi son məşqini keçirib.Jurnalistə sui qəst olub“Facebook”da dəyişiklik varAtasının həpsinnən qorxan qız şəkər xəstəliyinə tutulduHava haqqında məlumatSiyasi məhbusların sayı artırHakim jurnalistin müraciətini təmin etməyibRealda nə baş verir?Günahını yumaq istəyən Əliyev hakimiyyətiYeni masa toplantısı kecirildiValyuta məzənnəsiXarici şirkətlər ofisini bağlayırOqtay Gülalıyevin vəziyyəti stabil agır olaraq qalmaqdadırİnternet azadlığı olmayan ölkələrƏli Kərimlidən yeni nəfəsCümşüd Nuriyevin gözəl kəlmələriTıxacları aradan qaldırmaq lazımdır“ASAN xidmət” tikilməsi üçün pul ayrıldıYeni konpaniya başlayırHava dəyişəcəkYeni telefon danışıgıXamenei əsəbləşdiMübariz Mənsimov yardım sevər oldugunu bir daha sübut etdiTofiq Yaqubluya həpsdə işgəncə olunubƏliabbas Rüstəmov azadlıqdaAXCP hakimiyyət tərəfindən hücumlara məruz qalır2 Noyabr mitinqinə təhlükələr vardıTəhsil naziri zəngləri hesabını verdiAzəriqaz maaşları vermirDonald Trump dövlət katibini dəyişmək istəyirHava necə olacaqMitinqlərimiz müzakirəyə cıxarıldıHakimiyyət 49 cu maddəni yenədə pozur 2 Noyabr mitinqinə xalq hazır olsunTürkiyə yeni cagırış edibLökbatanda Mitinq icazəsi hakimiyyətin yeni oyunuSeymur Həzinin 30sutkalıq faciyyəsiHüquq müdafiyyəcisinə suiqəst olunubAzərbaycanda din ayrı seckiliyi başlayırDünyanın yaşıl meydanlarında futbol oyunlarıAfaq xanımı təbrik edirikRöyanın puluynan dolanıramMüraciətinizə baxa biləcək məmurlar qullugunuzdadırDaha bir müxalifətci mitinq öncəsi saxlanıldıTri mişkatiyorSevginin rəngi olmurYenilənən hava məlumatı`Azərsu` yenə qanunları pozurƏfqanıstanda ölən və yaralananlar varTəstiqləndi Əbu Bəkir əl Bağdadini məhv edildiBadamdarda sürüşmə səbəbi bilimdi`Neftçi`qalib gəldiBu günü unutmaq olmazEvo Moralesin prezident seçilibBu günün futbol oyunları