Yeni iş yerləri açılır

Yeni iş yerləri açılır
  • 28-01-2019, 14:12
  • 6786 dəfə oxunub

Azərbaycanda sosial siyasətin əsas istiqamətlərindən biri də işsizliyin aradan qaldırılması, məşğulluğun təmini və bu istiqamətdə layihələrin daha da genişləndirilməsidir.

 

Dövlət siyasətinin əsas prioriteti hesab olunan işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2016-2018-ci illər ərzində 3 min nəfərə yaxın vətəndaş daimi iş yeri ilə təmin olunub.

 

Azərbaycan Respublikasının dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində 2018-ci ildə 615 nəfər vətəndaş daimi iş yeri ilə təmin olunub, 470 nəfər isə müqavilə əsasında yol tikintisi işlərinə cəlb edilib.

 

Cari ildə də daxili investisiya hesabına həyata keçirilən və keçiriləcək yeni yol infrastrukturu layihələrində çalışmaq üçün müqavilə ilə daha 300 nəfərə yaxın vətəndaşın işlə təmin olunması nəzərdə tutulur.

 

Yeni yol infrastrukturu layihələri aşağıdakılardır:

 

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu;

 

Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsi;

 

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Qırmızı körpü hissəsi;

 

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Astara-İran sərhədi hissəsi;

 

Ucar-Zərdab-Ağcabədi avtomobil yolu;

 

Bəhramtəpə-Biləsuvar avtomobil yolu.

 

Sözügedən avtomobil yollarında həyata keçiriləcək yenidənqurma və tikinti işlərinə cəlb olunması üçün yolların keçdiyi rayonlar üzrə Məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyatda olan yol fəhlələri və yol tikintisi sahəsi üzrə, yola aid xüsusi texnikaların, maşın-mexanizmlərin idarə edilməsində təcrübəsi olan vətəndaşlar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin həmin rayon və şəhərlərdə yerləşən Yol İstismarı Məhdud Məsuliyyətli Cəmiyyətlərinə müraciət edə bilərlər. 


MilliQazet.Info Son Xəbərlər:
Əhməd Əhmədzadənin vətənpərvərliyi hamıya məlumdurHakimiyyətin susdurmaq metodu davam edirKorona bəlasi davam etməkdədirAzərbaycanda günahsiz həpslər davam edirKorona virus vakasi artırCaqqaln yeni oyunuCəmil bəyin müzakirəsi doğrudurKoronavirus İranda can almağa davam edirKoronavirus müşavirəsiKorona vürusa görə məktəblər bağlandıElmar Hüseyinovun qətlinnən15 il kecirİranda koronavirusdan ölənlər varİranla Azərbaycan sərhəddi bağlandıFariz Hüseynli koronavirusla bağlı danışdıŞəhidimiz varSecki saxtakarı xüsusi təyinatlılardır Qubad İbadoğluMorgan Ortagus Azərbaycan hakkında fikriBirtaniyadan yeni bəyanatMusdafa Hacıbəyli döyüldüSecki saxtakarlıqı davam edirFuad Əhmədlinin Məhkəməsi təxirə salındıCindən gələn tələbələr muainə altına alındıFrank Şvabeni Azərbaycanda olub seckiləri müşahidə edəcəkCin əhvalatı Hakimiyyəti yalana sürüyürAbdullah bin Nasir istefa verdiYenidən oxumalısınızMənim şikayyətim pasportla bağlıdır Əli KərimliPolad Aslanovun məhkəməsi olacaqDəyərlər qorunmalıdırYenədə hörmət sahibiyikXəstəlikdən qorunaqXalqı zəhərləyən şirkətlərİttiham vəkilə səyfən verilibDolların məzənnəsi stabilliyini qoruyurTürkiyə Suriyada şəhid verdiHakimiyyətin yeni hədə növüAzərbaycanla bağlı qərar olacaqSecki qərarı verildiSuraxanı rayonundan mən secilməliydim Mehman HüseynovYerlərdə sürünən Əli Həsənovİlham Əliyevə körpə məktubuSəsi cıxanı kəsərik Azərbaycan hakimiyyətinin islahatıYeni hesabat var ATƏT-dənGənclərin yeni şüarıAzərbaycan banisinin yeni kitabı işıq üzü gördüJurnalistin işinə baxılmadıHəpsdə olan gənclər aclıqa başladıSeckilərdə saxtakarlıqlar varAXCP həpslər davam edirAzərbaycanın qurucusu qəlblərdə yaşayırGənc qadın özünə qəst etdiOqtay Gülalıyev yaxşılaşırQarabağdan dünya danışır“Eurohome” tikinti materialları bazarı yanırSuriyanın taleyi həll olunurYüksələn NazirliyimizBakıda və Abşeronda tutqun hava şəraiti olacaqAyaz Quliyev "Spartak" klubunu tərk edə bilər.Xacmaza yeni polis rəisi təyin olunduOqtay Gülalıyevin vəziyyəti ağır olaraq qalır.Milli Məclis sabah toplanırTarixi saxtalaştırdınızCəmil Həsənlinin sualı varQardaşların görüşü varQarabağın anti siyasətiYAP Parlament buraxılsın deyirOqtay Gülalıyevdən yeni xəbər varHakimiyyətin yeni oynuSonunda doğru sözlərHava necə olacaqErməni əsgər intihar edibAXCP Asif Yusifli azadlıqdaAzərbaycanda yeni partiya yaranırBakıya giriş bağlanıbBakı Dövlət Universitetində kütləvi zəhərlənməKÜPƏ GİRƏN QARI KRESLONU TƏHVİL VERƏCƏKDuma görüşü bu gün olacaqRüfət Səfərovun təxribat planıAzərbaycandan olan İŞİDcilər geri dönürİranda iğtişaşlar davam etməkdədirBaş redaktorun məhkəməsi başlayıbMilli Şura bəyanat yayıbHər zaman azadlıqdaAzәrbaycanın Almaniya problemiOqtay Gülalıyevin ağ ciyərinə infeksiya düşübYeni bəyanatımız polis təziqləridirArif Hacılı saxlanıldıBu gün Konstitusiya günüdürDualarımızı Oqtay Gülalıyevdən əksik etməyəkAzərbaycan Hakimiyyətinin müxalifətcilərə basqısı davam edirHakimiyyətin Müsavatdan qorxduğunu sübut edirSağlamlığımızı qoruyaqŞahmatçımız dördüncü turda oynayacaqSeysmoloji Xidmət Mərkəzinin məlumatı varNoyabrın 12-də mitinq var Bakı Şəhər İcra Hakimiyyətinin qarşısıAzər İsmayıl polisə cağrıldıİlham Əliyevin kini Fuad Qəhrəmanlını zindanda tuturIşın Karaca və Tuğrul Odabaş boşanır.Ərdoğanı və Trampa telefon söhbətiAğdamın “Qarabağ” kulubu oyun öncəsi son məşqini keçirib.