Tofiq Yaqubluya həpsdə işgəncə olunub

Tofiq Yaqubluya həpsdə işgəncə olunub
  • 4-11-2019, 10:03
  • 87 dəfə oxunub

Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu deyir ki, polislər əllərini qandallayıb, təxminən bir saat ona işgəncə veriblər. Bu barədə o, noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində danışıb.

T.Yaqublu qeyd edib ki, oktyabrın 19-da onu heç mitinq təyin olunan əraziyə çatmamış – Füzuli və Səməd Vurğun küçələrinin kəsişməsində tutublar:

“Bunu sübut edən video var, bütün el-aləm görüb. Amma 2 nəfər polis gəlib məhkəmədə yalan danışdı ki, guya Cəfər Cabbarlı heykəlinin yanında saxlayıblar”.

T.Yaqublunun sözlərinə görə, onu tutub Nəsimi Rayon Polis İdarəsinə aparıblar, öncə bir otaqda saxlayıblar:

“Sonra gəlib əllərimi qandalladılar, bir mərtəbə aşağı düşürtdülər. Bir otağa salıb təxminən bir saat döydülər. Mən bu amansız işgəncələr barədə Nəsmi Rayon Məhkəməsində də danışdım. Amma hakim Babək Pənahov bu barədə protokollarda da, qeydlərdə də heç nə göstərməyib”.

Heç bir qanun pozuntusuna yol vermədiyini vurğulayan T.Yaqublu işgəncələrlə əlaqədar prokurorluğa şikayət etdiyini, amma ədalətli qərar gözləmədiyini söyləyib:

“Dövlət insanların hüquqlarını qorumaq üçündür. Mənə münasibətdə cinayət törədiblər. O orqanda ki mənim hüquqlarım qorunmalıdır, mənə amansız işgəncə verilib. Bu cinayəti törədənlər mütləq cəzalanmalıdır”.

T.Yaqublunun vəkili Nemət Kərimli isə çıxışında insanların sərbəst toplaşma azadlığına diqqət çəkib. Bildirib ki, bu azadlıq Azərbaycanın Konstitusiyasında da əksini tapıb:

“Avropa İnsan Hüquqları Məhkəməsi də qərarlarında yazır ki, bu azadlığın məhdudlaşdırılması üçün çox ciddi əsaslar olmalıdır. Ümumi sözlərlə onu məhdudlaşdırmaq olmaz. Üstəlik, Tofiq Yaqublunu mitinq yerinə çatmamış saxlayıblar”.

Vəkil T.Yaqublunun üzərində xəsarətlərin qaldığını qeyd edərək bununla əlaqədar onun ekspertizadan keçirilməsi barədə də vəsatət qaldırıb.

Hakim Əflatun Qasımov nə vəsatəti, nə də apellyasiya şikayətini təmin edib.

Tofiq Yaqublunun qızı Nigar Həzi  bildirib ki, atasının həbsilə əlaqədar Avropa İnsann hüquqları Məhkəməsinə şikayət göndəriləcək:

“İşgəncə şikayəti də ölkə daxilində ədalətli araşdırılmasa, günahkarlar cəzalandırılmasa, o məsələ ilə əlaqədar da Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyik”.


MilliQazet.Info Son Xəbərlər:
Azərbaycandan olan İŞİDcilər geri dönürİranda iğtişaşlar davam etməkdədirBaş redaktorun məhkəməsi başlayıbMilli Şura bəyanat yayıbHər zaman azadlıqdaAzәrbaycanın Almaniya problemiOqtay Gülalıyevin ağ ciyərinə infeksiya düşübYeni bəyanatımız polis təziqləridirArif Hacılı saxlanıldıBu gün Konstitusiya günüdürDualarımızı Oqtay Gülalıyevdən əksik etməyəkAzərbaycan Hakimiyyətinin müxalifətcilərə basqısı davam edirHakimiyyətin Müsavatdan qorxduğunu sübut edirSağlamlığımızı qoruyaqŞahmatçımız dördüncü turda oynayacaqSeysmoloji Xidmət Mərkəzinin məlumatı varNoyabrın 12-də mitinq var Bakı Şəhər İcra Hakimiyyətinin qarşısıAzər İsmayıl polisə cağrıldıİlham Əliyevin kini Fuad Qəhrəmanlını zindanda tuturIşın Karaca və Tuğrul Odabaş boşanır.Ərdoğanı və Trampa telefon söhbətiAğdamın “Qarabağ” kulubu oyun öncəsi son məşqini keçirib.Jurnalistə sui qəst olub“Facebook”da dəyişiklik varAtasının həpsinnən qorxan qız şəkər xəstəliyinə tutulduHava haqqında məlumatSiyasi məhbusların sayı artırHakim jurnalistin müraciətini təmin etməyibRealda nə baş verir?Günahını yumaq istəyən Əliyev hakimiyyətiYeni masa toplantısı kecirildiValyuta məzənnəsiXarici şirkətlər ofisini bağlayırOqtay Gülalıyevin vəziyyəti stabil agır olaraq qalmaqdadırİnternet azadlığı olmayan ölkələrƏli Kərimlidən yeni nəfəsCümşüd Nuriyevin gözəl kəlmələriTıxacları aradan qaldırmaq lazımdır“ASAN xidmət” tikilməsi üçün pul ayrıldıYeni konpaniya başlayırHava dəyişəcəkYeni telefon danışıgıXamenei əsəbləşdiMübariz Mənsimov yardım sevər oldugunu bir daha sübut etdiTofiq Yaqubluya həpsdə işgəncə olunubƏliabbas Rüstəmov azadlıqdaAXCP hakimiyyət tərəfindən hücumlara məruz qalır2 Noyabr mitinqinə təhlükələr vardıTəhsil naziri zəngləri hesabını verdiAzəriqaz maaşları vermirDonald Trump dövlət katibini dəyişmək istəyirHava necə olacaqMitinqlərimiz müzakirəyə cıxarıldıHakimiyyət 49 cu maddəni yenədə pozur 2 Noyabr mitinqinə xalq hazır olsunTürkiyə yeni cagırış edibLökbatanda Mitinq icazəsi hakimiyyətin yeni oyunuSeymur Həzinin 30sutkalıq faciyyəsiHüquq müdafiyyəcisinə suiqəst olunubAzərbaycanda din ayrı seckiliyi başlayırDünyanın yaşıl meydanlarında futbol oyunlarıAfaq xanımı təbrik edirikRöyanın puluynan dolanıramMüraciətinizə baxa biləcək məmurlar qullugunuzdadırDaha bir müxalifətci mitinq öncəsi saxlanıldıTri mişkatiyorSevginin rəngi olmurYenilənən hava məlumatı`Azərsu` yenə qanunları pozurƏfqanıstanda ölən və yaralananlar varTəstiqləndi Əbu Bəkir əl Bağdadini məhv edildiBadamdarda sürüşmə səbəbi bilimdi`Neftçi`qalib gəldiBu günü unutmaq olmazEvo Moralesin prezident seçilibBu günün futbol oyunlarıPrezident İlham Əliyev və Ruhaninin görüşüPaşayevlər klanı öndədiDiktatorların suni qələbəsiXalqını tanımayan Deputatın fikirinə yanaşmamBu oyun da hec hecə bitdi “Qarabağ” və “APOEL” 2-2Mikayıl Cabbarov 4 nazirliyin yükünü daşıyacaqHakimiyyətin yeni arsızlıgı Bu yaşdan sonra mədəniyyətDəhşətlər durmur kütləvi ölümlər baş verməkdədirMən adımla fəxr edirəm Nadir QafarzadəZoraklıga son qoymalısınızDaha bir bəyanat Freedom Housedan gəldiNazirin yeni mavini Bunun adı islahatdırMən millətim ücün canımdan kecərəmAzərbaycanda mediya azad deyil əngəllər varMən etiraf edirəm Media bizim əlimizdədi5 İldən sonra 15 gün həps olunan Seymur Həzi şərləndiMöcüzələrdən xəbəriniz varmıQadına şiddət Şou biznesdəMəruzəçilərdə narazılıq edirAzərbaycanın qara günləri başlayırYenilənmiş bəyanat var ABŞ larındanŞərlənən Əli Kərimli böyük ittihamdır.Qanunsuzluq edən Penitensiar XidmətƏliyev hakimiyyətinin islahatları davam edirÇempionlar Liqasının oyunları başlayacak