Yeni masa toplantısı kecirildi

Yeni masa toplantısı kecirildi
  • 6-11-2019, 09:50
  • 261 dəfə oxunub

Noyabrın 5-də Müsavat Partiyasının qərargahında bir sıra müxalif siyasi qurum rəhbərlərinin, ekspertlərin ölkədəki ictimai-siyasi vəziyyət və bundan çıxış yolları ilə bağlı toplantısı keçirilib.

Qapalı toplantıdan öncə dəyirmi masa iştirakçıları mətbuat qarşısında açıqlama ilə çıxış ediblər.

Toplantıda siyasi ekspert kimi Hikmət Hacızadə və Mehman Əliyev, siyasətçilərdən Pənah Hüseyn, İsa Qəmbər, Əli İnsanov, Əli Kərimli və Arif Hacılı iştirak edib.

Milli Şura sədri Cəmil Həsənli və ReAL Partiyasının sədri İlqar Məmmədovun da dəvətli olduğu bildirilib. Amma qeyd edilib ki, onlar xaricdə olduğundan dəyirmi masaya qatıla bilməyiblər.

«Azərbaycanda yeni bir siyasi şərait yaranıb»

A.Hacılı bildirib ki, toplantının əsas məqsədi ölkədəki siyasi qüvvələrin öz fəaliyyətini koordinasiya etməsi barədə xalqdan sifarişlər almalarıdır. Onun qeyd etməsinə görə, Azərbaycanda yeni bir siyasi şərait yaranıb, bu, ölkədə dəyişiklikləri labüd edir.

Ə.İnsanov da çıxışında deyib ki, ictimai-siyasi durum bərbad vəziyyətdədir. Onun vurğulamasına görə, indi müəyyən qərarlar qəbul edilməsi zərurətə çevirib: «Hesab edirəm ki, bu, xalqın sosial sifarişinin nəticəsidir. Biz də xalqın dediyinə, onun istəyinə əməl etməliyik. Burada heç kəs nəyəsə nail olmaq üçün mübarizə aparmır, hər kəsin arzusu xalqı azadlığına qovuşdurmaqdır».

Ə.İnsanov vurğulayıb ki, ilkin mərhələdə sərbəst toplaşmaq azadlığı əldə olunarsa, erkən parlament və prezident seçkilərinin keçirilməsini tələb etmək olar.

«…Hətta xalqı aldatmaq, imitasiya etmək potensialını da tükədib»

AXCP sədri Əli Kərimli də deyib ki, İlham Əliyev rejimi tamamilə tükənib, hətta xalqı aldatmaq, imitasiya etmək potensialını da tükədib. Onun sözlərinə görə, artıq xalqın sifarişidir ki, ölkədə köklü siyasi dəyişikliklər baş versin: «Yanvarın 19-da və oktyabrın 19-da keçirdiyimiz iki böyük mitinq ölkədə yeni siyasi situasiya yaradıb. Hakimiyyətin zorakılığına baxmayaraq, 10 minlərlə insan ölkənin dəyişdirilməsi üçün ayağa qalxır. Hakimiyyətin zor, işgəncə aparatı xalqı durdura bilmir».

Ə.Kərimli həmçinin vurğulayıb ki, müxalifət daxilində mübarizə pislənilməli və arxa palan keçməlidir.

«Qarabağ məsələsi…»

Siyasətçilərdən Müsavat Partiyasının keçmiş başqanı İ.Qəmbər da qeyd edib ki, hazırda mürəkkəb bir dönəm yaşanır və bu istiqamətdə ciddi addımlar atılmalıdır: «Xalq açıq, aydın rejimin dəyişməsini istəyir».

İ.Qəmbər hesab edir ki, demokratik düşərgə birgə qərarlar versə, böyük maraq və etimadla qarşılanacaq.

İ.Qəmbər deyib ki, Qarabağ məsələsi də daxil olmaqla azad seçki, sərbəst toplaşmaq və bütün azadlıqların təmin edilməsi müxalifətin maraq dairəsinə daxildir.

 M.Əliyev də deyib ki, ölkədə sistem böhranı var.

Daha sonra ekspert H.Hacızadə çıxış edərək hakimiyyətə, xalqa, Qərb təşkilatlarına müraciət ünvanlamağın vacibliyindən bəhs edib.

“Dəyirmi masa”nın qapalı müzakirəsindən sonra toplantının nəticələrinə dair bəyanat yayılıb.


MilliQazet.Info Son Xəbərlər:
Azərbaycandan olan İŞİDcilər geri dönürİranda iğtişaşlar davam etməkdədirBaş redaktorun məhkəməsi başlayıbMilli Şura bəyanat yayıbHər zaman azadlıqdaAzәrbaycanın Almaniya problemiOqtay Gülalıyevin ağ ciyərinə infeksiya düşübYeni bəyanatımız polis təziqləridirArif Hacılı saxlanıldıBu gün Konstitusiya günüdürDualarımızı Oqtay Gülalıyevdən əksik etməyəkAzərbaycan Hakimiyyətinin müxalifətcilərə basqısı davam edirHakimiyyətin Müsavatdan qorxduğunu sübut edirSağlamlığımızı qoruyaqŞahmatçımız dördüncü turda oynayacaqSeysmoloji Xidmət Mərkəzinin məlumatı varNoyabrın 12-də mitinq var Bakı Şəhər İcra Hakimiyyətinin qarşısıAzər İsmayıl polisə cağrıldıİlham Əliyevin kini Fuad Qəhrəmanlını zindanda tuturIşın Karaca və Tuğrul Odabaş boşanır.Ərdoğanı və Trampa telefon söhbətiAğdamın “Qarabağ” kulubu oyun öncəsi son məşqini keçirib.Jurnalistə sui qəst olub“Facebook”da dəyişiklik varAtasının həpsinnən qorxan qız şəkər xəstəliyinə tutulduHava haqqında məlumatSiyasi məhbusların sayı artırHakim jurnalistin müraciətini təmin etməyibRealda nə baş verir?Günahını yumaq istəyən Əliyev hakimiyyətiYeni masa toplantısı kecirildiValyuta məzənnəsiXarici şirkətlər ofisini bağlayırOqtay Gülalıyevin vəziyyəti stabil agır olaraq qalmaqdadırİnternet azadlığı olmayan ölkələrƏli Kərimlidən yeni nəfəsCümşüd Nuriyevin gözəl kəlmələriTıxacları aradan qaldırmaq lazımdır“ASAN xidmət” tikilməsi üçün pul ayrıldıYeni konpaniya başlayırHava dəyişəcəkYeni telefon danışıgıXamenei əsəbləşdiMübariz Mənsimov yardım sevər oldugunu bir daha sübut etdiTofiq Yaqubluya həpsdə işgəncə olunubƏliabbas Rüstəmov azadlıqdaAXCP hakimiyyət tərəfindən hücumlara məruz qalır2 Noyabr mitinqinə təhlükələr vardıTəhsil naziri zəngləri hesabını verdiAzəriqaz maaşları vermirDonald Trump dövlət katibini dəyişmək istəyirHava necə olacaqMitinqlərimiz müzakirəyə cıxarıldıHakimiyyət 49 cu maddəni yenədə pozur 2 Noyabr mitinqinə xalq hazır olsunTürkiyə yeni cagırış edibLökbatanda Mitinq icazəsi hakimiyyətin yeni oyunuSeymur Həzinin 30sutkalıq faciyyəsiHüquq müdafiyyəcisinə suiqəst olunubAzərbaycanda din ayrı seckiliyi başlayırDünyanın yaşıl meydanlarında futbol oyunlarıAfaq xanımı təbrik edirikRöyanın puluynan dolanıramMüraciətinizə baxa biləcək məmurlar qullugunuzdadırDaha bir müxalifətci mitinq öncəsi saxlanıldıTri mişkatiyorSevginin rəngi olmurYenilənən hava məlumatı`Azərsu` yenə qanunları pozurƏfqanıstanda ölən və yaralananlar varTəstiqləndi Əbu Bəkir əl Bağdadini məhv edildiBadamdarda sürüşmə səbəbi bilimdi`Neftçi`qalib gəldiBu günü unutmaq olmazEvo Moralesin prezident seçilibBu günün futbol oyunlarıPrezident İlham Əliyev və Ruhaninin görüşüPaşayevlər klanı öndədiDiktatorların suni qələbəsiXalqını tanımayan Deputatın fikirinə yanaşmamBu oyun da hec hecə bitdi “Qarabağ” və “APOEL” 2-2Mikayıl Cabbarov 4 nazirliyin yükünü daşıyacaqHakimiyyətin yeni arsızlıgı Bu yaşdan sonra mədəniyyətDəhşətlər durmur kütləvi ölümlər baş verməkdədirMən adımla fəxr edirəm Nadir QafarzadəZoraklıga son qoymalısınızDaha bir bəyanat Freedom Housedan gəldiNazirin yeni mavini Bunun adı islahatdırMən millətim ücün canımdan kecərəmAzərbaycanda mediya azad deyil əngəllər varMən etiraf edirəm Media bizim əlimizdədi5 İldən sonra 15 gün həps olunan Seymur Həzi şərləndiMöcüzələrdən xəbəriniz varmıQadına şiddət Şou biznesdəMəruzəçilərdə narazılıq edirAzərbaycanın qara günləri başlayırYenilənmiş bəyanat var ABŞ larındanŞərlənən Əli Kərimli böyük ittihamdır.Qanunsuzluq edən Penitensiar XidmətƏliyev hakimiyyətinin islahatları davam edirÇempionlar Liqasının oyunları başlayacak