Bakıda piyada keçidində “butulka təpəsi”- FOTOLAR

Bakıda piyada keçidində “butulka təpəsi”- FOTOLAR
  • 24-08-2017, 17:26
  • 16617 dəfə oxunub

Bakıda Neftçilər prospektində “Formula 1” yarışları ərəfəsində quraşdırılan yerüstü piyada keçidi natəmizlik içərisindədir. 

Keçidin içərisi sanki zibilxananı xatırladır. Belə ki, keçidin divarlarındakı boşluqlara su butulkaları, müxtəlif qidaların kağızları doldurulub. Döşəməsinə isə atılan butulkalardan artıq "təpə" yaranıb.

Lakin buna baxmayaraq, müvafiq qurumlar buranın təmizliyinə diqqət etmirlər. Hər gün onlarla turistin də istifadə etdiyi bu piyada keçidində yaranan “butulka təpəsi” getdikcə böyüyür.

Keçidin yaxınlığında zibil qabı olsa da, insanlar əllərindəki su butulkasını məhz keçidin içərisinə atırlar. Nəticədə isə təmizlənmədiyindən piyada keçidində vəziyyət günbəgün daha da acınacaqlı hal alır.

Elə biz orada olduğumuz zaman da bir vətəndaşın içdiyi kofenin qabını keçidə atdığını müşahidə etdik. Nə üçün belə etdiyini soruşduğumuzda isə bildirdi ki, bura yaxın zamanda söküləcək: "Qalıcı keçid olsaydı, içərisini təmiz saxlayardılar. Şəhərin mərkəzində belə natəmiz keçid varsa, deməli söküləcək", deyib, getdi.

Digər vətəndaşlarla söhbətimiz zamanı onlar iddia etdilər ki, buranı pis vəziyyətə ərəblər qoyub: "Ərəblər "Park Bulvar"da mağazaların qabağına belə yedikləri yeməyin kağızını, içdikləri suyun qabını atırlar. Sadəcə olaraq ora vaxtı-vaxtında təmizləndiyi üçün bu vəziyyətdə deyil. Təmizləməsələr "Tarqovi"nin özü buradan pis olar. Bəs keçid nə üçün təmizlənmir?

Ərazidə təmizlik aparanlardan öyrəndik ki, bir hissəsi bulvar ərazisinə düşən keçidin təmizliyinə, "Formula-1" oyunları zamanı Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları və Bakı Şəhər İcra Hakimiyyəti baxıb. Lakin yarışma qurtardıqdan sonra, hər iki qurum keçidi nəzarətsiz buraxıb. Bulvar idarəsinin təmizliyə baxan əməkdaşı da bildirdi ki, keçidi müvəqqəti olaraq quraşdırmışdılar. Lakin oyunlar qurtardıqdan sonra sökmədilər.

Məsələ ilə bağlı münasibət almaq üçün Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə zəng etsək də, zənglərimizə cavab verən olmadı.


MilliQazet.Info Son Xəbərlər:
Yeni bəyanatımız polis təziqləridirArif Hacılı saxlanıldıBu gün Konstitusiya günüdürDualarımızı Oqtay Gülalıyevdən əksik etməyəkAzərbaycan Hakimiyyətinin müxalifətcilərə basqısı davam edirHakimiyyətin Müsavatdan qorxduğunu sübut edirSağlamlığımızı qoruyaqŞahmatçımız dördüncü turda oynayacaqSeysmoloji Xidmət Mərkəzinin məlumatı varNoyabrın 12-də mitinq var Bakı Şəhər İcra Hakimiyyətinin qarşısıAzər İsmayıl polisə cağrıldıİlham Əliyevin kini Fuad Qəhrəmanlını zindanda tuturIşın Karaca və Tuğrul Odabaş boşanır.Ərdoğanı və Trampa telefon söhbətiAğdamın “Qarabağ” kulubu oyun öncəsi son məşqini keçirib.Jurnalistə sui qəst olub“Facebook”da dəyişiklik varAtasının həpsinnən qorxan qız şəkər xəstəliyinə tutulduHava haqqında məlumatSiyasi məhbusların sayı artırHakim jurnalistin müraciətini təmin etməyibRealda nə baş verir?Günahını yumaq istəyən Əliyev hakimiyyətiYeni masa toplantısı kecirildiValyuta məzənnəsiXarici şirkətlər ofisini bağlayırOqtay Gülalıyevin vəziyyəti stabil agır olaraq qalmaqdadırİnternet azadlığı olmayan ölkələrƏli Kərimlidən yeni nəfəsCümşüd Nuriyevin gözəl kəlmələriTıxacları aradan qaldırmaq lazımdır“ASAN xidmət” tikilməsi üçün pul ayrıldıYeni konpaniya başlayırHava dəyişəcəkYeni telefon danışıgıXamenei əsəbləşdiMübariz Mənsimov yardım sevər oldugunu bir daha sübut etdiTofiq Yaqubluya həpsdə işgəncə olunubƏliabbas Rüstəmov azadlıqdaAXCP hakimiyyət tərəfindən hücumlara məruz qalır2 Noyabr mitinqinə təhlükələr vardıTəhsil naziri zəngləri hesabını verdiAzəriqaz maaşları vermirDonald Trump dövlət katibini dəyişmək istəyirHava necə olacaqMitinqlərimiz müzakirəyə cıxarıldıHakimiyyət 49 cu maddəni yenədə pozur 2 Noyabr mitinqinə xalq hazır olsunTürkiyə yeni cagırış edibLökbatanda Mitinq icazəsi hakimiyyətin yeni oyunuSeymur Həzinin 30sutkalıq faciyyəsiHüquq müdafiyyəcisinə suiqəst olunubAzərbaycanda din ayrı seckiliyi başlayırDünyanın yaşıl meydanlarında futbol oyunlarıAfaq xanımı təbrik edirikRöyanın puluynan dolanıramMüraciətinizə baxa biləcək məmurlar qullugunuzdadırDaha bir müxalifətci mitinq öncəsi saxlanıldıTri mişkatiyorSevginin rəngi olmurYenilənən hava məlumatı`Azərsu` yenə qanunları pozurƏfqanıstanda ölən və yaralananlar varTəstiqləndi Əbu Bəkir əl Bağdadini məhv edildiBadamdarda sürüşmə səbəbi bilimdi`Neftçi`qalib gəldiBu günü unutmaq olmazEvo Moralesin prezident seçilibBu günün futbol oyunlarıPrezident İlham Əliyev və Ruhaninin görüşüPaşayevlər klanı öndədiDiktatorların suni qələbəsiXalqını tanımayan Deputatın fikirinə yanaşmamBu oyun da hec hecə bitdi “Qarabağ” və “APOEL” 2-2Mikayıl Cabbarov 4 nazirliyin yükünü daşıyacaqHakimiyyətin yeni arsızlıgı Bu yaşdan sonra mədəniyyətDəhşətlər durmur kütləvi ölümlər baş verməkdədirMən adımla fəxr edirəm Nadir QafarzadəZoraklıga son qoymalısınızDaha bir bəyanat Freedom Housedan gəldiNazirin yeni mavini Bunun adı islahatdırMən millətim ücün canımdan kecərəmAzərbaycanda mediya azad deyil əngəllər varMən etiraf edirəm Media bizim əlimizdədi5 İldən sonra 15 gün həps olunan Seymur Həzi şərləndiMöcüzələrdən xəbəriniz varmıQadına şiddət Şou biznesdəMəruzəçilərdə narazılıq edirAzərbaycanın qara günləri başlayırYenilənmiş bəyanat var ABŞ larındanŞərlənən Əli Kərimli böyük ittihamdır.Qanunsuzluq edən Penitensiar XidmətƏliyev hakimiyyətinin islahatları davam edirÇempionlar Liqasının oyunları başlayacakRobert Köçəryan həbsxanaya qaytarılıb.Dunya Miyatoviçin hakimiyyətə sərt sözləriAzərbaycanda Media hüquqları qorunmurQaz olmayacaqZəlzələ olubYeni Prezident seckisi baş tutubƏli Kərimli ölümcəsinə döyüldü