İnvestorlar başını götürüb getməkdə davam edir

İnvestorlar başını götürüb getməkdə davam edir
  • 2-05-2019, 09:48
  • 5046 dəfə oxunub

Ölkədəki ağır şərtlər heç şübhəsiz xarici investisiyanın da azalmasına təsir göstərib. Hakimiyyətin bəyanatlarına baxmataraq, real rəqəmlər başqa mənzərəni göstərur. AXCP İqtisadiyyat Komissiyasının sədri Nemət Əliyev facebook statusunda  qeyd edib ki, xarici investorlar başını götürüb getməkdə davam edir. Statusda deyilir: “Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyev yenə də ölkəmizdə biznes mühitinin yaxşılaşmasından, sərmayə qoyuluşu üçün daha yaxşı şərait yaradılmasından danışıb. Dövlət başçısı, hətta ölkəmizə xaricdən investisiya, sərmayə qoymaq istəyənlərin çoxalmasını, Çinin iri şirkətlərinin Azərbaycana sərmayə qoymaq üçün böyük maraq göstərmələrini də deyib… Doğrudanmı belədir?

Açıqlanan rəsmi məlumatlara görə xarici sərmayələrin 3 aylıq həcmi 2018-ci ildə 816 milyon dollar, 2019-cu ildə 519 milyon dollar olub. Deməli, xarici sərmayələr bir ildə 36,4 faiz və ya 297 milyon dollar azalıb.

Xarici sərmayələrin son 5 illik dinamikası isə göstərir ki, əcnəbi investorlar ölkəmizə sərmayə qoyuluşunu bir qayda olaraq azaltmaqda davam ediblər. 2015-ci ilin yanvar-mart dövründə ölkəmizə 1,6 milyard dollar sərmayə yatıran xarici investorlar bu göstəricini 2016-cı ildə 1,243 milyard dollara, 2017-ci ildə 1,177 milyard dollara, 2018-ci ildə 816 milyon dollara və nəhayət 2019-cu ildə 519 milyon dollara qədər azaldıb. Göründüyü kimi, xarici investorlar son 4 ildə Azərbaycana sərmayələri 68% azaldıb.

Bu müqayisələrdən çıxan nəticə odur ki, xarici sərmayə qoyuluşu sahəsində vəziyyət o dərəcədə bərbaddır ki, hətta Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan adının 25-ci yerə yazılması, yaxud da dil pəhləvanlarının dediyi kimi, “32 pillə irəliləyərək ən islahatçı 10 ölkə sırasında yer almağımız” da xarici investorların ölkəmizə olan neqativ münasibətini dəyişə bilməyib.

Çinin iri şirkətrlərinin ölkəmizə maraq göstərməsi məsələsinə gəlincə, deməliyəm ki, bu ilin yanvar-mart dövründə xarici investisiyaların 91%-i (471 milyon dolları) Birləşmiş Krallıq, Türkiyə, İsveçrə, ABŞ, Malayziya, Yaponiya, Çexiya, İran, Rusiya və Norveç sərmayədarlarına məxsus olub. Çinin bu onluq sıralamada yeri yoxdur. Odur ki, Çin sərmayədarları Azərbaycana sərmayə qoyuşunda iştirak edirsə də, onun iştirak payı elə də diqqət çəkən səviyyədə deyil. Deməli, Neft Fondunun 2015-ci ildə Çinin istiqraz bazarlarına 500 milyon dollar həcmində yatırım eləməsi də çinli investorlarda Azərbaycana ciddi maraq yarada bilməyib.

Beləliklə, bir daha təsdiqlənir ki, halva-halva deməklə ağız şirin olmur. Bilmək lazımdır ki, ölkənin sosial-iqtisadi mənzərəsinə yaxından bələd olan xarici sərmayədarlar şifahi sözə deyil, əməli fəaliyyətə, real şəraitə istinad edirlər. Heç şübhə etmirəm, sizlər də etməyin ki, hazırkı qeyri-adekvat, üzücü şərait dəyişən kimi xarici sərmayədarlar ölkəmizə üz tutacaqlar. Bundan ötrü gerçək və köklü islahatlara ehtiyac var”.


MilliQazet.Info Son Xəbərlər:
Əhməd Əhmədzadənin vətənpərvərliyi hamıya məlumdurHakimiyyətin susdurmaq metodu davam edirKorona bəlasi davam etməkdədirAzərbaycanda günahsiz həpslər davam edirKorona virus vakasi artırCaqqaln yeni oyunuCəmil bəyin müzakirəsi doğrudurKoronavirus İranda can almağa davam edirKoronavirus müşavirəsiKorona vürusa görə məktəblər bağlandıElmar Hüseyinovun qətlinnən15 il kecirİranda koronavirusdan ölənlər varİranla Azərbaycan sərhəddi bağlandıFariz Hüseynli koronavirusla bağlı danışdıŞəhidimiz varSecki saxtakarı xüsusi təyinatlılardır Qubad İbadoğluMorgan Ortagus Azərbaycan hakkında fikriBirtaniyadan yeni bəyanatMusdafa Hacıbəyli döyüldüSecki saxtakarlıqı davam edirFuad Əhmədlinin Məhkəməsi təxirə salındıCindən gələn tələbələr muainə altına alındıFrank Şvabeni Azərbaycanda olub seckiləri müşahidə edəcəkCin əhvalatı Hakimiyyəti yalana sürüyürAbdullah bin Nasir istefa verdiYenidən oxumalısınızMənim şikayyətim pasportla bağlıdır Əli KərimliPolad Aslanovun məhkəməsi olacaqDəyərlər qorunmalıdırYenədə hörmət sahibiyikXəstəlikdən qorunaqXalqı zəhərləyən şirkətlərİttiham vəkilə səyfən verilibDolların məzənnəsi stabilliyini qoruyurTürkiyə Suriyada şəhid verdiHakimiyyətin yeni hədə növüAzərbaycanla bağlı qərar olacaqSecki qərarı verildiSuraxanı rayonundan mən secilməliydim Mehman HüseynovYerlərdə sürünən Əli Həsənovİlham Əliyevə körpə məktubuSəsi cıxanı kəsərik Azərbaycan hakimiyyətinin islahatıYeni hesabat var ATƏT-dənGənclərin yeni şüarıAzərbaycan banisinin yeni kitabı işıq üzü gördüJurnalistin işinə baxılmadıHəpsdə olan gənclər aclıqa başladıSeckilərdə saxtakarlıqlar varAXCP həpslər davam edirAzərbaycanın qurucusu qəlblərdə yaşayırGənc qadın özünə qəst etdiOqtay Gülalıyev yaxşılaşırQarabağdan dünya danışır“Eurohome” tikinti materialları bazarı yanırSuriyanın taleyi həll olunurYüksələn NazirliyimizBakıda və Abşeronda tutqun hava şəraiti olacaqAyaz Quliyev "Spartak" klubunu tərk edə bilər.Xacmaza yeni polis rəisi təyin olunduOqtay Gülalıyevin vəziyyəti ağır olaraq qalır.Milli Məclis sabah toplanırTarixi saxtalaştırdınızCəmil Həsənlinin sualı varQardaşların görüşü varQarabağın anti siyasətiYAP Parlament buraxılsın deyirOqtay Gülalıyevdən yeni xəbər varHakimiyyətin yeni oynuSonunda doğru sözlərHava necə olacaqErməni əsgər intihar edibAXCP Asif Yusifli azadlıqdaAzərbaycanda yeni partiya yaranırBakıya giriş bağlanıbBakı Dövlət Universitetində kütləvi zəhərlənməKÜPƏ GİRƏN QARI KRESLONU TƏHVİL VERƏCƏKDuma görüşü bu gün olacaqRüfət Səfərovun təxribat planıAzərbaycandan olan İŞİDcilər geri dönürİranda iğtişaşlar davam etməkdədirBaş redaktorun məhkəməsi başlayıbMilli Şura bəyanat yayıbHər zaman azadlıqdaAzәrbaycanın Almaniya problemiOqtay Gülalıyevin ağ ciyərinə infeksiya düşübYeni bəyanatımız polis təziqləridirArif Hacılı saxlanıldıBu gün Konstitusiya günüdürDualarımızı Oqtay Gülalıyevdən əksik etməyəkAzərbaycan Hakimiyyətinin müxalifətcilərə basqısı davam edirHakimiyyətin Müsavatdan qorxduğunu sübut edirSağlamlığımızı qoruyaqŞahmatçımız dördüncü turda oynayacaqSeysmoloji Xidmət Mərkəzinin məlumatı varNoyabrın 12-də mitinq var Bakı Şəhər İcra Hakimiyyətinin qarşısıAzər İsmayıl polisə cağrıldıİlham Əliyevin kini Fuad Qəhrəmanlını zindanda tuturIşın Karaca və Tuğrul Odabaş boşanır.Ərdoğanı və Trampa telefon söhbətiAğdamın “Qarabağ” kulubu oyun öncəsi son məşqini keçirib.