Yanlışı etiraf

Yanlışı etiraf
  • 17-07-2019, 10:54
  • 1740 dəfə oxunub

Rusiyanın mobil operatorlarından olan “MeqaFon” şirkəti Azərbaycan xalqından üzr istəyib - Dağlıq Qarabağdakı qondarma qurumu öz saytında müstəqil dövlət kimi təqdim elədiyinə görə. Şirkətin mətbuat xidmətinin rəhbəri bildirib ki, “Səhvimizi düzəltmişik və ən səmimi üzrxahlığımızı edirik, Dağlıq Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir”.

Yanlışı etiraf edib düzəltmək əlbəttə ki, mədəni davranış nümunəsidir, onun üstündə israr eləmək isə cahillik əlaməti. Rusiya şirkəti sivil davranış yolunu seçdi, nəinki erməni yalanının üzərində israr elədi.

Ancaq bu etiraf boş yerdən də yaranmadı. Ona kimi Rusiyada yaşayan soydaşlarımız “MeqaFon”un abunəçisi olan həmvətənlərimizi sosial şəbəkələrdə həmin şirkətlə əməkdaşlığa son verməyə, onu boykota çağırmışdılar. Proses artıq işə düşmüşdü. Həmçinin təzəcə yaradılan Rusiya Azərbaycanlıları İttifaqı məsələdə dərhal öz kəsərli sözünü dedi. Yekunda erməni təbliğatı babat zərbə aldı.

İş, operativlik, sinxron fəaliyyət budur. Təbii ki, son da sayılmaz. Qarabağ problemi qaldıqca erməni təxribatları davam edəcək. Əsas odur ki, dövlət, millət, diaspor, icma olaraq onlara çevik, vaxtında reaksiya verib təsirli kontur-tədbir görə bilək, “anti-yad” hazırlayaq. Çünki Qarabağ savaşı yalnızca səngərlərdə getmir, daha çox təbliğat məkanlarında aparılır. Həm də erməni yalanlarına qarşı əks-təbliğatın özü də bir təbliğatdır, Qarabağ gerçəyini dünyanın diqqətinə gətirmək üçün növbəti fürsətdir.  

Rusiyanı və ABŞ-ı bu mənada məxsusi diqqətdə saxlamalıyıq. Ona görə ki, hər ikisi vasitəçi dövlətdir, dünyada söz sahibi olan supergücdür və hər ikisinin ərazisində güclü erməni lobbisi mövcuddur. Üstəgəl, Rusiyanın xarici siyasət idarəsinin başında illərdir erməni kökənli biri, “Qarabağda müharibə Azərbaycanın daxili işi deyil” deyən Lavrov-Kələntərov durur. Doğrudur, Rusiyada böyük Azərbaycan icması var - təşkilatlanma səviyyəsi arzulanan səviyyədə olmasa da.

Məsələ də əslində sayda yox, keyfiyyətdədir. Gərək biz də xalq olaraq təşkilatlanmağı, milli təhdidlərə qarşı birləşməyi bacaraq. Bununla da üzərimizə gələn hücumu düşmənin özünə qaytaraq. Bundan ötrü keçmiş sovet coğrafiyasında ideoloji-təbliğat işlərini yüksək səviyyəyə qaldıraq. Ermənilər Rusiya mediasında kifayət qədər təşkilatlanıblar. Yazılı və  elektron KİV-də xeyli erməni yazar, aparıcı var. Azərbaycanlıların da xüsusilə Rusiya KİV-lərində təmsil olunmaları zamanın tələbidi. Nə qədər haqlı olsaq da, hərbi gücümüz ermənilərinkindən müqayisə olunmaz dərəcə üstün olsa da, media gücümüz zəifdirsə, təbliğat məsələsində uduzacağıq. Təbliğat üçün dövlət səviyyəsində pul-paraya xərcləməyə, bu sahəyə yatırım qoymağa simiclik etməməliyik - həm Rusiyada, həm MDB məkanında, həm də Qərb ölkələrində.

Onu da gərək unutmayaq ki, Qarabağ məsələsində yekun söz Rusiyanın yox, demokratik dünyanın olacaq. Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqla nə dəyişib ki? Bir-iki cırtdan ölkə və Putinin vassalı Bəşər Əsədin Suriyasından başqa heç bir dövlət, hətta marionet Ermənistan ruslara dəstək vermədi. Amma Avropa Birliyi və ABŞ Kosovanı müstəqil dövlət qismində tanıyan kimi dünyanın yarıdan çoxu eyni addımı atdı...

Mətləbdən uzaqlaşmayaq. Ötən ay erməni lobbisinin ən güclü olduğu Fransanın məhkəmələri Dağlıq Qarabağın işğal altındakı şəhərləri ilə bəzi Fransa şəhərləri arasında imzalanmış qanunsuz “dostluq müqavilələri”ni  bir-bir ləğv elədi. Ermənilər az qala, şokda idilər. Etiraf elədilər ki, bu, Azərbaycanın uğurudur. Demək, ölçülü-biçili, sanballı və davamlı fəaliyyət olan yerdə, işimizi yaxşı düzüb qoşanda Ermənistanı “kiçik bacı” sayan Fransada da düşmən milləti məyus eləmək olar.

Eləcə də ABŞ-da ermənilərin burnunu ovmaq zamanı çatıb. Məsələn, bəlli ki, bəzi ştatlar “DQR”in müstəqilliyini tanıyıb - ABŞ dövlət olaraq, buna getməsə də. O zaman nədən Fransa presedentini Amerikada təkrarlamayaq, yəni ştatların tanınma qərarlarının ləğvinə nail olmayaq?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov haqlıdır deyəndə ki, bundan ötrü bir neçə on milyon dollarımızdan keçib ABŞ-da bir-iki sanballı hüquq firması ilə müqavilə bağlamaq kifayətdir. Əlavə edək: daha bir neçə milyon dollarımızdan keçib hazırda heç bir dövlət vəzifəsi tutmayan Xocalı hərbi canilərini - Robert Köçəryanı (artıq həbsdədir), Serj Sərkisyanı, Seyran Ohanyanı beynəlxalq məhkəməyə verə bilərik...

Beləcə, erməniləri dünyanın hər yerində Azərbaycan əleyhinə öz separatçı-faşist təbliğatına və əməllərinə peşman eləməliyik. Elə eləməliyik ki, torpaq iddiası haqda düşünməyə belə vaxtları olmasın, hər yerdə torpaq ayaqlarının altında alovlanıb yansın. Ta ki, Qarabağda alov sönənədək...


MilliQazet.Info Son Xəbərlər:
Yeni bəyanatımız polis təziqləridirArif Hacılı saxlanıldıBu gün Konstitusiya günüdürDualarımızı Oqtay Gülalıyevdən əksik etməyəkAzərbaycan Hakimiyyətinin müxalifətcilərə basqısı davam edirHakimiyyətin Müsavatdan qorxduğunu sübut edirSağlamlığımızı qoruyaqŞahmatçımız dördüncü turda oynayacaqSeysmoloji Xidmət Mərkəzinin məlumatı varNoyabrın 12-də mitinq var Bakı Şəhər İcra Hakimiyyətinin qarşısıAzər İsmayıl polisə cağrıldıİlham Əliyevin kini Fuad Qəhrəmanlını zindanda tuturIşın Karaca və Tuğrul Odabaş boşanır.Ərdoğanı və Trampa telefon söhbətiAğdamın “Qarabağ” kulubu oyun öncəsi son məşqini keçirib.Jurnalistə sui qəst olub“Facebook”da dəyişiklik varAtasının həpsinnən qorxan qız şəkər xəstəliyinə tutulduHava haqqında məlumatSiyasi məhbusların sayı artırHakim jurnalistin müraciətini təmin etməyibRealda nə baş verir?Günahını yumaq istəyən Əliyev hakimiyyətiYeni masa toplantısı kecirildiValyuta məzənnəsiXarici şirkətlər ofisini bağlayırOqtay Gülalıyevin vəziyyəti stabil agır olaraq qalmaqdadırİnternet azadlığı olmayan ölkələrƏli Kərimlidən yeni nəfəsCümşüd Nuriyevin gözəl kəlmələriTıxacları aradan qaldırmaq lazımdır“ASAN xidmət” tikilməsi üçün pul ayrıldıYeni konpaniya başlayırHava dəyişəcəkYeni telefon danışıgıXamenei əsəbləşdiMübariz Mənsimov yardım sevər oldugunu bir daha sübut etdiTofiq Yaqubluya həpsdə işgəncə olunubƏliabbas Rüstəmov azadlıqdaAXCP hakimiyyət tərəfindən hücumlara məruz qalır2 Noyabr mitinqinə təhlükələr vardıTəhsil naziri zəngləri hesabını verdiAzəriqaz maaşları vermirDonald Trump dövlət katibini dəyişmək istəyirHava necə olacaqMitinqlərimiz müzakirəyə cıxarıldıHakimiyyət 49 cu maddəni yenədə pozur 2 Noyabr mitinqinə xalq hazır olsunTürkiyə yeni cagırış edibLökbatanda Mitinq icazəsi hakimiyyətin yeni oyunuSeymur Həzinin 30sutkalıq faciyyəsiHüquq müdafiyyəcisinə suiqəst olunubAzərbaycanda din ayrı seckiliyi başlayırDünyanın yaşıl meydanlarında futbol oyunlarıAfaq xanımı təbrik edirikRöyanın puluynan dolanıramMüraciətinizə baxa biləcək məmurlar qullugunuzdadırDaha bir müxalifətci mitinq öncəsi saxlanıldıTri mişkatiyorSevginin rəngi olmurYenilənən hava məlumatı`Azərsu` yenə qanunları pozurƏfqanıstanda ölən və yaralananlar varTəstiqləndi Əbu Bəkir əl Bağdadini məhv edildiBadamdarda sürüşmə səbəbi bilimdi`Neftçi`qalib gəldiBu günü unutmaq olmazEvo Moralesin prezident seçilibBu günün futbol oyunlarıPrezident İlham Əliyev və Ruhaninin görüşüPaşayevlər klanı öndədiDiktatorların suni qələbəsiXalqını tanımayan Deputatın fikirinə yanaşmamBu oyun da hec hecə bitdi “Qarabağ” və “APOEL” 2-2Mikayıl Cabbarov 4 nazirliyin yükünü daşıyacaqHakimiyyətin yeni arsızlıgı Bu yaşdan sonra mədəniyyətDəhşətlər durmur kütləvi ölümlər baş verməkdədirMən adımla fəxr edirəm Nadir QafarzadəZoraklıga son qoymalısınızDaha bir bəyanat Freedom Housedan gəldiNazirin yeni mavini Bunun adı islahatdırMən millətim ücün canımdan kecərəmAzərbaycanda mediya azad deyil əngəllər varMən etiraf edirəm Media bizim əlimizdədi5 İldən sonra 15 gün həps olunan Seymur Həzi şərləndiMöcüzələrdən xəbəriniz varmıQadına şiddət Şou biznesdəMəruzəçilərdə narazılıq edirAzərbaycanın qara günləri başlayırYenilənmiş bəyanat var ABŞ larındanŞərlənən Əli Kərimli böyük ittihamdır.Qanunsuzluq edən Penitensiar XidmətƏliyev hakimiyyətinin islahatları davam edirÇempionlar Liqasının oyunları başlayacakRobert Köçəryan həbsxanaya qaytarılıb.Dunya Miyatoviçin hakimiyyətə sərt sözləriAzərbaycanda Media hüquqları qorunmurQaz olmayacaqZəlzələ olubYeni Prezident seckisi baş tutubƏli Kərimli ölümcəsinə döyüldü