ABŞ neft şirkətlərinin Xəzərdən çəkilməsi

ABŞ neft şirkətlərinin Xəzərdən çəkilməsi
  • 4-03-2019, 17:43
  • 5655 dəfə oxunub

Fevralın 19-da Petroleum Economist saytında Ceyms Qavinin ABŞ neft şirkətlərinin Xəzərdən çəkilməsi Bakını çətin vəziyyətə salır adlı məqalə dərc olunub. ​Məqalədə Chevron və ExxonMobil şirkətlərinin Azərbaycanı tərk etməsindən sonra ölkənin yeni sərmayelər cəlb etmək imkanlarının məhdudlaşacağından bəhs edilir.
“Ötən iyul Şah Dəniz-2 yatağından Türkiyəyə kommersiya məqsədli qaz təchizatının başlaması ilə Azərbaycanın hidrokarbon sektorunda nikbinlik yarandı. Lakin 2018-ci il mənfi xəbərlərlə baş çatdı. Belə ki, Chevron və ExxonMobil-in Xəzər Dənizindəki ən böyük Azəri-Çıraq-Günəşli neft yatağından çəkilməyi planlaşdırdığını açıqladı. Bu iki böyük şirkətin ölkədən getməsi Azərbaycan höküməti üçün çətin vaxta təsadüf edib. Bakı neft axtarışı və istehsalına sərməye axınını qoruyub saxlamalıdır – xüsusilə də Xəzər regionunda siyasi riskin artdığı bir vaxt. Buna səbəb isə ABŞ prezidenti Donald Trampın qonşu İrana qarşı sərt sanksiyaların tətbiq olunmasıdır,” yazıda deyilir.

Qavin bildirir ki, Chevron Azəri-Çıraq-Günəşlidəki 9.57 faizlik payını və Bakı-Tbilisi-Ceyhan boru neft kəmərindəki 8.9 faizlik payını satmaq istəyir. ExxonMobil isə Azəri-Çıraq-Günəşlidəki 6.8 fazilik payını satır. Bu, dövlət neft şirkəti Socar-ı Azəri-Çıraq-Günəşli neft yatağına gələcək xarici sərmayelərin davam etməsi üçün BP-dən çox asılı vəziyyətə salır. “Ölkənin maye hasilatının 80 faizi Azəri-Çıraq-Günəşli neft yatağından gəlir.”

Kommersiya prioritetləri

Yazıda deyilənə görə, ölkəni tərk etmək qərarları siyasi riskdən çox kommersiya məqsədəuyğunluğuna əsaslanır. Chevron Petroleum Economist-ə verdiyi açıqlamada Chevronun Azərbaycanın Azəri-Çıraq-Günəşli və Bakı-Tbilisi-Ceylan layihələrindəki payını satmağı planlaşdırdığını təsdiq edib. Şirkət bildirib ki, bu qərar onların qlobal aktiv portfoliosunu uzun-müddətli prioritetlərinə uyğunlaşdırmaq planının bir hissəsidir.
“ExxonMobil isə yanvarın ortalarınadək ölkədən gedişi ilə bağlı şərh verməli idi. Dekabr ayının əvvəlində Reuters-da dərc olunan məqalədə sənaye mənbəlirə istinadən yazılmışdı ki, şirkət payını sataraq 2 milyard dollar əldə etməyi ümid edir. ExxonMobil bu cür məsələlərdə bağlı nadir hallarda şərh verir”, məqalədə deyilir.
Petroleum Economist-in məlumatına görə, BP 30.4 faiz paya sahibdir və Socar ilə başqa sazişləri də var. Bu isə o deməkdir ki, Xəzər ərazisi şirkət əməliyyatlarının mühüm hissəsini təşkil edir.

“Lakin ABŞ şirkətləri üçün Azərbaycandakı neft yataqlarının perspektivləri zəifləyib, çünki hasilat pik həddini keçib, istehsalın daha da sürətli azalmasının qarşısını almaq üçün isə daha çox kapital tələb olunur.

Azəri-Çıraq-Günəşli yatağının təxminən 6 milyard barel ehtiyatı var, onun 3.5 milyardı 1997-ci ildə layihə başlayandan bəri hasil olunub. 2018-ci ilin ilk üç rübübdə orta hasilat gündəlik 588 min barel olub”, yazıda bildirilir.
IHS Markit-in enerji sektoru üzrə təhlilçisi Filip Ueber isə Petroleum Economist-ə bildirib ki, pik hasilatın 2010-cü ildə gündəlik 1 milyon barelə çatacağı gözlənilsə də, bu baş vermədi. Onlar neft hasilatını qorumaq üçün yatağa yeridilən qazı kəskin artırdı ki, bu, xərclərin artmasına səbəb oldu və bunun da hər iki şirkətin hasilatın pay bölgüsü sazişini yeniləyəndən sonra paylarını satmaq kimi qərar verməsinə gətirib çıxarıb.

Azəri-Çıraq-Günəşli layihəsinin hasilatın bay bölgüsü sazişi 2017-ci ilin sentybar ayında 2049-cu ilədək uzadılıb.

Sərmaye çətinliyi

Qavin yazır ki, ABŞ-ın iki böyük neft şirkətinin payları BP-dən xeyli az olsa da, onların layihələrdən geri çəkilməsi Bakı üçün böyük zərbə olacaq. “ExxonMobil və Chevron keşmiş Sovet respublikasına 1990-cu illərin əvvəlində müstəqil neft və qaz sənayesi inkişaf etdirməyə böyük yardım göstərib. Həmin vaxt 1994-cü ildə əldə olunan Azəri-Çıraq-Günəşli razılığı “əsrin sazişi” olaraq qiymətləndirilmişdi və Avropaya təchizatçılarını diversifikasiya etməyə yardım edəcəyi gözlənilirdi”.

Onun sözlərinə görə isə indi bu şirkətlər olmadan Azərbaycandakı neft yataqlarına yeni sərmayelər cəlb etmək çətinləşəcək.

“Ölkənin uzun-müddətli layihələrlə bağlı böyük planları var və bu planlar yeni sərmayeler tələb edəcək. Lakin bu iki ABŞ şirkətinin qərarı yeni sərmayeləri cəlb etməyi çətinləşdirir”, deyə Avrasiya İnkişafı Ekspert Mərkəzinin konsultantı Stanislav Pritçin bildirib. Xəzərin dərin hissələrində kəşfiyyat-qazma işləri aparmaq üçün təcrübəsi və ya kapitalı olanlar çox azdır, Socar-ın öz təcrübəsi də məhduddur,” o əlavə edib.
Lakin Qavinin sözlərinə görə, hələ ki, hər şey itirilməyib.

“BP 2018-ci ilin ilk üç rübündə Azəri-Çıraq-Günəşlidəki əməliyyatlara 1 milyard dollardan çox pul xərcləyib.” BP-nin sözçüsü Petroleum Economist-ə bildirib ki, şirkətin sazişlə bağlı mövqeyində dəyişiklik olmayıb, onlar ölkədə 2040-cı illərin sonunadək fəaliyyət göstərməyi planlaşdırır.

“Azərbaycan bizim üçün mühümdür və təkcə Azəri-Çıraq-Günəşli və ya Bakı-Tbilisi-Ceyhan boru kəməri səbəbilə deyil, həm də Şah Dəniz-2 layihəsi və artıq baş çatan Cənub Qaz Dəhliz boru kəmərinə görə,” sözçü deyib.

Məqalədə bildirilir ki, Birləşmiş Krallıqda qərargahlanan şirkətin fəaliyyətini davam etdirməsi Bakıda xoş qarşılanır. Lakin azalan neft ehtiyatlarına digər Qərb şirkətlərini cəlb etmək böyük əmək tələb edəcək.


MilliQazet.Info Son Xəbərlər:
Əhməd Əhmədzadənin vətənpərvərliyi hamıya məlumdurHakimiyyətin susdurmaq metodu davam edirKorona bəlasi davam etməkdədirAzərbaycanda günahsiz həpslər davam edirKorona virus vakasi artırCaqqaln yeni oyunuCəmil bəyin müzakirəsi doğrudurKoronavirus İranda can almağa davam edirKoronavirus müşavirəsiKorona vürusa görə məktəblər bağlandıElmar Hüseyinovun qətlinnən15 il kecirİranda koronavirusdan ölənlər varİranla Azərbaycan sərhəddi bağlandıFariz Hüseynli koronavirusla bağlı danışdıŞəhidimiz varSecki saxtakarı xüsusi təyinatlılardır Qubad İbadoğluMorgan Ortagus Azərbaycan hakkında fikriBirtaniyadan yeni bəyanatMusdafa Hacıbəyli döyüldüSecki saxtakarlıqı davam edirFuad Əhmədlinin Məhkəməsi təxirə salındıCindən gələn tələbələr muainə altına alındıFrank Şvabeni Azərbaycanda olub seckiləri müşahidə edəcəkCin əhvalatı Hakimiyyəti yalana sürüyürAbdullah bin Nasir istefa verdiYenidən oxumalısınızMənim şikayyətim pasportla bağlıdır Əli KərimliPolad Aslanovun məhkəməsi olacaqDəyərlər qorunmalıdırYenədə hörmət sahibiyikXəstəlikdən qorunaqXalqı zəhərləyən şirkətlərİttiham vəkilə səyfən verilibDolların məzənnəsi stabilliyini qoruyurTürkiyə Suriyada şəhid verdiHakimiyyətin yeni hədə növüAzərbaycanla bağlı qərar olacaqSecki qərarı verildiSuraxanı rayonundan mən secilməliydim Mehman HüseynovYerlərdə sürünən Əli Həsənovİlham Əliyevə körpə məktubuSəsi cıxanı kəsərik Azərbaycan hakimiyyətinin islahatıYeni hesabat var ATƏT-dənGənclərin yeni şüarıAzərbaycan banisinin yeni kitabı işıq üzü gördüJurnalistin işinə baxılmadıHəpsdə olan gənclər aclıqa başladıSeckilərdə saxtakarlıqlar varAXCP həpslər davam edirAzərbaycanın qurucusu qəlblərdə yaşayırGənc qadın özünə qəst etdiOqtay Gülalıyev yaxşılaşırQarabağdan dünya danışır“Eurohome” tikinti materialları bazarı yanırSuriyanın taleyi həll olunurYüksələn NazirliyimizBakıda və Abşeronda tutqun hava şəraiti olacaqAyaz Quliyev "Spartak" klubunu tərk edə bilər.Xacmaza yeni polis rəisi təyin olunduOqtay Gülalıyevin vəziyyəti ağır olaraq qalır.Milli Məclis sabah toplanırTarixi saxtalaştırdınızCəmil Həsənlinin sualı varQardaşların görüşü varQarabağın anti siyasətiYAP Parlament buraxılsın deyirOqtay Gülalıyevdən yeni xəbər varHakimiyyətin yeni oynuSonunda doğru sözlərHava necə olacaqErməni əsgər intihar edibAXCP Asif Yusifli azadlıqdaAzərbaycanda yeni partiya yaranırBakıya giriş bağlanıbBakı Dövlət Universitetində kütləvi zəhərlənməKÜPƏ GİRƏN QARI KRESLONU TƏHVİL VERƏCƏKDuma görüşü bu gün olacaqRüfət Səfərovun təxribat planıAzərbaycandan olan İŞİDcilər geri dönürİranda iğtişaşlar davam etməkdədirBaş redaktorun məhkəməsi başlayıbMilli Şura bəyanat yayıbHər zaman azadlıqdaAzәrbaycanın Almaniya problemiOqtay Gülalıyevin ağ ciyərinə infeksiya düşübYeni bəyanatımız polis təziqləridirArif Hacılı saxlanıldıBu gün Konstitusiya günüdürDualarımızı Oqtay Gülalıyevdən əksik etməyəkAzərbaycan Hakimiyyətinin müxalifətcilərə basqısı davam edirHakimiyyətin Müsavatdan qorxduğunu sübut edirSağlamlığımızı qoruyaqŞahmatçımız dördüncü turda oynayacaqSeysmoloji Xidmət Mərkəzinin məlumatı varNoyabrın 12-də mitinq var Bakı Şəhər İcra Hakimiyyətinin qarşısıAzər İsmayıl polisə cağrıldıİlham Əliyevin kini Fuad Qəhrəmanlını zindanda tuturIşın Karaca və Tuğrul Odabaş boşanır.Ərdoğanı və Trampa telefon söhbətiAğdamın “Qarabağ” kulubu oyun öncəsi son məşqini keçirib.