Azərbaycanla bağlı qərar olacaq

Azərbaycanla bağlı qərar olacaq
  • 15-01-2020, 09:50
  • 6003 dəfə oxunub

AŞPA-nın qış sessiyasının gündəliyinə “Azərbaycanda siyasi məhbuslarla bağlı məşlumatlar haqqında iş” məsələsi daxil edilib. Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, İslandiyalı deputat Torhildur Sunna Evarsdottirin tərtib etdiyi müvafiq qətnamə layihəsi yanvarın 27-də müzakirə olunacaq.

Məruzədə Azərbaycanda “sistemli xarakter” daşıyan siyasi məhbus problemi ilə bağlı ciddi narahatlıq ifadə olunub.

Hələ 2001-ci ildə Azərbaycan Avropa Şurasına daxil olarkən AŞPA Bakını “siyasi məhbusları azad etməyə və ya onların işlərinə məhkəmə qaydasında yenidən baxmağa” çağırıb. Amma AŞPA-nın bu məsələ ilə bağlı bir neçə qətnaməsinə baxmayaraq, bu problem indiyədək qalmaqdadır.

Son illər Avropa İnsan Hüquqları Məhkəməsi müxalif siyasətçilərin, vətəndaş cəmiyyəti fəallarının, hüquq müdafiəçilərinin və jurnalistlərin özbaşına həbsləri ilə əlaqədar Avropa Konvensiyasının pozulduğunu müəyyən edərək, çox sayda qərar çıxarıb.

Qətnamə layihəsində qeyd edilir ki, AŞPA-nın əvvəlki məruzəçisi Kristof Ştrasserin hesabatına 85 nəfərin adı daxil edilmişdi. Bu insanların ən az 9-u məhkəmədə qələbə qazanıblar, daha 4 nəfərin işinə AİHM-də baxılır.

“İstənilən halda, Azərbaycanda siyasi məhbus təzahürünün real olduğuna şübhə yoxdur”, deyə məruzəçi Evarsdottir qeyd edir.

Bununla belə, o, “Azərbaycanda siyasi məhbusların vahid siyahısının tərtib edilməsi üzrə İşçi Qrup” və “Azərbaycanda siyasi məhbusların azadlığı uğrunda İttifaq” tərəfindən təqdim edilmiş siyasi məhbus siyahılarının etimada layiq olduğunu bildirir.

Məruzədə konkret olaraq jurnalist Əfqan Muxtarlının, “Müsəlman Birliyi” Hərəkatının liderləri Taleh Bağırzadə və Abbas Hüseynovun, “Səid Dadaşbəylinin işi”nin fiqurantlarının işləri və s. yada salınır.

Məruzəçi 2018-ci il Gəncə hadisələrinə də yer ayırıb. “Azərbaycanda görüşdüyüm insanların əksəriyyəti, o cümlədən diplomatlar bu məsələ ilə bağlı ciddi narazılıqlarını bildiriblər”, deyə məruzəçi yazır.

O xatırladır ki, Gəncə icra başçısına sui-qəsd edən şəxsin işgəncə izləri olan fotoşəkli yayıldıqdan bir neçə gün sonra Gəncədə nümayiş keçirilib, hadisə zamanı iki polis zabiti öldürülüb.

Bu iş üzrə 77 nəfər həbs edilib. “Onların bəziləri deyirlər ki, nümayişdə iştirak belə etməyiblər. Hakimiyyət iddia edirdi ki, onlar hamısı amansız islam ekstremistləri idi. Həbs edilənlər həbsdə saxlanıldıqları zaman məruz qaldıqları işgəncələri ətraflı təsvir ediblər. Onlara vəkillə təmin edilmək və ya ailələri ilə əlaqə saxlamaq imkanı yaradılmasından imtina edilib.

Məhkəmə prosesləri Gəncədə deyil, Bakıda keçirilib və bir çox jurnalistin proseslərdə iştirak etməsinə imkan verilməyib. İttihamların səhihliyi ilə bağlı ciddi problemlər olub, məhkəmə onları lazımi şəkildə tədqiq edə bilməyib.

“Saxlanılan şəxslərin hökumət əleyhinə nümayişdə həbs edilməsi faktı və hakimiyyətin onların dini ekstremist olması haqqında bəyanatları, habelə ciddi prosessual nöqsanlar həbs edilənlərin əksəriyyətinin, bəlkə hətta hamısının siyasi məhbus olduğunu ehtimal etmək üçün əsas verir”, deyə məruzəçi qeyd edir.

Assambleya Azərbaycan hakimiyyətinə vətəndaş cəmiyyəti siyahılarında adları göstərilən şəxslərin işlərinə yenidən baxmaq və siyasi motivlərlə həbs edilən hamını azad etmək xahişi ilə müraciət edir.

Qətnamədə “siyasi məhbus problemini birdəfəlik həll etmək” təklif edilir.

Yerli hüquq müdafiəçilərinin siyahılarına əsasən, siyasi məhbusların sayı 120 nəfərdən 136 nəfərə qədər təşkil edir.


MilliQazet.Info Son Xəbərlər:
Hakimiyyətin susdurmaq metodu davam edirKorona bəlasi davam etməkdədirAzərbaycanda günahsiz həpslər davam edirKorona virus vakasi artırCaqqaln yeni oyunuCəmil bəyin müzakirəsi doğrudurKoronavirus İranda can almağa davam edirKoronavirus müşavirəsiKorona vürusa görə məktəblər bağlandıElmar Hüseyinovun qətlinnən15 il kecirİranda koronavirusdan ölənlər varİranla Azərbaycan sərhəddi bağlandıFariz Hüseynli koronavirusla bağlı danışdıŞəhidimiz varSecki saxtakarı xüsusi təyinatlılardır Qubad İbadoğluMorgan Ortagus Azərbaycan hakkında fikriBirtaniyadan yeni bəyanatMusdafa Hacıbəyli döyüldüSecki saxtakarlıqı davam edirFuad Əhmədlinin Məhkəməsi təxirə salındıCindən gələn tələbələr muainə altına alındıFrank Şvabeni Azərbaycanda olub seckiləri müşahidə edəcəkCin əhvalatı Hakimiyyəti yalana sürüyürAbdullah bin Nasir istefa verdiYenidən oxumalısınızMənim şikayyətim pasportla bağlıdır Əli KərimliPolad Aslanovun məhkəməsi olacaqDəyərlər qorunmalıdırYenədə hörmət sahibiyikXəstəlikdən qorunaqXalqı zəhərləyən şirkətlərİttiham vəkilə səyfən verilibDolların məzənnəsi stabilliyini qoruyurTürkiyə Suriyada şəhid verdiHakimiyyətin yeni hədə növüAzərbaycanla bağlı qərar olacaqSecki qərarı verildiSuraxanı rayonundan mən secilməliydim Mehman HüseynovYerlərdə sürünən Əli Həsənovİlham Əliyevə körpə məktubuSəsi cıxanı kəsərik Azərbaycan hakimiyyətinin islahatıYeni hesabat var ATƏT-dənGənclərin yeni şüarıAzərbaycan banisinin yeni kitabı işıq üzü gördüJurnalistin işinə baxılmadıHəpsdə olan gənclər aclıqa başladıSeckilərdə saxtakarlıqlar varAXCP həpslər davam edirAzərbaycanın qurucusu qəlblərdə yaşayırGənc qadın özünə qəst etdiOqtay Gülalıyev yaxşılaşırQarabağdan dünya danışır“Eurohome” tikinti materialları bazarı yanırSuriyanın taleyi həll olunurYüksələn NazirliyimizBakıda və Abşeronda tutqun hava şəraiti olacaqAyaz Quliyev "Spartak" klubunu tərk edə bilər.Xacmaza yeni polis rəisi təyin olunduOqtay Gülalıyevin vəziyyəti ağır olaraq qalır.Milli Məclis sabah toplanırTarixi saxtalaştırdınızCəmil Həsənlinin sualı varQardaşların görüşü varQarabağın anti siyasətiYAP Parlament buraxılsın deyirOqtay Gülalıyevdən yeni xəbər varHakimiyyətin yeni oynuSonunda doğru sözlərHava necə olacaqErməni əsgər intihar edibAXCP Asif Yusifli azadlıqdaAzərbaycanda yeni partiya yaranırBakıya giriş bağlanıbBakı Dövlət Universitetində kütləvi zəhərlənməKÜPƏ GİRƏN QARI KRESLONU TƏHVİL VERƏCƏKDuma görüşü bu gün olacaqRüfət Səfərovun təxribat planıAzərbaycandan olan İŞİDcilər geri dönürİranda iğtişaşlar davam etməkdədirBaş redaktorun məhkəməsi başlayıbMilli Şura bəyanat yayıbHər zaman azadlıqdaAzәrbaycanın Almaniya problemiOqtay Gülalıyevin ağ ciyərinə infeksiya düşübYeni bəyanatımız polis təziqləridirArif Hacılı saxlanıldıBu gün Konstitusiya günüdürDualarımızı Oqtay Gülalıyevdən əksik etməyəkAzərbaycan Hakimiyyətinin müxalifətcilərə basqısı davam edirHakimiyyətin Müsavatdan qorxduğunu sübut edirSağlamlığımızı qoruyaqŞahmatçımız dördüncü turda oynayacaqSeysmoloji Xidmət Mərkəzinin məlumatı varNoyabrın 12-də mitinq var Bakı Şəhər İcra Hakimiyyətinin qarşısıAzər İsmayıl polisə cağrıldıİlham Əliyevin kini Fuad Qəhrəmanlını zindanda tuturIşın Karaca və Tuğrul Odabaş boşanır.Ərdoğanı və Trampa telefon söhbətiAğdamın “Qarabağ” kulubu oyun öncəsi son məşqini keçirib.Jurnalistə sui qəst olub