Araz Əlizadəyə tənqid atəşi yağdı

Araz Əlizadəyə tənqid atəşi yağdı
  • 7-11-2019, 17:51
  • 348 dəfə oxunub

İki gündür parlamentin deputatları söyüşcül həmkarları Araz Əlizadəni ağ yuyub, qara sərir. Onun Nuru Paşanın 1918-ci ildə Azərbaycanda pul müqabilində döyüşdüyünü və azərbaycanlılarla türklərin heç bir qan bağının olmadığını deməsi, nəhayət, susqunları hərəkətə gətirib. Maraqlı orasıdır ki, bu, Araz Əlizadənin ilk belə çıxışı deyil. O dəfələrlə bənzər şəkildə milləti aşağılayıb və parlamentdəki həmkarlarından da heç bir cavab almayıb. İndi birdən-birə MM-nin xor kapellası uca səslə danışmağa başlanıb. Dünənə kimi ağzına su alıb duran icazəli qəhrəmanlar həmkarlarını layiq olduğu ən sərt ifadələrlə tənqid və təhqir etməkdən çəkinmirlər.
YAP-çı deputat Məlahət İbrahimqızının ardınca həmkarı Musa Quliyev Əlizadənin cavabını verib. O deyib ki, Əlizadə hamının adından danışmaqda böyük səhv edib: “Araz Əlizadə yalnız öz adından danışa bilər. Azərbaycan xalqı oğuz elinə mənsub, köklü türk xalqıdır. Bizim mədəniyyətimiz, mənəvi və tarixi dəyərlərimizlə yanaşı, həm də dilimiz türk dilidir. Əlbəttə, ölkəmizdə fərqli köklərə mənsub xalqlar yaşayır, amma Azərbaycanın əsasını türklər təşkil edir. Araz Əlizadə hansı millətə, xalqa mənsubdur, özü bilər, amma bütövlükdə Azərbaycan xalqı adından danışmaq onun səviyyəsinə uyğun bir iş deyil”.

Deputat Fazil Mustafa da həmkarını tənqid atəşinə tutub: “Nuru Paşa və türk ordusu Azərbaycana məhz xalqımızı xilas etmək üçün gəlmişdi. Hesab edirəm ki, Araz Əlizadə bu fikirləri məqsədyönlü şəkildə söyləyib… Biz özümüz də dəfələrlə həmkarımıza türklərlə bağlı fikirlərinin yanlış olduğunu söyləmişik. Bunu bir neçə dəfə Milli Məclisdə də qaldırdıq. Hesab edirəm ki, artıq bu məsələni gündəmdə saxlamağın heç bir mənası yoxdur”. Parlament üzvlərindən Əlizadəni ən kəskin tənqid edən həmkarı Fəzail Ağamalı olub. O, həmkarının ünvanına ağır ittihamlar səsləndirib: “Uzun illərdir bu adamın türklərə qarşı açıq və gizli şəkildə nifrəti özünü göstərməkdədir. Bu şəxs türk deyil. O etnikdir, farsdan törəmədir. Ona görə də, türk dövlətlərinin mövqeyi artdıqca, türk dövlətləri arasında münasibətlər yüksək səviyyəyə qalxdıqca, Azərbaycanın Türkiyə ilə münasibətləri ən yüksək səviyyədə inkişaf etdikcə, bu şəxs son dərəcə narahatlıq keçirir, buna qısqanclıqla yanaşır. Deyirlər ki, parlamentdə bu şəxslə bağlı məsələ qaldırılsın. Tutaq ki, bunu etdik, nə nəticəsi olacaq? Bu şəxs düzələn deyil. Bir daha təkrar edirəm ki, onun Azərbaycan türkünə, türk dünyasına qarşı antipatiyası var. Bu antipatiya da genetik kodlardan irəli gəlir. Bildiyim qədəri ilə o Azərbaycan türkü deyil. Ata tərəfi ya fars dili, ya da farsdilli xalqlardandır. Bu baxımdan genetikası ilə farsların yanındadır. Həm də o farsların ki, həmin farslar Azərbaycan türkünə qarşı hər zaman həqarətli hərəkətlər edirlər. Bu gün də etməkdədirlər. Onların daşıyıcılarından biri də Araz Əlizadədir. O yatanda üzü farsa tərəf yatır, yəni türklərə tərəf deyil”.
Dəfələrlə yazmışıq, təkrar-təkrar milli hissləri qızışdıran fikirlərlə çıxış edən Araz Əlizadənin cavabı çoxdan verilməli idi. Parlamentin İntizam Komissiyası belə, çoxdan onun cəzalandırılma məsələsini müzakirəyə etməliydi. Bütün bunlar xeyli gecikib və həmkarları da ancaq yuxarılar icazə verdikdən sonra dilə gəliblər. Buna da şükür, gec olsa da, hər kəsin gözü çıxmış qardaşdan ibrət alması pis olmaz.

Rəşid İbrahimov.


MilliQazet.Info Son Xəbərlər:
Yeni bəyanatımız polis təziqləridirArif Hacılı saxlanıldıBu gün Konstitusiya günüdürDualarımızı Oqtay Gülalıyevdən əksik etməyəkAzərbaycan Hakimiyyətinin müxalifətcilərə basqısı davam edirHakimiyyətin Müsavatdan qorxduğunu sübut edirSağlamlığımızı qoruyaqŞahmatçımız dördüncü turda oynayacaqSeysmoloji Xidmət Mərkəzinin məlumatı varNoyabrın 12-də mitinq var Bakı Şəhər İcra Hakimiyyətinin qarşısıAzər İsmayıl polisə cağrıldıİlham Əliyevin kini Fuad Qəhrəmanlını zindanda tuturIşın Karaca və Tuğrul Odabaş boşanır.Ərdoğanı və Trampa telefon söhbətiAğdamın “Qarabağ” kulubu oyun öncəsi son məşqini keçirib.Jurnalistə sui qəst olub“Facebook”da dəyişiklik varAtasının həpsinnən qorxan qız şəkər xəstəliyinə tutulduHava haqqında məlumatSiyasi məhbusların sayı artırHakim jurnalistin müraciətini təmin etməyibRealda nə baş verir?Günahını yumaq istəyən Əliyev hakimiyyətiYeni masa toplantısı kecirildiValyuta məzənnəsiXarici şirkətlər ofisini bağlayırOqtay Gülalıyevin vəziyyəti stabil agır olaraq qalmaqdadırİnternet azadlığı olmayan ölkələrƏli Kərimlidən yeni nəfəsCümşüd Nuriyevin gözəl kəlmələriTıxacları aradan qaldırmaq lazımdır“ASAN xidmət” tikilməsi üçün pul ayrıldıYeni konpaniya başlayırHava dəyişəcəkYeni telefon danışıgıXamenei əsəbləşdiMübariz Mənsimov yardım sevər oldugunu bir daha sübut etdiTofiq Yaqubluya həpsdə işgəncə olunubƏliabbas Rüstəmov azadlıqdaAXCP hakimiyyət tərəfindən hücumlara məruz qalır2 Noyabr mitinqinə təhlükələr vardıTəhsil naziri zəngləri hesabını verdiAzəriqaz maaşları vermirDonald Trump dövlət katibini dəyişmək istəyirHava necə olacaqMitinqlərimiz müzakirəyə cıxarıldıHakimiyyət 49 cu maddəni yenədə pozur 2 Noyabr mitinqinə xalq hazır olsunTürkiyə yeni cagırış edibLökbatanda Mitinq icazəsi hakimiyyətin yeni oyunuSeymur Həzinin 30sutkalıq faciyyəsiHüquq müdafiyyəcisinə suiqəst olunubAzərbaycanda din ayrı seckiliyi başlayırDünyanın yaşıl meydanlarında futbol oyunlarıAfaq xanımı təbrik edirikRöyanın puluynan dolanıramMüraciətinizə baxa biləcək məmurlar qullugunuzdadırDaha bir müxalifətci mitinq öncəsi saxlanıldıTri mişkatiyorSevginin rəngi olmurYenilənən hava məlumatı`Azərsu` yenə qanunları pozurƏfqanıstanda ölən və yaralananlar varTəstiqləndi Əbu Bəkir əl Bağdadini məhv edildiBadamdarda sürüşmə səbəbi bilimdi`Neftçi`qalib gəldiBu günü unutmaq olmazEvo Moralesin prezident seçilibBu günün futbol oyunlarıPrezident İlham Əliyev və Ruhaninin görüşüPaşayevlər klanı öndədiDiktatorların suni qələbəsiXalqını tanımayan Deputatın fikirinə yanaşmamBu oyun da hec hecə bitdi “Qarabağ” və “APOEL” 2-2Mikayıl Cabbarov 4 nazirliyin yükünü daşıyacaqHakimiyyətin yeni arsızlıgı Bu yaşdan sonra mədəniyyətDəhşətlər durmur kütləvi ölümlər baş verməkdədirMən adımla fəxr edirəm Nadir QafarzadəZoraklıga son qoymalısınızDaha bir bəyanat Freedom Housedan gəldiNazirin yeni mavini Bunun adı islahatdırMən millətim ücün canımdan kecərəmAzərbaycanda mediya azad deyil əngəllər varMən etiraf edirəm Media bizim əlimizdədi5 İldən sonra 15 gün həps olunan Seymur Həzi şərləndiMöcüzələrdən xəbəriniz varmıQadına şiddət Şou biznesdəMəruzəçilərdə narazılıq edirAzərbaycanın qara günləri başlayırYenilənmiş bəyanat var ABŞ larındanŞərlənən Əli Kərimli böyük ittihamdır.Qanunsuzluq edən Penitensiar XidmətƏliyev hakimiyyətinin islahatları davam edirÇempionlar Liqasının oyunları başlayacakRobert Köçəryan həbsxanaya qaytarılıb.Dunya Miyatoviçin hakimiyyətə sərt sözləriAzərbaycanda Media hüquqları qorunmurQaz olmayacaqZəlzələ olubYeni Prezident seckisi baş tutubƏli Kərimli ölümcəsinə döyüldü