Bozbaş Deputat yenə yalan ağzını acdı

Bozbaş Deputat yenə yalan ağzını acdı
  • 18-11-2019, 11:44
  • 1740 dəfə oxunub

YAP icra katibinin müavini Siyavuş Novruzov müxalifət nümayəndələrinin keçirdiyi dəyirmi masaya münasibət bildirib. Novruzov müxalifət təmsilçilərini öz leksikonuna uyğun şəkildə ağır sözlərlə təhqir edərək, dəyirmi masanı “onların gündəmə gəlmək cəhdi” kimi qələmə verib. O, 26 illik bərbad YAP hakimiyyətinin cinayətlərindən utanmadan yenə bir illik AXC hakimiyyətinin “uğursuzluğundan” danışıb. Oğurluq, rüşvət, korrupsiya əməlləri ilə dünyanın gündəminə oturan hakimiyyət təmsilçisinin bir illik hakimiyyət haqqında “insanların başına oyun gətirirdilər, Azərbaycanın dövlət büdcəsinə süpürgə çəkirdilər” deməsi həyasızlığın görünməmiş nümunəsidir, əlbəttə. YAP-ın yüngülsaqqal “ağır artilleriyası” AXC hakimiyyətini asıb-kəsməklə kifayətlənməyib. Onlarla söhbətini çürüdüb, keçib YAP hakimiyyətinin qurucularından biri olan Əli İnsanova hücuma. “Vaxtilə Əli İnsanov insanları işdən qovurdu, onların işə bərpa olunması ilə bağlı məhkəmə qərarlarını cırıb atırdı ki, “mən qanundan üstünəm. Əli İnsanov belə işləyirdi və korrupsiyaya qurşanmış adam idi. Bizim kimi təmiz, halal adamlarla bir cərgədə ola bilməz. Onun yeri elə müxalifətin yanıdır.” Təsəvvür edirsiniz, bu sözləri kim deyir? Ölkənin adını korrupsiya göstəricilərinə görə dünyanın ən yüksək reytinq cədvəllərinə salan, “kürü diplomatiyası” ilə rüşvəti Avropaya qədər aparıb çıxaran, çirkli pulların yuyulması -“landromat” rüsvayçılığı ilə ən məşhur media orqanlarına manşet olan bir hakimiyyətin aparıcı adamı.

“Bizim kimi təmiz, halal adamlar”! Nə qədər ironik və olsa da, bunu Novruzov deyir. Nə deyəsən, hələ tarix bunlar qədər acgöz və utanmaz oğrulara səhnə olmayıb. Adamları əllərində oğurluq pulla, kürü ilə, rüşvətlə tuturlar və hələ qayıdıb tutanları borclu çıxartmağa çalışırlar. Bu komandada YAP-dan kənar hansı şəxsin cəmiyyətdə bir nüfuz sahibi olmaq şansı var, sizcə? Başda Novruz olmaqla, kimsənin elə bir şansı yoxdur, inanın. Əslində, Novruzov bu gününə görə məhz o partiyanın yaradıcılarına, elə Əli İnsanovun özünə də minnətdar olmalıdır. İnsanovun qanundankənar, partiyaya yaraşmayan korrupsioner olması Novruzovun indi niyə yadına düşür? YAP-çı deputat korrupsiyadan danışanda, prezidentin ailə üzvlərinin adına ofşorlara daşınan milyardlardan niyə söz açmır? Yoxsa o milyardların da günahını Əli İnsanovun boynuna yıxmaq olar elə? Bir dəyirmi masanın ardınca Novruzovu bu qədər təlaşlandıran nədi, axı? Bəlkə İnsanovun aktiv siyasətə qayıtmaq iddialarını açıq bəyan etməsi? Bəlkə parlament dəhlizlərində İnsanovun hakimiyyətə gəlmək imkanları haqqında dolaşan söhbətlər? Bəlkə indiki komandadan qarşıda bir çoxlarının ona qoşulmaq qorxusu? Bəlkə çevrəsindəki YAP-çılardan xeyli adamın İnsanova içində bəslədiyi hörmət və ya loyallıq? Nəyin dərdini çəkir Novruzov?

Novruzov, sadəcə, boş-boş danışaraq, 26 illik YAP hakimiyyətinin ölkəni fəlakət girdabına saldığını pərdələməyə çalışır. Amma belə ağ yalan uydurmaq üçün də adamda üz olmalıdır. Əliyev komandasında isə Novruzov qədər üzlü adam bir də özüdür.

Rəşid İbrahimov.


MilliQazet.Info Son Xəbərlər:
Xəstəlikdən qorunaqXalqı zəhərləyən şirkətlərİttiham vəkilə səyfən verilibDolların məzənnəsi stabilliyini qoruyurTürkiyə Suriyada şəhid verdiHakimiyyətin yeni hədə növüAzərbaycanla bağlı qərar olacaqSecki qərarı verildiSuraxanı rayonundan mən secilməliydim Mehman HüseynovYerlərdə sürünən Əli Həsənovİlham Əliyevə körpə məktubuSəsi cıxanı kəsərik Azərbaycan hakimiyyətinin islahatıYeni hesabat var ATƏT-dənGənclərin yeni şüarıAzərbaycan banisinin yeni kitabı işıq üzü gördüJurnalistin işinə baxılmadıHəpsdə olan gənclər aclıqa başladıSeckilərdə saxtakarlıqlar varAXCP həpslər davam edirAzərbaycanın qurucusu qəlblərdə yaşayırGənc qadın özünə qəst etdiOqtay Gülalıyev yaxşılaşırQarabağdan dünya danışır“Eurohome” tikinti materialları bazarı yanırSuriyanın taleyi həll olunurYüksələn NazirliyimizBakıda və Abşeronda tutqun hava şəraiti olacaqAyaz Quliyev "Spartak" klubunu tərk edə bilər.Xacmaza yeni polis rəisi təyin olunduOqtay Gülalıyevin vəziyyəti ağır olaraq qalır.Milli Məclis sabah toplanırTarixi saxtalaştırdınızCəmil Həsənlinin sualı varQardaşların görüşü varQarabağın anti siyasətiYAP Parlament buraxılsın deyirOqtay Gülalıyevdən yeni xəbər varHakimiyyətin yeni oynuSonunda doğru sözlərHava necə olacaqErməni əsgər intihar edibAXCP Asif Yusifli azadlıqdaAzərbaycanda yeni partiya yaranırBakıya giriş bağlanıbBakı Dövlət Universitetində kütləvi zəhərlənməKÜPƏ GİRƏN QARI KRESLONU TƏHVİL VERƏCƏKDuma görüşü bu gün olacaqRüfət Səfərovun təxribat planıAzərbaycandan olan İŞİDcilər geri dönürİranda iğtişaşlar davam etməkdədirBaş redaktorun məhkəməsi başlayıbMilli Şura bəyanat yayıbHər zaman azadlıqdaAzәrbaycanın Almaniya problemiOqtay Gülalıyevin ağ ciyərinə infeksiya düşübYeni bəyanatımız polis təziqləridirArif Hacılı saxlanıldıBu gün Konstitusiya günüdürDualarımızı Oqtay Gülalıyevdən əksik etməyəkAzərbaycan Hakimiyyətinin müxalifətcilərə basqısı davam edirHakimiyyətin Müsavatdan qorxduğunu sübut edirSağlamlığımızı qoruyaqŞahmatçımız dördüncü turda oynayacaqSeysmoloji Xidmət Mərkəzinin məlumatı varNoyabrın 12-də mitinq var Bakı Şəhər İcra Hakimiyyətinin qarşısıAzər İsmayıl polisə cağrıldıİlham Əliyevin kini Fuad Qəhrəmanlını zindanda tuturIşın Karaca və Tuğrul Odabaş boşanır.Ərdoğanı və Trampa telefon söhbətiAğdamın “Qarabağ” kulubu oyun öncəsi son məşqini keçirib.Jurnalistə sui qəst olub“Facebook”da dəyişiklik varAtasının həpsinnən qorxan qız şəkər xəstəliyinə tutulduHava haqqında məlumatSiyasi məhbusların sayı artırHakim jurnalistin müraciətini təmin etməyibRealda nə baş verir?Günahını yumaq istəyən Əliyev hakimiyyətiYeni masa toplantısı kecirildiValyuta məzənnəsiXarici şirkətlər ofisini bağlayırOqtay Gülalıyevin vəziyyəti stabil agır olaraq qalmaqdadırİnternet azadlığı olmayan ölkələrƏli Kərimlidən yeni nəfəsCümşüd Nuriyevin gözəl kəlmələriTıxacları aradan qaldırmaq lazımdır“ASAN xidmət” tikilməsi üçün pul ayrıldıYeni konpaniya başlayırHava dəyişəcəkYeni telefon danışıgıXamenei əsəbləşdiMübariz Mənsimov yardım sevər oldugunu bir daha sübut etdiTofiq Yaqubluya həpsdə işgəncə olunubƏliabbas Rüstəmov azadlıqdaAXCP hakimiyyət tərəfindən hücumlara məruz qalır2 Noyabr mitinqinə təhlükələr vardıTəhsil naziri zəngləri hesabını verdiAzəriqaz maaşları vermirDonald Trump dövlət katibini dəyişmək istəyirHava necə olacaq