Ən böyük insan

Ən  böyük insan
  • 26-09-2019, 09:15
  • 870 dəfə oxunub

1993-cü ilin dekabrı idi, “Neftçilər” metrostansiyasında qatara minib “Sahil”ə gedəcəkdim. Bir də gördüm ki, adamlar, əsasən də tələbələr mənə tərəf baxıb pıçıldaşırlar. Dərhal hiss etdim ki, baxışlar məni aşır, geriyə çevrildim, gördüm, Vurğun Əyyub məndən bir-iki metr aralıda durub, qatar gözləyir.

O vaxta qədər bizim şəxsi tanışlığımız yox idi, o, məni sadəcə, bir neçə dəfə Müsavat Partiyasının qərargahında görmüşdü. Yaxınlaşdım, tanışlıq verdim. Qatar gəldi, vaqona mindik. O vaxt onun 36 yaşı olardı, yəni cavan adam idi, amma Vurğun bəyi tanıyan tələbələr qalxıb ona yer göstərdilər. “Müəllim, keçin, oturun” dedilər. Vurğun müəllim o yerdə oturmadı, yana dönüb həmin yeri yaşlı qadınlara verdi.

Ayaq üstə dayandıq və söhbət edə-edə “Sahil”ə gəldik. Həmin gün onun dediyi iki cümlə yaddaşımda iz salıb. Nəyə görəsə söhbətimiz Hikmət Hacızadəyə yönəldi. Vurğun bəy hərəkat dostunun adını böyük ehtiramla çəkərək dedi: “Hikmət Hacızadənin də bir günü olacaq. Bir gün onun nə qədər böyük insan olduğu bilinəcək”.

Bir də söhbət AXC-Müsavat hakimiyyətinin devrilməsindən (o zamanlar bütün hərəkatçıların mövzusu buydu) düşəndə Vurğun Əyyub belə bir cümlə işlətdi: “Əslində bizim hakimiyyətin devrilməsinin bir səbəbi də testlə qəbul oldu, tələbə qəbulundakı rüşvət və korrupsiyanın məhvi minlərlə ali məktəb müəllimini bizə qarşı çevirdi”.

Bu sözlərdə böyük həqiqət vardı. Gerçəkdən də o vaxtlar AXC-yə müxalif olan ən güclü partiyaların rəhbərliyi və fəalları ali məktəb müəllimləri idi. Onlar tələbə qəbulunda rüşvətə son qoyulmasından narazı qalmış, hiddətlənmiş, kütləvi şəkildə o dövrün ana müxalifət partiyası olan AMİP-ə daxil olmuşdular və Elçibəy hakimiyyətini devirməyə, “tələbə qəbulu sistemində sovet ədaləti”ni bərpa etməyə hazırlaşır, vur-həşirlə antitəbliğat aparırdılar.

Düzdür, “o müəllimlər”in arzusunun yarısı həyata keçdi, Elçibəy iqtidarı devrildi, amma testlə qəbul dəyişdirilmədi. Hakimiyyətə gələn Heydər Əliyev xalqın məmnun olduğu yeni üsulu ləğv etmədi.

Çünki bu, olduqca parlaq, uğurlu bir islahat olmuşdu. Yerlərdə AXC-yə qarşı danışanda ağzının odu-alovu adamı qarsan şəxslər də söhbət tələbə qəbulundakı rüşvətxorluğa son verilməsinə gələndə suya-buza dönür, “o başqa” deyirdilər. Ona görə ki, öz övladları bir qəpik xərc çəkmədən ən prestijli universitetlərin ən yaxşı fakültələrinə qəbul olunmuşdlar. Bir il öncə isə onların bu niyyəti çox əlçatmaz idi, 20-25 min rubl (o qədər pula üç yeni avtomobil almaq olardı) həcmində rüşvət verməliydilər.

Yeri gəlmişkən, dünən jurnalist Nahid Canbaxışlı sosial şəbəkədə Vurğun Əyyuba dair yazdığı statusda bu durumu bir sadə cümlə ilə çox gözəl ifadə edib: “Kasıb balalarının hüquqşünas olmalarının səbəbkarı”...

Əlbəttə, test üsulu ilə tələbə qəbulu islahatı təkcə Vurğun Əyyubun xidməti deyildi. Bunun ideyasını verən, dəstəkləyən, siyasi qərar verən prezident Elçibəyə və təhsil naziri Firudin Cəlilova da minnətdarlıq düşür. Ancaq Vurğun Əyyubun xidməti ona görə böyükdür ki, o, əla və prinsipial icraçı olaraq, bu islahatı heç bir əyintiyə, pozuntuya yol vermədən, iynənin ucu boyda ləkə düşürmədən həyata keçirmişdi. Onun yerində bir qədər üzüyumşaq, bir az da yerlibaz, qohumbaz biri olsaydı, kim bilir, nələr olardı (o cür adamlar hər zaman bütün hakimiyyət komandalarında olur).

Xalqımız Vurğun Əyyubu ona görə sevirdi - vicdanlı, dürüst və prinsipial adam olduğuna, xalqa danılması mümkün olmayan xidmətinə görə.

Əslində Elçibəy komandasında başqa dürüst və vicdanlı kadrlar da vardı və onlar da öz sahələrində parlaq işlər görürdülər. Xeyli ad çəkmək olar.

Vurğun Əyyubun vəfatına görə üzüntüsünü dilə gətirən, səmimi qəlbdən kədərlənən yüz minlərlə adamın mövcudluğu isə onu göstərir ki, bu xalq yaxşı işə, yaxşı insana yaxşı qiymət verir, ona görə hüznə batır.

Demək, hələ çox şey itirilməyib. Demək, dürüst və vicdanlı olmağın məzara alqışlarla yola salınmaq, xatirələrdə işıqlı adam olaraq qalmaq kimi mükafatı da var.


MilliQazet.Info Son Xəbərlər:
Yeni bəyanatımız polis təziqləridirArif Hacılı saxlanıldıBu gün Konstitusiya günüdürDualarımızı Oqtay Gülalıyevdən əksik etməyəkAzərbaycan Hakimiyyətinin müxalifətcilərə basqısı davam edirHakimiyyətin Müsavatdan qorxduğunu sübut edirSağlamlığımızı qoruyaqŞahmatçımız dördüncü turda oynayacaqSeysmoloji Xidmət Mərkəzinin məlumatı varNoyabrın 12-də mitinq var Bakı Şəhər İcra Hakimiyyətinin qarşısıAzər İsmayıl polisə cağrıldıİlham Əliyevin kini Fuad Qəhrəmanlını zindanda tuturIşın Karaca və Tuğrul Odabaş boşanır.Ərdoğanı və Trampa telefon söhbətiAğdamın “Qarabağ” kulubu oyun öncəsi son məşqini keçirib.Jurnalistə sui qəst olub“Facebook”da dəyişiklik varAtasının həpsinnən qorxan qız şəkər xəstəliyinə tutulduHava haqqında məlumatSiyasi məhbusların sayı artırHakim jurnalistin müraciətini təmin etməyibRealda nə baş verir?Günahını yumaq istəyən Əliyev hakimiyyətiYeni masa toplantısı kecirildiValyuta məzənnəsiXarici şirkətlər ofisini bağlayırOqtay Gülalıyevin vəziyyəti stabil agır olaraq qalmaqdadırİnternet azadlığı olmayan ölkələrƏli Kərimlidən yeni nəfəsCümşüd Nuriyevin gözəl kəlmələriTıxacları aradan qaldırmaq lazımdır“ASAN xidmət” tikilməsi üçün pul ayrıldıYeni konpaniya başlayırHava dəyişəcəkYeni telefon danışıgıXamenei əsəbləşdiMübariz Mənsimov yardım sevər oldugunu bir daha sübut etdiTofiq Yaqubluya həpsdə işgəncə olunubƏliabbas Rüstəmov azadlıqdaAXCP hakimiyyət tərəfindən hücumlara məruz qalır2 Noyabr mitinqinə təhlükələr vardıTəhsil naziri zəngləri hesabını verdiAzəriqaz maaşları vermirDonald Trump dövlət katibini dəyişmək istəyirHava necə olacaqMitinqlərimiz müzakirəyə cıxarıldıHakimiyyət 49 cu maddəni yenədə pozur 2 Noyabr mitinqinə xalq hazır olsunTürkiyə yeni cagırış edibLökbatanda Mitinq icazəsi hakimiyyətin yeni oyunuSeymur Həzinin 30sutkalıq faciyyəsiHüquq müdafiyyəcisinə suiqəst olunubAzərbaycanda din ayrı seckiliyi başlayırDünyanın yaşıl meydanlarında futbol oyunlarıAfaq xanımı təbrik edirikRöyanın puluynan dolanıramMüraciətinizə baxa biləcək məmurlar qullugunuzdadırDaha bir müxalifətci mitinq öncəsi saxlanıldıTri mişkatiyorSevginin rəngi olmurYenilənən hava məlumatı`Azərsu` yenə qanunları pozurƏfqanıstanda ölən və yaralananlar varTəstiqləndi Əbu Bəkir əl Bağdadini məhv edildiBadamdarda sürüşmə səbəbi bilimdi`Neftçi`qalib gəldiBu günü unutmaq olmazEvo Moralesin prezident seçilibBu günün futbol oyunlarıPrezident İlham Əliyev və Ruhaninin görüşüPaşayevlər klanı öndədiDiktatorların suni qələbəsiXalqını tanımayan Deputatın fikirinə yanaşmamBu oyun da hec hecə bitdi “Qarabağ” və “APOEL” 2-2Mikayıl Cabbarov 4 nazirliyin yükünü daşıyacaqHakimiyyətin yeni arsızlıgı Bu yaşdan sonra mədəniyyətDəhşətlər durmur kütləvi ölümlər baş verməkdədirMən adımla fəxr edirəm Nadir QafarzadəZoraklıga son qoymalısınızDaha bir bəyanat Freedom Housedan gəldiNazirin yeni mavini Bunun adı islahatdırMən millətim ücün canımdan kecərəmAzərbaycanda mediya azad deyil əngəllər varMən etiraf edirəm Media bizim əlimizdədi5 İldən sonra 15 gün həps olunan Seymur Həzi şərləndiMöcüzələrdən xəbəriniz varmıQadına şiddət Şou biznesdəMəruzəçilərdə narazılıq edirAzərbaycanın qara günləri başlayırYenilənmiş bəyanat var ABŞ larındanŞərlənən Əli Kərimli böyük ittihamdır.Qanunsuzluq edən Penitensiar XidmətƏliyev hakimiyyətinin islahatları davam edirÇempionlar Liqasının oyunları başlayacakRobert Köçəryan həbsxanaya qaytarılıb.Dunya Miyatoviçin hakimiyyətə sərt sözləriAzərbaycanda Media hüquqları qorunmurQaz olmayacaqZəlzələ olubYeni Prezident seckisi baş tutubƏli Kərimli ölümcəsinə döyüldü