Nazirin kecmiş günləri

Nazirin kecmiş günləri
  • 17-12-2019, 10:10
  • 4524 dəfə oxunub

Şübhəsiz ki, verdiyimiz bu ad nazirin xoşuna gəlməyəcək. Amma fərq etməz, arada insanları öz adıyla çağırmaq lazımdır ki, kimliyini xatırlasın. Xatırlasın ki, bu adı necə və hansı xidmətlərinə görə qazanıb. Karyerası boyunca hardan hara yol gəlib, kimə hansı pislikləri edib. Naxçıvanda kim idi, Bakıda kim olub. İndiki məqamı üçün neçə günahsızın quyusunu qazıb, neçəsinin evini yıxıb. Güc strukturlarında çalışmaq əliyalın xalqı qanına qəltan etmək haqqımı verir kiməsə? Reketlik, özbaşınalıq, qoçuluq haqqımı verir? Güc nazirinin missiyası dəyənəyi götürüb əliyalın insanlara qol gücü göstərməkmi, yoxsa onların asayişini qorumaqmı? Qanunsuz əmrləri yerinə yetirmək nə vaxtdan dövlətçilik missiyası olub? Diktatoru qorumaq nə vaxtdan qanunçuluq olub? 19 oktyabrda törətdiyi cinayətlərin qara siyahısını təzələyən Vilayət Eyvazov “İlin qulduru” adını haqq edir, ya yox? Meydanda müxalifət liderlərini qanundankənar qoçularına sürütdürən, onları orta əsr işgəncə üsulları ilə döydürüb qanına qəltan edən adama nazir deyilir, yoxsa quldur? Hakimiyyəti zorla ələ keçirmiş birinin özbaşınalıqlarına şərik çıxan adama nazir deyilir, yoxsa cinayətkar?

Bəli, bu ad nazirin xoşuna gəlməyə bilər. Amma gəlsə də, gəlməsə də, həqiqət budur. Eyvazovun hansı əməlin sahibi olduğu hər kəsə bəlli. Naxçıvanda reketlik fəaliyyətindən bu vəzifəsinə qədər ən qaranlıq yollardan keçib. Şərlədiyi, tutdurduğu, evini yıxdığı adamların sayı-hesabı yox. Xalq onu 2003-cü il qanlı meydan hadisələrindən tanıyıb. Meydandakı əlitapançalı şəklini unutmuş olmazsınız. Amma adamın o vaxta qədər etdiyi pisliklər də bir kitaba sığmaz. Nə əməllərin sahibi olduğunu Naxçıvanda hər kəs bilir. Adamın “bandotdel” rəisi vəzifəsinədək dosyesi də xeyli qalındır. Bənzər işlərinə görə dəfələrlə beynəlxalq təşkilatların “işgəncələr kralı” adını qazanıb. 19 oktyabr aksiyasındakı “performansı” ilə də nazirlik diplomunun prezentasiyasını etmiş oldu. Necə etdiyini də gördünüz. Öz ağalarının qarşısında reytinqini qaldırdığını düşünərkən, xalqın gözündə onu daha da sıfırladı. Eyvazov nazir kimi öz siftəsini çox iyrənc şəkildə etdi, türklər demiş, “ lap üz-gözünə bulaşdırdı.” Həm də anlamadan xalqın nifrətini Əliyevlərin üstünə yönəltdi. İndi masada onun özünün istefaya göndərilməsi məsələsi var. Arxalandığı böyüklərinin onu ortada buraxacaqları günə az qalır. O gün yəqin ki, Eyvazov g eri dönüb keçdiyi yola bir daha boylanacaq. Geridə qaranlıq keçmişdən başqa nə var ki? Vilayət Eyvazov tam da layiq olduğu adı alıb. Bəlkə də, ömrü boyu onun adına bu qədər yaraşan mükafatı olmayıb.

Rəşid İbrahimov


MilliQazet.Info Son Xəbərlər:
Hakimiyyətin susdurmaq metodu davam edirKorona bəlasi davam etməkdədirAzərbaycanda günahsiz həpslər davam edirKorona virus vakasi artırCaqqaln yeni oyunuCəmil bəyin müzakirəsi doğrudurKoronavirus İranda can almağa davam edirKoronavirus müşavirəsiKorona vürusa görə məktəblər bağlandıElmar Hüseyinovun qətlinnən15 il kecirİranda koronavirusdan ölənlər varİranla Azərbaycan sərhəddi bağlandıFariz Hüseynli koronavirusla bağlı danışdıŞəhidimiz varSecki saxtakarı xüsusi təyinatlılardır Qubad İbadoğluMorgan Ortagus Azərbaycan hakkında fikriBirtaniyadan yeni bəyanatMusdafa Hacıbəyli döyüldüSecki saxtakarlıqı davam edirFuad Əhmədlinin Məhkəməsi təxirə salındıCindən gələn tələbələr muainə altına alındıFrank Şvabeni Azərbaycanda olub seckiləri müşahidə edəcəkCin əhvalatı Hakimiyyəti yalana sürüyürAbdullah bin Nasir istefa verdiYenidən oxumalısınızMənim şikayyətim pasportla bağlıdır Əli KərimliPolad Aslanovun məhkəməsi olacaqDəyərlər qorunmalıdırYenədə hörmət sahibiyikXəstəlikdən qorunaqXalqı zəhərləyən şirkətlərİttiham vəkilə səyfən verilibDolların məzənnəsi stabilliyini qoruyurTürkiyə Suriyada şəhid verdiHakimiyyətin yeni hədə növüAzərbaycanla bağlı qərar olacaqSecki qərarı verildiSuraxanı rayonundan mən secilməliydim Mehman HüseynovYerlərdə sürünən Əli Həsənovİlham Əliyevə körpə məktubuSəsi cıxanı kəsərik Azərbaycan hakimiyyətinin islahatıYeni hesabat var ATƏT-dənGənclərin yeni şüarıAzərbaycan banisinin yeni kitabı işıq üzü gördüJurnalistin işinə baxılmadıHəpsdə olan gənclər aclıqa başladıSeckilərdə saxtakarlıqlar varAXCP həpslər davam edirAzərbaycanın qurucusu qəlblərdə yaşayırGənc qadın özünə qəst etdiOqtay Gülalıyev yaxşılaşırQarabağdan dünya danışır“Eurohome” tikinti materialları bazarı yanırSuriyanın taleyi həll olunurYüksələn NazirliyimizBakıda və Abşeronda tutqun hava şəraiti olacaqAyaz Quliyev "Spartak" klubunu tərk edə bilər.Xacmaza yeni polis rəisi təyin olunduOqtay Gülalıyevin vəziyyəti ağır olaraq qalır.Milli Məclis sabah toplanırTarixi saxtalaştırdınızCəmil Həsənlinin sualı varQardaşların görüşü varQarabağın anti siyasətiYAP Parlament buraxılsın deyirOqtay Gülalıyevdən yeni xəbər varHakimiyyətin yeni oynuSonunda doğru sözlərHava necə olacaqErməni əsgər intihar edibAXCP Asif Yusifli azadlıqdaAzərbaycanda yeni partiya yaranırBakıya giriş bağlanıbBakı Dövlət Universitetində kütləvi zəhərlənməKÜPƏ GİRƏN QARI KRESLONU TƏHVİL VERƏCƏKDuma görüşü bu gün olacaqRüfət Səfərovun təxribat planıAzərbaycandan olan İŞİDcilər geri dönürİranda iğtişaşlar davam etməkdədirBaş redaktorun məhkəməsi başlayıbMilli Şura bəyanat yayıbHər zaman azadlıqdaAzәrbaycanın Almaniya problemiOqtay Gülalıyevin ağ ciyərinə infeksiya düşübYeni bəyanatımız polis təziqləridirArif Hacılı saxlanıldıBu gün Konstitusiya günüdürDualarımızı Oqtay Gülalıyevdən əksik etməyəkAzərbaycan Hakimiyyətinin müxalifətcilərə basqısı davam edirHakimiyyətin Müsavatdan qorxduğunu sübut edirSağlamlığımızı qoruyaqŞahmatçımız dördüncü turda oynayacaqSeysmoloji Xidmət Mərkəzinin məlumatı varNoyabrın 12-də mitinq var Bakı Şəhər İcra Hakimiyyətinin qarşısıAzər İsmayıl polisə cağrıldıİlham Əliyevin kini Fuad Qəhrəmanlını zindanda tuturIşın Karaca və Tuğrul Odabaş boşanır.Ərdoğanı və Trampa telefon söhbətiAğdamın “Qarabağ” kulubu oyun öncəsi son məşqini keçirib.Jurnalistə sui qəst olub