Mənim şikayyətim pasportla bağlıdır Əli Kərimli

Mənim şikayyətim pasportla bağlıdır Əli Kərimli
  • 28-01-2020, 09:43
  • 3828 dəfə oxunub

AXCP sədri Əli Kərimli Daxili İşlər Nazirliyini məhkəməyə verib. Onun şikayətinə 1 saylı Bakı İnzibati Məhkəməsində baxılacaq.

Ə.Kərimlinin şikayəti pasport məsələsiylə əlaqədardır. AXCP sədri məhkəməyə ərizəsində Daxili İşlər Nazirliyi ilə yanaşı, bu qurumun tabeliyində olan Pasport, Qeydiyyat və Miqrasiya İdarəsini də cavabdeh qismində qoyub. Üstəlik, Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun da üçüncü şəxs qismində bu məhkəmə prosesinə cəlb olunmasını istəyir. Bildirir ki, Azərbaycan hökuməti 14 ildir ona pasport verməməklə həm onun hüquqlarını pozur, həm də Avropa Məhkəməsinin qərarının icrasından yayınır. Çünki Avropa Məhkəməsi 2015-ci ilin iyulunda bu məsələ ilə bağlı qərar verib. Ə.Kərimliyə pasport verilməməsi İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 2 saylı Protokolunun 2-ci maddəsinin (hərəkət azadlığı hüququ) pozuntusu kimi tanıyıb. Azərbaycan hökuməti də bu qərarla razılaşıb, Yuxarı Palataya şikayət verməyib.

Cinayət işinin aqibətinə gəlincə, Ə.Kərimlinin bildirdiyinə görə, 1995-ci ildən icraat dayandırılıb: «Bakı Şəhər Baş Polis İdarəsinə ərizəmdən sonra mənə məlum oldu ki, həmin cinayət işini 1994-cü ildə Nəsimi Rayon Prokurorluğu Baş Polis İdarəsindən götürüb. 21 dekabr 1995-ci ildə icraatı dayandırılıb. Həmin qərarın ləğv edilməsi üçün baş prokurora və Bakı Şəhər Prokurorluğuna müraciətlərim nəticə vermədi».

AXCP sədri cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsasıyla həmin cinayət işinə xitam verilməsindən ötrü də məhkəməyə üz tutub. Ancaq məhkəmələr ona «yox» deyib. Bildirilib ki, cinayət işinə xitam verilməməsindən məhkəməyə şikayət nəzərdə tutulmayıb.

Budəfəki ərizəsində AXCP sədrinin məhkəmədən istəyi odur ki, Daxili İşlər Nazirliyinin üzərinə ona pasport vermək öhdəliyi qoyulsun.

Bu işə 1 saylı Bakı İnzibati Məhkəməsində hakim Elvin Əliyev baxacaq.


MilliQazet.Info Son Xəbərlər:
Hakimiyyətin susdurmaq metodu davam edirKorona bəlasi davam etməkdədirAzərbaycanda günahsiz həpslər davam edirKorona virus vakasi artırCaqqaln yeni oyunuCəmil bəyin müzakirəsi doğrudurKoronavirus İranda can almağa davam edirKoronavirus müşavirəsiKorona vürusa görə məktəblər bağlandıElmar Hüseyinovun qətlinnən15 il kecirİranda koronavirusdan ölənlər varİranla Azərbaycan sərhəddi bağlandıFariz Hüseynli koronavirusla bağlı danışdıŞəhidimiz varSecki saxtakarı xüsusi təyinatlılardır Qubad İbadoğluMorgan Ortagus Azərbaycan hakkında fikriBirtaniyadan yeni bəyanatMusdafa Hacıbəyli döyüldüSecki saxtakarlıqı davam edirFuad Əhmədlinin Məhkəməsi təxirə salındıCindən gələn tələbələr muainə altına alındıFrank Şvabeni Azərbaycanda olub seckiləri müşahidə edəcəkCin əhvalatı Hakimiyyəti yalana sürüyürAbdullah bin Nasir istefa verdiYenidən oxumalısınızMənim şikayyətim pasportla bağlıdır Əli KərimliPolad Aslanovun məhkəməsi olacaqDəyərlər qorunmalıdırYenədə hörmət sahibiyikXəstəlikdən qorunaqXalqı zəhərləyən şirkətlərİttiham vəkilə səyfən verilibDolların məzənnəsi stabilliyini qoruyurTürkiyə Suriyada şəhid verdiHakimiyyətin yeni hədə növüAzərbaycanla bağlı qərar olacaqSecki qərarı verildiSuraxanı rayonundan mən secilməliydim Mehman HüseynovYerlərdə sürünən Əli Həsənovİlham Əliyevə körpə məktubuSəsi cıxanı kəsərik Azərbaycan hakimiyyətinin islahatıYeni hesabat var ATƏT-dənGənclərin yeni şüarıAzərbaycan banisinin yeni kitabı işıq üzü gördüJurnalistin işinə baxılmadıHəpsdə olan gənclər aclıqa başladıSeckilərdə saxtakarlıqlar varAXCP həpslər davam edirAzərbaycanın qurucusu qəlblərdə yaşayırGənc qadın özünə qəst etdiOqtay Gülalıyev yaxşılaşırQarabağdan dünya danışır“Eurohome” tikinti materialları bazarı yanırSuriyanın taleyi həll olunurYüksələn NazirliyimizBakıda və Abşeronda tutqun hava şəraiti olacaqAyaz Quliyev "Spartak" klubunu tərk edə bilər.Xacmaza yeni polis rəisi təyin olunduOqtay Gülalıyevin vəziyyəti ağır olaraq qalır.Milli Məclis sabah toplanırTarixi saxtalaştırdınızCəmil Həsənlinin sualı varQardaşların görüşü varQarabağın anti siyasətiYAP Parlament buraxılsın deyirOqtay Gülalıyevdən yeni xəbər varHakimiyyətin yeni oynuSonunda doğru sözlərHava necə olacaqErməni əsgər intihar edibAXCP Asif Yusifli azadlıqdaAzərbaycanda yeni partiya yaranırBakıya giriş bağlanıbBakı Dövlət Universitetində kütləvi zəhərlənməKÜPƏ GİRƏN QARI KRESLONU TƏHVİL VERƏCƏKDuma görüşü bu gün olacaqRüfət Səfərovun təxribat planıAzərbaycandan olan İŞİDcilər geri dönürİranda iğtişaşlar davam etməkdədirBaş redaktorun məhkəməsi başlayıbMilli Şura bəyanat yayıbHər zaman azadlıqdaAzәrbaycanın Almaniya problemiOqtay Gülalıyevin ağ ciyərinə infeksiya düşübYeni bəyanatımız polis təziqləridirArif Hacılı saxlanıldıBu gün Konstitusiya günüdürDualarımızı Oqtay Gülalıyevdən əksik etməyəkAzərbaycan Hakimiyyətinin müxalifətcilərə basqısı davam edirHakimiyyətin Müsavatdan qorxduğunu sübut edirSağlamlığımızı qoruyaqŞahmatçımız dördüncü turda oynayacaqSeysmoloji Xidmət Mərkəzinin məlumatı varNoyabrın 12-də mitinq var Bakı Şəhər İcra Hakimiyyətinin qarşısıAzər İsmayıl polisə cağrıldıİlham Əliyevin kini Fuad Qəhrəmanlını zindanda tuturIşın Karaca və Tuğrul Odabaş boşanır.Ərdoğanı və Trampa telefon söhbətiAğdamın “Qarabağ” kulubu oyun öncəsi son məşqini keçirib.Jurnalistə sui qəst olub