Əliyevin islahat donu

Əliyevin islahat donu
  • 21-11-2019, 12:42
  • 5046 dəfə oxunub

Bilirsiniz, İlham Əliyev xeyir görmədiyi heç nədən çox danışmaz. İllərdir ölkədə onun qədər neft haqqında moizə oxuyan gördünüz? Yox. Amma bu günə kimi neftin xeyrini də ondan artıq görən olmayıb. Adam on altı illik hakimiyyəti dövründə dilinin əzbəri olan “milli sərvət”in milyardlarını incə-incə köçürüb ailə büdcəsinə. İndi neft bumu bitib, pul azalıb, insanlar yoxsullaşıb, o da narazı xalqı ovutmaq üçün “islahat” nağılını artıb ortaya. Ölkədə hamı bilir ki, Əliyev xalq dərdi çəkən deyil. Onun “islahat” nağılının arxasında da başqa səbəblər dayanır. Hansı səbəblər olduğunu indi bir-bir sadalayacağıq.
Birincisi, İlham Əliyev bu islahat məsələsindən daha çox pul qazanır. O, ölkədə artan narazılıqdan belə hiyləgərliklə yararlanmağı bilir. Bir yandan hər işə qarışan qocaları vurub sıradan çıxarır və ya “oyundankənar” vəziyyətə salır. O biri yandan da, indiyə qədər bölüşmək məcburiyyətində olduğu payları təkcə öz qabağına çəkir. Bu minvalla arxa qapıdan başqa ünvanlara gedən “çemodanlar” yığışdırılır, hər şey cəmləşir ailənin öz əlində. Artıq Əliyevlər holdinqi ailə xəzinəsindən kənara bir qəpik də buraxmır. Adamlar bütün haram pulları nəzarət altına alıb yönünü döndəriblər ailənin büdcəsinə. Xəzinəsi gün-gündən şişən “Paşa Holdinq” də dövlət içində dövlət kimi yüksəlir. İlham Əliyevin qızlarına məxsus bu holdinqin artan varidatı da göydən zənbillə düşmür. Hamısı ölkədən oğurlanan pullardır. Ötən yazılarda qeyd etdiyimiz kimi, İlham Əliyev islahat proqramına başlayan gündən pul yığmağın müasir üsullarını öyrənib. Daha öz əlini rüşvətə bulaşdırmadan, çirkli pulları tərtəmiz yudurdub keçirir hesabına. Məsələn, bütün nazirliklər vasitəsilə elan olunan tenderləri onun 3-5 aylıq şirkətləri alıb gedir. Bunun adına da deyirlər “islahat”. Bəs necə? Əvvəllər o pullar, ümumiyyətlə, tendersiz, filansız gedirdi axı məlum ünvana. Məsələn, Milli Onkologiya Mərkəzi heç bir tender keçirmədən bütün layihələri Əliyevlərə məxsus “Azeri Med” şirkətinə verib, onunla 43 milyon manatlıq alqı-satqı aparmamışdımı?

İkinci səbəb, İlham Əliyevin “islahat” kampaniyası adına ortalıqda önəmli bir iş olmasa da, adam imitasiya edir. Görüntü yaratmağa çalışır ki, doğrudan da, islahat aparır. Bu dəfə də 5-6 qoca partokratı işdən çıxarmaqla göz boyamağı bacardı. Dörd-beş cavan kadrı da vəzifəyə təyin edib, bunu köklü kadr islahatlarının başlanması kimi qələmə verdi. O cavan kadrlar da özgəsi deyil, hakimiyyət halqasındakı köhnələrin qohum-əqrəbalarıdır. Təyinat yerinə çatan kimi rayon camaatı ilə şəkil paylaşıb çəkildilər kabinetlərinə. Biz bu şouları çox görmüşük axı. Prezident 2013-cü il seçkilərindən üzü bəri islahat nağılı ilə xalqı uyuda-uyuda gedir. On altı illik prezidentliyi dövründə düşüncəsini müasir dünyaya uyğunlaşdıra bilməyən adam, 4-5 kadr dəyişikliyi ilə ölkəyə yenilik gətirəcəyini deyir. İndiyə qədər islahat adıyla aparılan kadr dəyişikliklərindən bu bədbəxt xalq nə xeyir görüb ki? Yüksək qərb təhsili görmüş Mikayıl Cabbarovu yanğınsöndürən kimi vəzifədən vəzifəyə qaçırtdılar, nə dəyişdi? Onun İqtisadiyyat naziri vəzifəsində nəyisə dəyişəcəyinimi güman edirsiniz? Düşünən beyinləri yüz səbəblə ölkədən qaçırıb, 2-3 nəfəri nazirlikdən-nazirliyə göndərməklə ölkəmi dəyişər, totalitar idarəetmə sistemimi yenilənər? İlham Əliyev hələ də düşünür ki, 26 illik zorakı ailə hakimiyyətinin islahat yalanı ilə uzağa getmək olar. Bu ölkədə həqiqi islahatlar yalnız indiki rejimin istefaya göndərilməsindən sonra başlaya bilər.

Üçüncü səbəb. Sizcə, bu islahat söhbətləri nədən hər dəfə narazılıq dalğası qalxanda aktuallaşır? Nədən mitinqlər başlayan kimi prezident və vitse-prezident şəhərin canına düşüb millətlə “özçəkim” şousuna başlayır. Nədən hər etiraz aksiyasından sonra adam rayonlara çıxıb poçtalyon kimi məktub yığır, şeir deyir, mahnı oxuyur. Əliyevi “islahat” şousuna oynadan artan narazılıqların xofu deyil, bəs nədir? Adamın yadına xalq niyə mitinqdən, mitinqə düşür görəsən?
Sizcə, etiraz aksiyaları olmasa, kral öz isti yerini soyuq edib, belə islahat əziyyətlərinə qatlaşardımı? Son iki ilin on beş-on altı minlik mitinqlərinə qədər ər-arvadın xalq arasına çıxıb, insanlarla qol-boyun foto çəkdirdiyini görmüşdünüz? Adamlar heç özlərinə zəhmət verib kabinetdən çölə çıxmırdılar, şikayət edən insanların üzünə baxmırdılar. Şəhid ailələrinin Prezident Aparatının qarşısında aylarla süründüyünü xatırlayırsınız? 19 yanvar mitinqi canlarına necə üşütmə saldısa, həmin həftə şəhid ailələrini şəxsən qəbul edib qanpullarını ödədilər. Etiraz aksiyaları diktator Əliyevlərin qorxulu röyasıdır. Bunu hər kəsdən çox xalqın bilməsi lazım. “İlan ulduz görməsə, ölməz” deyirlər. Ölkədə əsl islahatların önünü açmaq üçün bu rejimi daha çox küncə sıxmaq lazımdır.

Rəşid İbrahimov.


MilliQazet.Info Son Xəbərlər:
Hakimiyyətin susdurmaq metodu davam edirKorona bəlasi davam etməkdədirAzərbaycanda günahsiz həpslər davam edirKorona virus vakasi artırCaqqaln yeni oyunuCəmil bəyin müzakirəsi doğrudurKoronavirus İranda can almağa davam edirKoronavirus müşavirəsiKorona vürusa görə məktəblər bağlandıElmar Hüseyinovun qətlinnən15 il kecirİranda koronavirusdan ölənlər varİranla Azərbaycan sərhəddi bağlandıFariz Hüseynli koronavirusla bağlı danışdıŞəhidimiz varSecki saxtakarı xüsusi təyinatlılardır Qubad İbadoğluMorgan Ortagus Azərbaycan hakkında fikriBirtaniyadan yeni bəyanatMusdafa Hacıbəyli döyüldüSecki saxtakarlıqı davam edirFuad Əhmədlinin Məhkəməsi təxirə salındıCindən gələn tələbələr muainə altına alındıFrank Şvabeni Azərbaycanda olub seckiləri müşahidə edəcəkCin əhvalatı Hakimiyyəti yalana sürüyürAbdullah bin Nasir istefa verdiYenidən oxumalısınızMənim şikayyətim pasportla bağlıdır Əli KərimliPolad Aslanovun məhkəməsi olacaqDəyərlər qorunmalıdırYenədə hörmət sahibiyikXəstəlikdən qorunaqXalqı zəhərləyən şirkətlərİttiham vəkilə səyfən verilibDolların məzənnəsi stabilliyini qoruyurTürkiyə Suriyada şəhid verdiHakimiyyətin yeni hədə növüAzərbaycanla bağlı qərar olacaqSecki qərarı verildiSuraxanı rayonundan mən secilməliydim Mehman HüseynovYerlərdə sürünən Əli Həsənovİlham Əliyevə körpə məktubuSəsi cıxanı kəsərik Azərbaycan hakimiyyətinin islahatıYeni hesabat var ATƏT-dənGənclərin yeni şüarıAzərbaycan banisinin yeni kitabı işıq üzü gördüJurnalistin işinə baxılmadıHəpsdə olan gənclər aclıqa başladıSeckilərdə saxtakarlıqlar varAXCP həpslər davam edirAzərbaycanın qurucusu qəlblərdə yaşayırGənc qadın özünə qəst etdiOqtay Gülalıyev yaxşılaşırQarabağdan dünya danışır“Eurohome” tikinti materialları bazarı yanırSuriyanın taleyi həll olunurYüksələn NazirliyimizBakıda və Abşeronda tutqun hava şəraiti olacaqAyaz Quliyev "Spartak" klubunu tərk edə bilər.Xacmaza yeni polis rəisi təyin olunduOqtay Gülalıyevin vəziyyəti ağır olaraq qalır.Milli Məclis sabah toplanırTarixi saxtalaştırdınızCəmil Həsənlinin sualı varQardaşların görüşü varQarabağın anti siyasətiYAP Parlament buraxılsın deyirOqtay Gülalıyevdən yeni xəbər varHakimiyyətin yeni oynuSonunda doğru sözlərHava necə olacaqErməni əsgər intihar edibAXCP Asif Yusifli azadlıqdaAzərbaycanda yeni partiya yaranırBakıya giriş bağlanıbBakı Dövlət Universitetində kütləvi zəhərlənməKÜPƏ GİRƏN QARI KRESLONU TƏHVİL VERƏCƏKDuma görüşü bu gün olacaqRüfət Səfərovun təxribat planıAzərbaycandan olan İŞİDcilər geri dönürİranda iğtişaşlar davam etməkdədirBaş redaktorun məhkəməsi başlayıbMilli Şura bəyanat yayıbHər zaman azadlıqdaAzәrbaycanın Almaniya problemiOqtay Gülalıyevin ağ ciyərinə infeksiya düşübYeni bəyanatımız polis təziqləridirArif Hacılı saxlanıldıBu gün Konstitusiya günüdürDualarımızı Oqtay Gülalıyevdən əksik etməyəkAzərbaycan Hakimiyyətinin müxalifətcilərə basqısı davam edirHakimiyyətin Müsavatdan qorxduğunu sübut edirSağlamlığımızı qoruyaqŞahmatçımız dördüncü turda oynayacaqSeysmoloji Xidmət Mərkəzinin məlumatı varNoyabrın 12-də mitinq var Bakı Şəhər İcra Hakimiyyətinin qarşısıAzər İsmayıl polisə cağrıldıİlham Əliyevin kini Fuad Qəhrəmanlını zindanda tuturIşın Karaca və Tuğrul Odabaş boşanır.Ərdoğanı və Trampa telefon söhbətiAğdamın “Qarabağ” kulubu oyun öncəsi son məşqini keçirib.Jurnalistə sui qəst olub