Yeni bəyanatımız polis təziqləridir

Yeni bəyanatımız polis təziqləridir
  • 12-11-2019, 14:45
  • 522 dəfə oxunub

ADR Hərəkatı polis təqibləri ilə bəyanat yayıb. Bəyanatda deyilir: “Son günlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının fəalları müxtəlif bəhanələrlə polis şöbələrinə dəvət edilir, onların ictimai siyasi fəaliyyətləri “müzakirə” predmetinə çevrilir.
Xətai rayon polis şöbəsinin əməkdaşları ADR Hərəkatı sədrinin “İnkişaf və üzvlərlə iş” üzrə müavini Ellada Məmmədlinin evinə gələrək onunla “tanış olmaq” məqsədilə Xətai rayon polis idarəsinə aparıblar. Ellada Məmmədli ilə 3 saatlıq söhbət zamanı məlum olub ki, onu çoxdan, hətta xalq hərəkatı dövründən və yaxından tanıyırlar, daim müşahidə və nəzarət altında saxlayır, bütün danışıqlarını dinləyir, sosial şəbəkədəki fəaliyyətini (yalnız statuslarını deyil, paylaşdıqlarını da) izləyirlər. Profilaktika və təhdid xarakterli söhbətlərdən sonra Ellada Məmmədli sərbəst buraxılıb
Nərimanov rayon polis şöbəsindən ADR Hərəkatı sədrinin təşkilati məsələlər üzrə müavini Ədalət Yusuba zəng edərək ictimai-siyasi fəaliyyəti ilə bağlı suallar verilib, onun fəaliyyəti ilə “maraqlanıblar”, tezliklə görüşəcəklərini bildiriblər.
ADR Hərəkatı İdarə Heyətinin üzvü Rövşən Dəmirli Suraxanı rayon Hövsan qəsəbəsində yerləşən 30-cu polis bölməsinə çağırılıb və sorğu sual edildikdən sonra sərbəst buraxılıb.
ADR Hərəkatı Suraxanı rayon təşkilatının üzvü, 19 oktyabr mitinqində zorakılığa məruz qalmış qocaman riyaziyyat müəllimi Ənvər Ağamalızadəni 33 saylı Suraxanı polis idarəsinə çağırıblar. Ənvər müəllimin yeddi arxa dönənini, bütün şəcarəsini, qohumlarını siyahıya alandan sonra onu 2 saatdan yuxarı mənasız sorğu-sual ediblər və sonra sərbəst buraxıblar..
ADR Hərəkatının Binəqədi rayon təşkilatının sədri Arif Əzizzadə 5 saylı polis bölməsinə, həmin rayon təşkilatınınü üzvləri Rauf Səlimov və Amid Süleymanov polisə idarələrinə aparıldıqdan sonra sorğu-sual edilib, sərbəst buraxılıblar.
ADR Hərəkatı Göyçay rayon təşkilatının sədri Hikmət Qasımlı Göyçay rayon Polis İdarəsinə çağrılıb “profilaktik tədbirlərdən” sonra sərbəst buraxılıb.
ADR Hərəkatının 12 noyabr 2019-cu ildə yaydığı bəyanatda bildirilir ki, son vaxtlar ölkədə baş verən kütləvi həbslər, insanların izlənməsi, polis idarələrinə çağırılması və hədələnməsi, işgəncə faktlarının artması kriminallaşmış avtoritat rejmin ölkəni xaosa, vətəndaş qarşıdurmasına sürükləməsi təhlükəsi ilə üz-üzə qoyur. 19 oktyabr mitinqinda dinc nümayişçilərə divan tutulması, AXCP sədri Əli Kərimlinin, Milli Şura üzv Tofiq Yaqublunun, istiqlalçı deputat İbrahim İbrahimlinin ağır işgəncələrə məruz qalması, kütləvi həbslər rejimin öz vətəndaşlarına qarşı apardığı fiziki və mənəvi-psixoloji terroru kimi dəyərləndirilməlidir. Nardaran, Gəncə və Tərtər hadisələri üzrə işgəncə və ölüm işlərini araşdıran fədakar hüquq müdafiəçisi Oktay Gülalıyevin izlənməsi, dəfələrlə xəbərdar olunması və hədələnməsi, 29 oktyabr 2019-cu il tarixdə isə piyada keçidi üzərində avtomobillə vurulması bu hadisənin motivində sui-qəsd versiyasını gücləndirən xeyli dəlil və şübhələrin olmasına baxmayaraq iddiaların bu günədək araşdırılmaması pislənir.
Hakimiyyətin öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən ən önəmlisi vətəndaşların insan haqları və fundamental azadlıqlarının, sərbəst toplaşma və ifadə azadlığının təmin edilməsidir. Lakin hakimiyyət bu öhdəliyini addım başı pozmaqdadır. Siyasi təşkilatların mitinq və piket keçirmək haqda müraciətlərinə ya gedilməsi mümkün olmayan şəhərdən xeyli uzaq ərazilər göstərilir, ya da mütəmadi imtina cavabı verilir.
ADR Hərəkatı hakimiyyəti qanunlara hörmət etməyə, öz üzərinə göürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə, vətəndaşlara qarşı apardığı izlənmə, təqib və işgəncə faktlarını dərhal dayandırmağa çağırır, yaranacaq hər hansı xoşagəlməz ssenarinin məsuliyyətinin hökumətin üzərinə düşəcəyini bəyan edir”.


MilliQazet.Info Son Xəbərlər:
“Eurohome” tikinti materialları bazarı yanırSuriyanın taleyi həll olunurYüksələn NazirliyimizBakıda və Abşeronda tutqun hava şəraiti olacaqAyaz Quliyev "Spartak" klubunu tərk edə bilər.Xacmaza yeni polis rəisi təyin olunduOqtay Gülalıyevin vəziyyəti ağır olaraq qalır.Milli Məclis sabah toplanırTarixi saxtalaştırdınızCəmil Həsənlinin sualı varQardaşların görüşü varQarabağın anti siyasətiYAP Parlament buraxılsın deyirOqtay Gülalıyevdən yeni xəbər varHakimiyyətin yeni oynuSonunda doğru sözlərHava necə olacaqErməni əsgər intihar edibAXCP Asif Yusifli azadlıqdaAzərbaycanda yeni partiya yaranırBakıya giriş bağlanıbBakı Dövlət Universitetində kütləvi zəhərlənməKÜPƏ GİRƏN QARI KRESLONU TƏHVİL VERƏCƏKDuma görüşü bu gün olacaqRüfət Səfərovun təxribat planıAzərbaycandan olan İŞİDcilər geri dönürİranda iğtişaşlar davam etməkdədirBaş redaktorun məhkəməsi başlayıbMilli Şura bəyanat yayıbHər zaman azadlıqdaAzәrbaycanın Almaniya problemiOqtay Gülalıyevin ağ ciyərinə infeksiya düşübYeni bəyanatımız polis təziqləridirArif Hacılı saxlanıldıBu gün Konstitusiya günüdürDualarımızı Oqtay Gülalıyevdən əksik etməyəkAzərbaycan Hakimiyyətinin müxalifətcilərə basqısı davam edirHakimiyyətin Müsavatdan qorxduğunu sübut edirSağlamlığımızı qoruyaqŞahmatçımız dördüncü turda oynayacaqSeysmoloji Xidmət Mərkəzinin məlumatı varNoyabrın 12-də mitinq var Bakı Şəhər İcra Hakimiyyətinin qarşısıAzər İsmayıl polisə cağrıldıİlham Əliyevin kini Fuad Qəhrəmanlını zindanda tuturIşın Karaca və Tuğrul Odabaş boşanır.Ərdoğanı və Trampa telefon söhbətiAğdamın “Qarabağ” kulubu oyun öncəsi son məşqini keçirib.Jurnalistə sui qəst olub“Facebook”da dəyişiklik varAtasının həpsinnən qorxan qız şəkər xəstəliyinə tutulduHava haqqında məlumatSiyasi məhbusların sayı artırHakim jurnalistin müraciətini təmin etməyibRealda nə baş verir?Günahını yumaq istəyən Əliyev hakimiyyətiYeni masa toplantısı kecirildiValyuta məzənnəsiXarici şirkətlər ofisini bağlayırOqtay Gülalıyevin vəziyyəti stabil agır olaraq qalmaqdadırİnternet azadlığı olmayan ölkələrƏli Kərimlidən yeni nəfəsCümşüd Nuriyevin gözəl kəlmələriTıxacları aradan qaldırmaq lazımdır“ASAN xidmət” tikilməsi üçün pul ayrıldıYeni konpaniya başlayırHava dəyişəcəkYeni telefon danışıgıXamenei əsəbləşdiMübariz Mənsimov yardım sevər oldugunu bir daha sübut etdiTofiq Yaqubluya həpsdə işgəncə olunubƏliabbas Rüstəmov azadlıqdaAXCP hakimiyyət tərəfindən hücumlara məruz qalır2 Noyabr mitinqinə təhlükələr vardıTəhsil naziri zəngləri hesabını verdiAzəriqaz maaşları vermirDonald Trump dövlət katibini dəyişmək istəyirHava necə olacaqMitinqlərimiz müzakirəyə cıxarıldıHakimiyyət 49 cu maddəni yenədə pozur 2 Noyabr mitinqinə xalq hazır olsunTürkiyə yeni cagırış edibLökbatanda Mitinq icazəsi hakimiyyətin yeni oyunuSeymur Həzinin 30sutkalıq faciyyəsiHüquq müdafiyyəcisinə suiqəst olunubAzərbaycanda din ayrı seckiliyi başlayırDünyanın yaşıl meydanlarında futbol oyunlarıAfaq xanımı təbrik edirikRöyanın puluynan dolanıramMüraciətinizə baxa biləcək məmurlar qullugunuzdadırDaha bir müxalifətci mitinq öncəsi saxlanıldıTri mişkatiyorSevginin rəngi olmurYenilənən hava məlumatı`Azərsu` yenə qanunları pozurƏfqanıstanda ölən və yaralananlar varTəstiqləndi Əbu Bəkir əl Bağdadini məhv edildiBadamdarda sürüşmə səbəbi bilimdi`Neftçi`qalib gəldiBu günü unutmaq olmazEvo Moralesin prezident seçilibBu günün futbol oyunları