Cəmil Həsənlinin sualı var

Cəmil Həsənlinin sualı var
  • 2-12-2019, 13:30
  • 8004 dəfə oxunub

Əliyevlər xalqa xeyirli olanı etməzlər. Növbədənkənar parlament seçkilərinə xalqın maraqlarına, demokratiyanın mənafeyinə görə getmirlər. Özlərinin korporativ ailə maraqların görə gedirlər. Ayrı cür ola bilməz. Ötən illərin təcrübəsi, konstitusiyanın hər dəfə referenduma çıxarıb prixod dəftərinə çevirmələri bunu sübut edir.
Milli Şura qəfil prezident seçkiləri ilə bağlı öz görüşlərin açıqlayıb. Bunun üçün Milli Şura vaxtı ilə Venetsiya komissiyasının da oxşar və fərqli redaksiyalarda təkliflərində yer alan bu tədbirlərin həyata keçirilməsini zəruri sayır:

– Seçki komissiyaları iqtidarın, müxalifətin və namizədlərin təmsilçiliyilə yenidən formalaşmalıdır;
– Namizədlərin qeydiyyatına yaradılan süni əngəllər aradan qaldırılmalıdır (2010-cu il parlament seçkilərində AXCP-Müsavat blokunun namizədlərinin 2/3-i qeydə alınmamışdı);
– Bərabər təbliğat imkanları, o cümlədən İTV-də namizədlər üçün çıxış, partiyalar üçün debat imkanları bərpa olunmalıdır;
– Sərbəst toplaşma azadlığı Bakıda və regionlarda təmin edilməlidir;
– Seçki müşahidəçilərinin səslərin sayılması prosesinə nəzarət imkanı təmin olunmalı, seçki məntəqələrində tərtib edilən protokolların surətləri onlara verilməlidir;
– Seçki şikayətlərinə baxılma proseduru təkmilləşməli və şəffaf olmalıdır;
– Siyasi məhbuslar azad edilməlidir.
Yeri gəlmişkən bu təkliflər və burada səsləndirilməyən bəzi iradlar Azərbaycanda indiyə qədər keçirilmiş prezident və parlament seçkilərini müşahidə etmiş ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (Varşava Bürosu) rəylərində də əks edilib. Bizə irad bildirirlər ki, arıq gecdir və seçki həyacanı ölkənin tempraturunu qaldırıb. Lakin biz bu təklifləri indi irəli sürməmişik, zaman-zaman demişik, Milli Şuranın mitinqlərində səsləndirmişik, ATƏT, Avropa Birliyi, Avropa Şurasının rəsmiləri ilə müzakirələrdə bu ölkədə seçkiyəbənzər bir siyasi tədbirin keçirilməsi üçün bunların vacibliyini əsaslandırmağa çalışmışıq.
Əlbəttə, az-çox normal şərtlər daxilində, yarım azad şəraitdə belə, seçkilərdə iştirak etmək mümkündür. Necə ki, ötən illər ərzində öz uğuru və uğursusluğu ilə bunlar olub. Azərbaycan müxalifətinin, xüsusi ilə ölkənin aparıcı siyasi partiyası kimi Xalq Cəbhəsinin qatıldığı seçkilərin sayı, boykot etdiyi seçkilərin sayından dəfələrlə çoxdur. Tam əminliklə deyirəm ki, əgər ölkədə az-çox seçki şəraiti olsa Xalq Cəbhəsi qədər heç bir siyasi qurum indiki anda ona hazır deyil. Bu hakimiyyətin alternativi missiasını cəbhəçilər öz ardıcıl mübarizəsi, İlham Əliyevin anti-milli, kriminal, kleptokratik rejiminə qarşı barışmaz dirənişi ilə qazanıblar. Mən qrant proqramlarına müsbət yanaşıram. Amma 100 minlərlə qrant alıb 1000 nəfərlik auditoriya toplaya bilməyən informasiya vasitələrinin baş bilənlərinin sabah 100 minləri küçəyə çıxaracağına aludə olmaq illüzyadır, reallıq deyil, bu illüzyanın siyasi məyyusluq doğuracağı qaçılmazdır.
Hər kəsin və hər bir siyasi qurumun özəl haqlarını tanımaqla, ona hörmət etməklə biz hansı seçkidə iştirak etməliyik? Ümumiyyətlə Azərbaycanda seçki adına bir şey qalıbmı? İlham Əliyevin idarəçiliyi ölkəni qismən azad ölkədən qeyri-azad ölkəyə çevirib. Bu proses seçkilərdən də yan keçməyib və bütövlükdə Azərbaycanda seçki institutu məhv edilib. ABŞ Dövlət Departamentinin son hesabatlarının birində də etiraf edilir ki, Azərbaycanda seçki yolu ilə hakimiyyətin dəişdirilməsi mümkünsüz bir işə çevrilib və faktiki olaraq xalq seçki prosesindən kənarlaşdırılıb, hakimiyyət mənimsənilib.
Hazırda ABŞ-da Şükranlıq bayramı olmasına baxmayaraq müxtəlif təşkilatlardan, müxtəlif qurumlarda mesajlar alıram. Milli Şuranın məlum bəyanatından sonra bəziləri türklər demiş çabuk olaraq buralara ismarış göndəriblər ki, Milli Şura və Xalq Cəbhəsi seçkiləri baykot edib və seçkilərdə əsas müxalifət partiyası olaraq biz iştirak edəcəyik.

Bilirsiniz ki, qarşıdakı parlament seçkilərinin vacib şərtlərindən biri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidəsinə dəvət edilməsi və iştirakından ibarət idi. Hətta bunu yeganə şərt kimi irəli sürən qurumlar belə seçki isterikası fonunda Varşava Bürosunun timsalında beynəlxalq müşahidənin olub-olmamasını fərqinə varmadan iştirak qərarı verirlər. Bir neçə gün əvvəl İlham Əliyevin antiqərb isterikası fonunda kim təminat verə bilər ki, Varşava Bürosu qəfil parlament seçkilərinin müşahidəsinə dəvət ediləçək və dəvət edilsə belə qəfil şəkildə oyundankənar qoyulmuş ATƏT Azərbaycana uzunmüddətli və qısamüddətli müşahidə missiyası göndərəcəkmi? Təcrübəmizdən bilirik ki, hətta 2015-ci ilin növbəti parlament seçkilərinə Varşava Bürosu müşahidə missiyası göndərmədi. Azərbaycandakı siyasi qüvvələr beynəlxalq müşahidədən (ATƏT DTİHB) kənar MDB müşahidə missiyasının nəzarəti altında seçkidə iştiraka hazırdırmı? Bizdə məlumat var idi ki, hakimiyyət ATƏT DTİHB-in seçki missiyasına daxil olmaq üçün müxtəlif ölkələrin parlament üzvləri ilə separat danışıqlar aparır, onları missiyanın tərkibinə daxil olmağa şirnikləşdirir, sərfəli müşahidə missiyası “dəvət” etməyə hazırlaşırdı. Amma son günlər şərtlər dəyişib. Parlament seçkilərini elan etməzdən bircə həftə əvvəl İlham Əliyev Qərbə inteqrasiyadan nümayişkaranə formada imtina edib. Kim təminat verə bilər ki, bu oyun gözdən və qulaqdan uzaq parlament seçkiləri keçirmək üçün edilməyib. Əgər nəzərə alsaq ki, İlham Əliyev rejimi, rejim başçısının dünyanın bir nömrəli siyasətçisi hesab etdiyi Putinin qoltuğuna sığınıb özü üçün əlverişli vaxtda qəfil parlament formalaşdırır, bu halda seçkilərin taleyi aydın deyilmi? Əgər sabah İlham Əliyev elan edsə ki, biz “islama stop” qoyan Avropadan, Qərbdən yox, elə İslam Konfransı Təşkilatından, Maduronun timsalında Qoşulmayan ölkələrdən müşahidə missiyası dəvət edirik, əminikmi ki, siyasi qurumların içindən niyə də yox deyən tapılmayacaq.

Şübhəsiz, seçki mühüm siyasi kampaniyadır. Onda iştirakın və Azərbaycan kimi avtoritar ölkədə onu boykot etməyin lehinə və əleyhinə çoxlu dəlillər gətirmək olar. Bizi inandırmağa çalışırlar və tənqidi ruhda təkid edirlər ki, əlverişli məqam yetişib, bu şansdan mütləq istifadə etmək lazımdır. Amma o şansın nədən ibarət olduğun izah edən yoxdur. Nə dəyişib? Əliyev rejimi daha da avtoritarlaşıb, ailə hakimiyyəti məhz son illərdə hüquqi cəhətdən rəsmiləşib, korrupsiyanın səviyyəsi daha da yüksəlib, ölkənin aparıcı müxalifət partiyasının sədri səyyar işgəncə labaratoriyasında yenicə ölümünə döyülüb, avtomobil qəzasında ölümcül vəziyyətə salınan ölkənin işgəncələr əleyhinə ən tanınmış hüquq müdafiəçisi bir aydır komadan ayılmayıb, Malta hadisələri timsalında rejimin transmilli terror əməlləri beynəlmiləl xarakter alıb, çirkli pulların yuyulması üzrə Azərbaycan çamaşırxanası bütövlükdə ölkəni kirə çıxarıb və sair.

Bəlkə, biz anlamırıq, o unikal şans nədən ibarətdir? Seçki məcəlləsimi dəyişib, dəfələrlə seçkiləri saxtalaşdırmış komissiyalardanmı imtina edilib? ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun hesabatlarına görə 2008-ci ilin prezident seçkilərində saxtakarlıq 23 faiz, 2010-cu ilin parlament seçkilərində 32 faiz, 2013-cü ilin prezident seçkilərində 58 faiz olub. Dinamikanı görürsünüz. 2018-də isə həmin təşkilat bəyan etdi ki, prezident seçkiləri Azərbaycan xalqının iradəsini ifadə etməyib. 2015-ci ilin parlament seçkilərindən 22 gün əvvəl mən əldə etdiyimiz məlumatlar əsasında parlamentə seçiləcək deputatların siyahısını mətbuatda dərc etdim. 125 nəfərdən 121, yəni 96 faizi doğru çıxdı.

2010-cu, xüsusi ilə 2013-cü ildən sonra İlham Əliyev yalnız vətəndaş cəmiyyətini, mətbuatı, çoxpartiyalılığı deyil, seçki institutunu da dağıdıb, məhv edib, şumlayıb. Öz əleyhdarlarına qarşı dövlətin resurslarından geninə-boluna istifadə edib, polis dəyənəyinə söykənən ailə-klan idarəçiliyi yaradıb. Mühüm qərarlar, o cümlədən hökumətin və parlamentin formalaşması da daxil olmaqla xalqın müstəsna hüququnu ehtiva edən qərarlar evdə verilir, ailədə verilir. Bizim dövlət ailə dövlətinə çevrilib, evdən idarə edilir, edildiyi üçün dövlət adına, cümhuriyyət adına bir şey qalmayıb. Az-çox seçki təcrübəsi olan birisi kimi deyirəm ki, seçkiyə insanların gəlməsi, səs verməsi, qutuda nəyin olub-olmaması, qutu açılanda səslərin sayılmasında kimin iştirak edib etməməsi, hətta karusel belə ancaq görüntü üçündür. Ümumi təlimatlar, ümumi strategiya prezident aparatı tərəfindən müəyyənləşir, MSK bbuna uyğun olaraq bütün nəticələri, səslərin sayı, faizi ilə bağlı bütün rəqəmləri öncədən hazırlayır, icra hakimiyyətləri vasitəsi ilə hazır rəqəmlər dairə komissiyalarına verilir. Nə dairədə, nə məntəqədə heç kim MSK-dan gələn rəqəmləri dəyişə bilməz. Qutudan nə çıxıb çıxmamasından asılı olmayaraq protokollara məhz MSK-dan göndərilən rəqəmlər yazılmalıdır. Namizəd-namizəd oyunu oynamaq işin ən asan hissəsidir və hökumət bu oyunla müxalifəti asanlıqla qarşı-qarşıya qoyur, ustalıqla milli maraqları ehtiva edən yanaşmanı (istər lehinə, istərsə də əleyhinə) manupulyasiya edə bilir.

Zaman-zaman bizim dediyimiz, çalışdığımız, vuruşduğumuz bu rüsvayçılığı aradan qaldırmaq, xalqın saya salındığı heç olması yarımazad seçki mühiti yaratmaq üçün idi. Təssüf ki, biz bu mübarizədə yalnız hakimiyyətlə deyil, eyni zamanda çib müxalifəti, sadəlövh siyasətçilər və vicdanlı yanılanlarla üz-üzə dayanmalı olduq. Giley-güzarla da iş bitmir. Seçkidə iştirak siyasi mübarizənin mühüm şərtidir. Amma hansı seçkidə?

Cəmil Həsənli


MilliQazet.Info Son Xəbərlər:
Hakimiyyətin susdurmaq metodu davam edirKorona bəlasi davam etməkdədirAzərbaycanda günahsiz həpslər davam edirKorona virus vakasi artırCaqqaln yeni oyunuCəmil bəyin müzakirəsi doğrudurKoronavirus İranda can almağa davam edirKoronavirus müşavirəsiKorona vürusa görə məktəblər bağlandıElmar Hüseyinovun qətlinnən15 il kecirİranda koronavirusdan ölənlər varİranla Azərbaycan sərhəddi bağlandıFariz Hüseynli koronavirusla bağlı danışdıŞəhidimiz varSecki saxtakarı xüsusi təyinatlılardır Qubad İbadoğluMorgan Ortagus Azərbaycan hakkında fikriBirtaniyadan yeni bəyanatMusdafa Hacıbəyli döyüldüSecki saxtakarlıqı davam edirFuad Əhmədlinin Məhkəməsi təxirə salındıCindən gələn tələbələr muainə altına alındıFrank Şvabeni Azərbaycanda olub seckiləri müşahidə edəcəkCin əhvalatı Hakimiyyəti yalana sürüyürAbdullah bin Nasir istefa verdiYenidən oxumalısınızMənim şikayyətim pasportla bağlıdır Əli KərimliPolad Aslanovun məhkəməsi olacaqDəyərlər qorunmalıdırYenədə hörmət sahibiyikXəstəlikdən qorunaqXalqı zəhərləyən şirkətlərİttiham vəkilə səyfən verilibDolların məzənnəsi stabilliyini qoruyurTürkiyə Suriyada şəhid verdiHakimiyyətin yeni hədə növüAzərbaycanla bağlı qərar olacaqSecki qərarı verildiSuraxanı rayonundan mən secilməliydim Mehman HüseynovYerlərdə sürünən Əli Həsənovİlham Əliyevə körpə məktubuSəsi cıxanı kəsərik Azərbaycan hakimiyyətinin islahatıYeni hesabat var ATƏT-dənGənclərin yeni şüarıAzərbaycan banisinin yeni kitabı işıq üzü gördüJurnalistin işinə baxılmadıHəpsdə olan gənclər aclıqa başladıSeckilərdə saxtakarlıqlar varAXCP həpslər davam edirAzərbaycanın qurucusu qəlblərdə yaşayırGənc qadın özünə qəst etdiOqtay Gülalıyev yaxşılaşırQarabağdan dünya danışır“Eurohome” tikinti materialları bazarı yanırSuriyanın taleyi həll olunurYüksələn NazirliyimizBakıda və Abşeronda tutqun hava şəraiti olacaqAyaz Quliyev "Spartak" klubunu tərk edə bilər.Xacmaza yeni polis rəisi təyin olunduOqtay Gülalıyevin vəziyyəti ağır olaraq qalır.Milli Məclis sabah toplanırTarixi saxtalaştırdınızCəmil Həsənlinin sualı varQardaşların görüşü varQarabağın anti siyasətiYAP Parlament buraxılsın deyirOqtay Gülalıyevdən yeni xəbər varHakimiyyətin yeni oynuSonunda doğru sözlərHava necə olacaqErməni əsgər intihar edibAXCP Asif Yusifli azadlıqdaAzərbaycanda yeni partiya yaranırBakıya giriş bağlanıbBakı Dövlət Universitetində kütləvi zəhərlənməKÜPƏ GİRƏN QARI KRESLONU TƏHVİL VERƏCƏKDuma görüşü bu gün olacaqRüfət Səfərovun təxribat planıAzərbaycandan olan İŞİDcilər geri dönürİranda iğtişaşlar davam etməkdədirBaş redaktorun məhkəməsi başlayıbMilli Şura bəyanat yayıbHər zaman azadlıqdaAzәrbaycanın Almaniya problemiOqtay Gülalıyevin ağ ciyərinə infeksiya düşübYeni bəyanatımız polis təziqləridirArif Hacılı saxlanıldıBu gün Konstitusiya günüdürDualarımızı Oqtay Gülalıyevdən əksik etməyəkAzərbaycan Hakimiyyətinin müxalifətcilərə basqısı davam edirHakimiyyətin Müsavatdan qorxduğunu sübut edirSağlamlığımızı qoruyaqŞahmatçımız dördüncü turda oynayacaqSeysmoloji Xidmət Mərkəzinin məlumatı varNoyabrın 12-də mitinq var Bakı Şəhər İcra Hakimiyyətinin qarşısıAzər İsmayıl polisə cağrıldıİlham Əliyevin kini Fuad Qəhrəmanlını zindanda tuturIşın Karaca və Tuğrul Odabaş boşanır.Ərdoğanı və Trampa telefon söhbətiAğdamın “Qarabağ” kulubu oyun öncəsi son məşqini keçirib.Jurnalistə sui qəst olub