Secki saxtakarı xüsusi təyinatlılardır Qubad İbadoğlu

Secki saxtakarı xüsusi təyinatlılardır Qubad İbadoğlu
  • 24-02-2020, 09:19
  • 4524 dəfə oxunub

Seçki məntəqəsində qızım Jalə Bayramovaya təcavüz edən Kərimova Azadə Mürvət qızı ilə bağlı ictimai əhəmiyyət kəsb edən bir sıra vacib məlumatları sizə təqdim edirəm. “Seçkilər” informasiya mərkəzində 76 saylı Lənkəran – Astara dairəsi üzrə seçicilərin siyahısında Azadə Kərimovanın adının axtarış sorğusuna “nəticə tapılmadı” cavabı gəldi. 76-cı dairənin 16-cı məntəqəsində Kərimov soyadlılar arasından Azadənin adı yoxdur. Hadisənin baş verdiyi 16-cı məntəqənin seçki siyahısında Kərimova soyadı olan bircə xanım qeydiyyatdadır ki, onun da adı S, atasının adı isə Z ilə başlayır, doğum tarixi 1943-cü ildir.
Kərimova Azadə Mürvət qızının adı isə başqa siyahıdan çıxdı. Belə ki, Lənkəran rayonu Sürük kəndində Məcburi köçkün yataqxanasında qeydiyyatda olan Kərimova Azadə Mürvət qızına 2019-cu ilin fevral ayından bu ilin mart ayına qədər 13 aydır ki, ünvanlı sosial yardım verilir. Gələn aydan onun yardımı bitir. Çox böyük ehtimalla 9 fevraldakı xidmətinə mükafat kimi sosial yardımı yenidən uzadılacaq. Bunu nəzarətdə saxlayacam. Sözüm bunda deyil.
Müraciətim Mərkəzi Seçki Komissiyasına (sədr Pənahov Məzahir Məhəmməd oğluna), 76 saylı dairə seçki komissiyasına (sədr Əliyev Məzahir Xanağa oğluna) və məntəqə seçki komissiyasina (sədr Günəşov Şükür Məhərrəm oğluna) ünvanlanıb.
Xahiş edirəm ki, hər üçünüz suallarıma cavab verəsiniz. Seçki günü adı seçici siyahısında olmayan kənar adamın məntəqədə nə işi vardır?
Deyə bilərsiniz ki, Kərimova Azadə müşahidəçidir. Bəs onda onun yaxasında nişanı niyə yox idi?
Deyə bilərsiniz ki, məntəqə komissiyasının üzvüdür. Bəs onda onun adı niyə üzvlərin siyahısında yoxdur? Üzvlərin siyahısı şəkil bölməsində təqdim olunur.
Seçki Məcəlləsinin 40.15.-ci maddəsinə görə, səsvermə günü səsvermə otağında olan bütün səlahiyyətli şəxslərin, o cümlədən məntəqə seçki komissiyası üzvlərinin bu Məcəllənin 40.2-ci maddəsində göstərilən şəxslərin, kütləvi informasiya vasitələri nümayəndələrinin Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada, həmin şəxsin statusunu müəyyən etməyə imkan verən, soyadı, adı, atasının adı, vəzifəsi və fotoşəkli olan lövhəcik olmalıdır.
Sual olunur ki, Kərimova Azadə hansı səlahiyyətlə səsvermə günü seçki məntəqəsinə daxil olur və məntəqə komissiyasının məşvərətçi səs hüququ olan Jalə Bayramovanı vəhşicəsinə döyür? Onu ora kim və nə məqsədlə dəvət edib? Hesab edirəm ki, hüquq mühafizə orqanları bu məsələləri dərindən araşdırmalı və istintaqın gedişində bu suallara cavab tapmalıdırlar.
Araşdırmalar davam edir, suallar bunlarla bitmir? Yaxın zamanlarda digərlərini də əlaqədar orqanlara ünvanlayacam?
Mətbuat nümayəndələrindən xahiş edirəm ki, bu araşdırmanı dərc edib, imkan tapanda Məzahir Pənahovdan da yuxarıdakı suallara cavab alsınlar. Soruşsunlar ki, hansı maraqla seçki günündə məntəqədə mövcudluğu qanunla təsbit olunmayan şəxsin qoçuluğuna haqq qazandırırsan?
Eyni zamanda Jalə sevərlərdən xahiş edirəm ki, bu postu mümkün qədər geniş auditoriyada paylaşsınlar.

P.S. Ola bilər ki, sonradan Kərimova Azadənin adını məntəqədə seçki siyahısına əlavə ediblər. Amma bütün bunlar yalnız onu məsuliyyətdən azad etdirməyə yönələn addım kimi qiymətləndiriləcək. Fakt odur ki, onun adı bu günədək MSK-nın siyahısında yoxdur.


MilliQazet.Info Son Xəbərlər:
Hakimiyyətin susdurmaq metodu davam edirKorona bəlasi davam etməkdədirAzərbaycanda günahsiz həpslər davam edirKorona virus vakasi artırCaqqaln yeni oyunuCəmil bəyin müzakirəsi doğrudurKoronavirus İranda can almağa davam edirKoronavirus müşavirəsiKorona vürusa görə məktəblər bağlandıElmar Hüseyinovun qətlinnən15 il kecirİranda koronavirusdan ölənlər varİranla Azərbaycan sərhəddi bağlandıFariz Hüseynli koronavirusla bağlı danışdıŞəhidimiz varSecki saxtakarı xüsusi təyinatlılardır Qubad İbadoğluMorgan Ortagus Azərbaycan hakkında fikriBirtaniyadan yeni bəyanatMusdafa Hacıbəyli döyüldüSecki saxtakarlıqı davam edirFuad Əhmədlinin Məhkəməsi təxirə salındıCindən gələn tələbələr muainə altına alındıFrank Şvabeni Azərbaycanda olub seckiləri müşahidə edəcəkCin əhvalatı Hakimiyyəti yalana sürüyürAbdullah bin Nasir istefa verdiYenidən oxumalısınızMənim şikayyətim pasportla bağlıdır Əli KərimliPolad Aslanovun məhkəməsi olacaqDəyərlər qorunmalıdırYenədə hörmət sahibiyikXəstəlikdən qorunaqXalqı zəhərləyən şirkətlərİttiham vəkilə səyfən verilibDolların məzənnəsi stabilliyini qoruyurTürkiyə Suriyada şəhid verdiHakimiyyətin yeni hədə növüAzərbaycanla bağlı qərar olacaqSecki qərarı verildiSuraxanı rayonundan mən secilməliydim Mehman HüseynovYerlərdə sürünən Əli Həsənovİlham Əliyevə körpə məktubuSəsi cıxanı kəsərik Azərbaycan hakimiyyətinin islahatıYeni hesabat var ATƏT-dənGənclərin yeni şüarıAzərbaycan banisinin yeni kitabı işıq üzü gördüJurnalistin işinə baxılmadıHəpsdə olan gənclər aclıqa başladıSeckilərdə saxtakarlıqlar varAXCP həpslər davam edirAzərbaycanın qurucusu qəlblərdə yaşayırGənc qadın özünə qəst etdiOqtay Gülalıyev yaxşılaşırQarabağdan dünya danışır“Eurohome” tikinti materialları bazarı yanırSuriyanın taleyi həll olunurYüksələn NazirliyimizBakıda və Abşeronda tutqun hava şəraiti olacaqAyaz Quliyev "Spartak" klubunu tərk edə bilər.Xacmaza yeni polis rəisi təyin olunduOqtay Gülalıyevin vəziyyəti ağır olaraq qalır.Milli Məclis sabah toplanırTarixi saxtalaştırdınızCəmil Həsənlinin sualı varQardaşların görüşü varQarabağın anti siyasətiYAP Parlament buraxılsın deyirOqtay Gülalıyevdən yeni xəbər varHakimiyyətin yeni oynuSonunda doğru sözlərHava necə olacaqErməni əsgər intihar edibAXCP Asif Yusifli azadlıqdaAzərbaycanda yeni partiya yaranırBakıya giriş bağlanıbBakı Dövlət Universitetində kütləvi zəhərlənməKÜPƏ GİRƏN QARI KRESLONU TƏHVİL VERƏCƏKDuma görüşü bu gün olacaqRüfət Səfərovun təxribat planıAzərbaycandan olan İŞİDcilər geri dönürİranda iğtişaşlar davam etməkdədirBaş redaktorun məhkəməsi başlayıbMilli Şura bəyanat yayıbHər zaman azadlıqdaAzәrbaycanın Almaniya problemiOqtay Gülalıyevin ağ ciyərinə infeksiya düşübYeni bəyanatımız polis təziqləridirArif Hacılı saxlanıldıBu gün Konstitusiya günüdürDualarımızı Oqtay Gülalıyevdən əksik etməyəkAzərbaycan Hakimiyyətinin müxalifətcilərə basqısı davam edirHakimiyyətin Müsavatdan qorxduğunu sübut edirSağlamlığımızı qoruyaqŞahmatçımız dördüncü turda oynayacaqSeysmoloji Xidmət Mərkəzinin məlumatı varNoyabrın 12-də mitinq var Bakı Şəhər İcra Hakimiyyətinin qarşısıAzər İsmayıl polisə cağrıldıİlham Əliyevin kini Fuad Qəhrəmanlını zindanda tuturIşın Karaca və Tuğrul Odabaş boşanır.Ərdoğanı və Trampa telefon söhbətiAğdamın “Qarabağ” kulubu oyun öncəsi son məşqini keçirib.Jurnalistə sui qəst olub