Ər və Arvadın yarışı

Ər və Arvadın yarışı
  • 15-11-2019, 09:56
  • 2958 dəfə oxunub

Dünya tarixində belə talançı ailə hakimiyyəti görünməyib. Ər-arvad hərəyə bir fond açıb ölkənin var-yoxunu talan edirlər, gedir. On illərdir milyardlarla vəsaiti xırıd edən bu fondları nə sorğu-sual edən var, nə gördüyü işlərin haqq-hesabını aparan. Beləcə İlham Əliyev Prezidentin Ehtiyat Fondu adı altında, Mehriban Əliyeva da Heydər Əliyev Fondu adı altında sağa-sola xərclik dağıdıb, özlərini reklam edirlər. Cütlüyün ifrat bədxərc olduğunu bilirik, amma arada insafa gəlib, o pulların hər qəpiyində xalqın ah-naləsi olduğunu xatırlasalar, pis olmaz. Başlayaq Prezidentin Ehtiyat Fondundan. 2006-cı ildən etibarən bu fonda büdcədən 3 milyard 347 milyon manat vəsait ayrılıb. O pulların hara, necə xərcləndiyini doğru-dürüst bilən yox. Gülməlidir, yoxsa ağlamalı, bilmirik, amma 2019-cu il üçün dövlət büdcəsinin Ehtiyat Fonduna 100 milyon manat, Prezidentin Ehtiyat Fonduna isə 300 milyon manat vəsait ayrılıb. Adam öz fonduna dövlət büdcəsinin Ehtiyat Fondundan 3 dəfə artıq vəsait ayırmaqla nə demək istəyir? Hər halda, “siz yaxşı pul xərcləməyi bacarmırsınız, buraxın mən özüm xərcləyim” demək istəyir. Ümumiyyətlə, bu fond nəyə və kimə lazımdır ki, hər il büdcənin bu qədər vəsaitini alır öz ixtiyarına? Dünyada Prezident Fondları təcrübəsini öyrənən bir təşkilat ortaya çıxarıb ki, belə fond yalnız Azərbaycanda və Gürcüstanda olub. Gürcüstan da 2018-ci ilin dekabrında həmin fondu ləğv edib. İqtisadçı Qubad İbadoğlu hesab edir ki, Fondun heç bir əhəmiyyəti yoxdur, onun vəsaitləri prezidentin populyarlığı üçün istifadə olunur. İqtisadçının sözlərinə görə, inkişaf etmiş ölkələrin heç birində alternativi olmayan Prezidentin Ehtiyat Fondu ləğv edilməlidir.

İndi gələk, Ehtiyat Fondundan ayrılan pulların hara və necə xərclənməsinə. Qanuna görə, Prezidentin Ehtiyat Fonduna ayrılan vəsaitin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir. Fondun vəsaiti müvafiq icra hakimiyyəti orqanının sərəncamları ilə müəyyən edilmiş xərclərin maliyyələşdirilməsinə istifadə olunur. Fondun vəsaitlərinin necə silinməsi ilə bağlı burada ortaya maraqlı bir məqam çıxır. Bəli, həmin icra hakimiyyəti orqanlarının sərəncam verdiyi işlər eləcə qalır onların öz boynunda, vəsaitlər də cibxərcliyi olaraq qalır prezidentin fondunda. Bu, yerli icra orqanlarında çalışan məsul şəxslər tərəfindən dəfələrlə təsdiqlənmiş məsələdir. Yəni məsələ ondadır ki, fonda ayrılan pulların böyük bir hissəsi qalır eləcə ailənin büdcəsində, bir hissəsi də gözdən pərdə asmaq üçün populyar layihələrə xərclənir ki, ortada söz-söhbətlər dolaşmasın. Məsələn, bu ilin mart ayında həmin Fonddan Yazıçılar Birliyinə 800 min manat ayrılmışdı. Yazıçılar Birliyində vəsaitin bölüşdürülməsi məsələsi böyük qalmaqala səbəb olmuşdu. Birliyin katibi Fikrət Qoca demişdi ki, o pullarla jurnal və qəzetlərdə 110-120 manat alan şəxslərin maaşlarını artırıblar, bir hissəsini mükafatlara xərcləyiblər, bir hissəsini kitab nəşrinə ayıracaqlar və s.. Amma bir çox tanınmış yazarlar üsyan edərək, vəsaitlərin xeyli hissəsinin 4-5 nəfər tərəfindən mənimsənildiyini bildirmişdi. Əlbət ki, heç bir maliyyə şəffaflığı olmayan fonddan ayrılan vəsaitlərin aqibəti də elə belə olacaq. Çünki ortada bu vəsaitlərin hardan gəlib, hara getdiyinin, hara xərcləndiyinin hesabatını tələb etməyin bir mexanizmi də yox. Görünən odur ki, İlham Əliyev dövlət büdcəsinin Ehtiyat Fondu hesabına görülə biləcək işləri bəhanə edərək, özü üçün fond yaradıb, istədiyi kimi xərcləyir. Və dövlət büdcəsinin Ehtiyat Fondu olan yerdə, onun bu “özəl” fonduna heç bir ehtiyac olmadığını deməyə də kimsənin cəsarəti çatmır. Kimsənin hünəri çatmır desin ki, Yazıçılar Birliyinin qəzet-jurnallarında 110-120 manata çalışan adamların əməkhaqqını qaldırmaq dövlətin bilavasitə borcudur, o qəpik-quruş artımı onlara minnətlə verməyin adı isə riyakarlıqdan başqa bir şey deyil.

İllərdir Mehriban Əliyevanın piarına xidmət edən Heydər Əliyev Fondu ilə bağlı məsələlər isə daha qaranlıq və şübhəlidir. Dünyanın onlarca ölkəsində bahalı layihələr həyata keçirən fond bu qədər vəsaiti hardan aldığını gizli saxlamaqda davam edir. Amma qeyri-rəsmi məlumatlarda Əliyevanın bu fonduna bütün qurumlardan məcburən aylıq vəsait tutulduğu, sahibkarlardan xərac alındığı, neft vəsaitlərindən gizli ayırmalar edildiyi deyilir. Bundan başqa, ölkədə Əliyevlərin qəzəbinə tuş gələn bütün nazirlərin, sahibkarların və məmurların əlindən alınan vəsaitlərin də fondun hesabına keçirildiyi vaxtaşırı səslənən fikirlər arasındadır. Vaxtilə keçmiş Səhiyyə naziri Əli İnsanov məhkəməsində demişdi ki, onun vəsaiti ilə Azərbaycanda bir neçə məktəb tikilib və o işləri indi Heydər Əliyev Fondunun adına çıxırlar. Bölgələrdə yaşayan bəzi sahibkarlar da dəfələrlə mətbuata şikayətləniblər ki, onları məcburən bəzi obyektlərin bərpasına pul ayırmağa məcbur edirlər və bu işləri Heydər Əliyev Fondunun adına yazırlar.
Bu ailə 26 ildir ölkəni belə özbaşınalıqla idarə edir. Xalqın cibindən oğurlanan milyardları Fondlarına keçirib kimsəyə hesabat vermədən istədikləri kimi sağa-sola səpirlər. Amma bir gün o sirli fondların da hesab gün gələcək, mütləq gələcək.

 

Rəşid İbrahimov.


MilliQazet.Info Son Xəbərlər:
Xəstəlikdən qorunaqXalqı zəhərləyən şirkətlərİttiham vəkilə səyfən verilibDolların məzənnəsi stabilliyini qoruyurTürkiyə Suriyada şəhid verdiHakimiyyətin yeni hədə növüAzərbaycanla bağlı qərar olacaqSecki qərarı verildiSuraxanı rayonundan mən secilməliydim Mehman HüseynovYerlərdə sürünən Əli Həsənovİlham Əliyevə körpə məktubuSəsi cıxanı kəsərik Azərbaycan hakimiyyətinin islahatıYeni hesabat var ATƏT-dənGənclərin yeni şüarıAzərbaycan banisinin yeni kitabı işıq üzü gördüJurnalistin işinə baxılmadıHəpsdə olan gənclər aclıqa başladıSeckilərdə saxtakarlıqlar varAXCP həpslər davam edirAzərbaycanın qurucusu qəlblərdə yaşayırGənc qadın özünə qəst etdiOqtay Gülalıyev yaxşılaşırQarabağdan dünya danışır“Eurohome” tikinti materialları bazarı yanırSuriyanın taleyi həll olunurYüksələn NazirliyimizBakıda və Abşeronda tutqun hava şəraiti olacaqAyaz Quliyev "Spartak" klubunu tərk edə bilər.Xacmaza yeni polis rəisi təyin olunduOqtay Gülalıyevin vəziyyəti ağır olaraq qalır.Milli Məclis sabah toplanırTarixi saxtalaştırdınızCəmil Həsənlinin sualı varQardaşların görüşü varQarabağın anti siyasətiYAP Parlament buraxılsın deyirOqtay Gülalıyevdən yeni xəbər varHakimiyyətin yeni oynuSonunda doğru sözlərHava necə olacaqErməni əsgər intihar edibAXCP Asif Yusifli azadlıqdaAzərbaycanda yeni partiya yaranırBakıya giriş bağlanıbBakı Dövlət Universitetində kütləvi zəhərlənməKÜPƏ GİRƏN QARI KRESLONU TƏHVİL VERƏCƏKDuma görüşü bu gün olacaqRüfət Səfərovun təxribat planıAzərbaycandan olan İŞİDcilər geri dönürİranda iğtişaşlar davam etməkdədirBaş redaktorun məhkəməsi başlayıbMilli Şura bəyanat yayıbHər zaman azadlıqdaAzәrbaycanın Almaniya problemiOqtay Gülalıyevin ağ ciyərinə infeksiya düşübYeni bəyanatımız polis təziqləridirArif Hacılı saxlanıldıBu gün Konstitusiya günüdürDualarımızı Oqtay Gülalıyevdən əksik etməyəkAzərbaycan Hakimiyyətinin müxalifətcilərə basqısı davam edirHakimiyyətin Müsavatdan qorxduğunu sübut edirSağlamlığımızı qoruyaqŞahmatçımız dördüncü turda oynayacaqSeysmoloji Xidmət Mərkəzinin məlumatı varNoyabrın 12-də mitinq var Bakı Şəhər İcra Hakimiyyətinin qarşısıAzər İsmayıl polisə cağrıldıİlham Əliyevin kini Fuad Qəhrəmanlını zindanda tuturIşın Karaca və Tuğrul Odabaş boşanır.Ərdoğanı və Trampa telefon söhbətiAğdamın “Qarabağ” kulubu oyun öncəsi son məşqini keçirib.Jurnalistə sui qəst olub“Facebook”da dəyişiklik varAtasının həpsinnən qorxan qız şəkər xəstəliyinə tutulduHava haqqında məlumatSiyasi məhbusların sayı artırHakim jurnalistin müraciətini təmin etməyibRealda nə baş verir?Günahını yumaq istəyən Əliyev hakimiyyətiYeni masa toplantısı kecirildiValyuta məzənnəsiXarici şirkətlər ofisini bağlayırOqtay Gülalıyevin vəziyyəti stabil agır olaraq qalmaqdadırİnternet azadlığı olmayan ölkələrƏli Kərimlidən yeni nəfəsCümşüd Nuriyevin gözəl kəlmələriTıxacları aradan qaldırmaq lazımdır“ASAN xidmət” tikilməsi üçün pul ayrıldıYeni konpaniya başlayırHava dəyişəcəkYeni telefon danışıgıXamenei əsəbləşdiMübariz Mənsimov yardım sevər oldugunu bir daha sübut etdiTofiq Yaqubluya həpsdə işgəncə olunubƏliabbas Rüstəmov azadlıqdaAXCP hakimiyyət tərəfindən hücumlara məruz qalır2 Noyabr mitinqinə təhlükələr vardıTəhsil naziri zəngləri hesabını verdiAzəriqaz maaşları vermirDonald Trump dövlət katibini dəyişmək istəyirHava necə olacaq