Sanki bu medalı kütləvi istehsal edib satışa buraxıblar və kim kimi istəyir, harda gəldi, təltif edir

Sanki bu medalı kütləvi istehsal edib satışa buraxıblar və kim kimi istəyir, harda gəldi, təltif edir
  • 12-07-2019, 16:42
  • 3915 dəfə oxunub

Rövşən Hacıbəyli

Sanki bu medalı kütləvi istehsal edib satışa buraxıblar və kim kimi istəyir, harda gəldi, təltif edir

İki gündür sosial şəbəkələrdə əsas müzakirə mövzularından biri “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalıdır. Qızğın müzakirə səbəbsiz deyil. Ölkə kiçik, az qala hamı bir-birini tanıyır. Kimlərin hansı yolda, hansı ideyaların daşıyıcısı olduğu çoxlarına bəlli. Medal təsis olunanda onun kimlərə veriləcəyi  “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik ediləndə layihədə yazılmışdı. Layihə də Milli Məclisdə başqa bütün qanunlar kimi, yəni dəyişiklik edilmədən, qəbul olunmuşdu. Orada yazılmışdı:

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyətinin tədqiqində və təbliğində, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif olunacaq”.

Ancaq yayılan xəbərlər, həmişə olduğu kimi, yubiley medalı ilə bağlı ciddi qanun pozuntusundan xəbər verir. Məsələn, ötən il milli öndərimiz Məhəmməd Əmin Rəsulzadəni təhqir edən deputat Naqif Həmzəyevə də bu medal verilib. Narazılıqlar, sosial şəbəkələrdə etirazlar da ondan sonra başlayıb. Əslində bu medal ona deputat mandatına görə verilib. İlham Əliyevin 3 iyul 2019-cu ildə imzaladığı, ancaq nədənsə www.president.az saytında yerləşdirilməyən sərəncamıyla “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiiyi (1918-2018)” yubiley medalı bütün deputatlara verilib. Maraqlıdır ki, prezidentin bütün fərman və sərəncamları, görüşləri, səfərləri ilə bağlı məlumatları “Rəsmi xronika” bölməsində dərc edən AzərTAc da bu sərəncamı yaymayıb. Bu sərəncamdan saytlar və qəzetlər Səməd Seyidovun vasitəsilə xəbər tutub. O, iyulun 3-də özünün Facebook səhifəsində aldığı medalın şəklini paylaşıb. Saytlar da Səməd Seyidovun səhifəsindən bu xəbəri götürüb; öz qeydləri ilə paylaşıb: “Sərəncamın mətni yaxın saatlarda yayılacaq”. İyulun 11-dən medalı paylamağa başlayıblar, həm də təkcə deputatlara yox, QHT təmsilçilərinə, baş redaktorlara, hələlik adlarını bilmədiyimiz müxtəlif adamlara. “Yeni Müsavat” qəzetinin redaktoru Rauf Arifoğluna hətta bu medal iki dəfə təqdim olunub.

Ortada rəsmi sərəncam yox, qürur yerimiz olan AXC-nin 100 illiyi ilə bağlı təsis edilən medalın veriləcəyi adamların adı dəqiq bilinmir, sanki bu medalı kütləvi istehsal edib satışa buraxıblar və kim kimi istəyir, harda gəldi, təltif edir. Məsələn, deputatlardan biri bu medalın ona köməkçisi vasitəsilə göndərilməsindən narazılığını bildirib. Adam haqlıdır. Prezident sərəncam veribsə, sərəncam rəsmi sənəd sayılır, medal da rəsmi qaydada təqdim olunmalıdır. Yoxsa medalı bir yerdə Vüqar Səfərli, başqa yerdə Əli Həsənov, yəqin, bir başqa yerdə Əflatun Amaşov, ola bilsin, Azay Quliyev və başqaları təqdim edir.

Sovetdənqalma keçidin təmirdən sonrakı açılışına gələn, hansısa yolun 10-15-ci kilometrinin lentini kəsən, bələdiyyə sədrinin görəcəyi işi boynuna götürən prezident bu medalı sahiblərinə verməkdə maraqlı olmayıb. Bu medal o qədər gərəksiz, əhəmiyyətsiz sayılıb ki, onunla bağlı sərəncamı da, yuxarıda yazdığımız kimi, rəsmi olaraq yaymayıblar. Bəlkə, utanıblar?!

Üstəlik, Azərbaycanın dövlət müstəqilliyinin əleyhinə səs vermiş deputatlar – Arif Rəhimzadə, Eldar İbrahimov, Zeynəb Xanlarova, Mixail Zabelin, Madər Musayev və başqaları da bu medalla təltif olunub.

Faciələrimiz bitmir ki bitmir…


MilliQazet.Info Son Xəbərlər:
Azәrbaycanın Almaniya problemiOqtay Gülalıyevin ağ ciyərinə infeksiya düşübYeni bəyanatımız polis təziqləridirArif Hacılı saxlanıldıBu gün Konstitusiya günüdürDualarımızı Oqtay Gülalıyevdən əksik etməyəkAzərbaycan Hakimiyyətinin müxalifətcilərə basqısı davam edirHakimiyyətin Müsavatdan qorxduğunu sübut edirSağlamlığımızı qoruyaqŞahmatçımız dördüncü turda oynayacaqSeysmoloji Xidmət Mərkəzinin məlumatı varNoyabrın 12-də mitinq var Bakı Şəhər İcra Hakimiyyətinin qarşısıAzər İsmayıl polisə cağrıldıİlham Əliyevin kini Fuad Qəhrəmanlını zindanda tuturIşın Karaca və Tuğrul Odabaş boşanır.Ərdoğanı və Trampa telefon söhbətiAğdamın “Qarabağ” kulubu oyun öncəsi son məşqini keçirib.Jurnalistə sui qəst olub“Facebook”da dəyişiklik varAtasının həpsinnən qorxan qız şəkər xəstəliyinə tutulduHava haqqında məlumatSiyasi məhbusların sayı artırHakim jurnalistin müraciətini təmin etməyibRealda nə baş verir?Günahını yumaq istəyən Əliyev hakimiyyətiYeni masa toplantısı kecirildiValyuta məzənnəsiXarici şirkətlər ofisini bağlayırOqtay Gülalıyevin vəziyyəti stabil agır olaraq qalmaqdadırİnternet azadlığı olmayan ölkələrƏli Kərimlidən yeni nəfəsCümşüd Nuriyevin gözəl kəlmələriTıxacları aradan qaldırmaq lazımdır“ASAN xidmət” tikilməsi üçün pul ayrıldıYeni konpaniya başlayırHava dəyişəcəkYeni telefon danışıgıXamenei əsəbləşdiMübariz Mənsimov yardım sevər oldugunu bir daha sübut etdiTofiq Yaqubluya həpsdə işgəncə olunubƏliabbas Rüstəmov azadlıqdaAXCP hakimiyyət tərəfindən hücumlara məruz qalır2 Noyabr mitinqinə təhlükələr vardıTəhsil naziri zəngləri hesabını verdiAzəriqaz maaşları vermirDonald Trump dövlət katibini dəyişmək istəyirHava necə olacaqMitinqlərimiz müzakirəyə cıxarıldıHakimiyyət 49 cu maddəni yenədə pozur 2 Noyabr mitinqinə xalq hazır olsunTürkiyə yeni cagırış edibLökbatanda Mitinq icazəsi hakimiyyətin yeni oyunuSeymur Həzinin 30sutkalıq faciyyəsiHüquq müdafiyyəcisinə suiqəst olunubAzərbaycanda din ayrı seckiliyi başlayırDünyanın yaşıl meydanlarında futbol oyunlarıAfaq xanımı təbrik edirikRöyanın puluynan dolanıramMüraciətinizə baxa biləcək məmurlar qullugunuzdadırDaha bir müxalifətci mitinq öncəsi saxlanıldıTri mişkatiyorSevginin rəngi olmurYenilənən hava məlumatı`Azərsu` yenə qanunları pozurƏfqanıstanda ölən və yaralananlar varTəstiqləndi Əbu Bəkir əl Bağdadini məhv edildiBadamdarda sürüşmə səbəbi bilimdi`Neftçi`qalib gəldiBu günü unutmaq olmazEvo Moralesin prezident seçilibBu günün futbol oyunlarıPrezident İlham Əliyev və Ruhaninin görüşüPaşayevlər klanı öndədiDiktatorların suni qələbəsiXalqını tanımayan Deputatın fikirinə yanaşmamBu oyun da hec hecə bitdi “Qarabağ” və “APOEL” 2-2Mikayıl Cabbarov 4 nazirliyin yükünü daşıyacaqHakimiyyətin yeni arsızlıgı Bu yaşdan sonra mədəniyyətDəhşətlər durmur kütləvi ölümlər baş verməkdədirMən adımla fəxr edirəm Nadir QafarzadəZoraklıga son qoymalısınızDaha bir bəyanat Freedom Housedan gəldiNazirin yeni mavini Bunun adı islahatdırMən millətim ücün canımdan kecərəmAzərbaycanda mediya azad deyil əngəllər varMən etiraf edirəm Media bizim əlimizdədi5 İldən sonra 15 gün həps olunan Seymur Həzi şərləndiMöcüzələrdən xəbəriniz varmıQadına şiddət Şou biznesdəMəruzəçilərdə narazılıq edirAzərbaycanın qara günləri başlayırYenilənmiş bəyanat var ABŞ larındanŞərlənən Əli Kərimli böyük ittihamdır.Qanunsuzluq edən Penitensiar XidmətƏliyev hakimiyyətinin islahatları davam edirÇempionlar Liqasının oyunları başlayacakRobert Köçəryan həbsxanaya qaytarılıb.Dunya Miyatoviçin hakimiyyətə sərt sözləriAzərbaycanda Media hüquqları qorunmurQaz olmayacaqZəlzələ olub