Mehriban xanımın macaraları

Mehriban xanımın macaraları
  • 6-01-2020, 09:33
  • 5568 dəfə oxunub

Hələ ötən ilin ortalarından söhbət gəzirdi ki, növbədənkənar parlament, növbədənkənar prezident seçkiləri keçiriləcək. Hakimiyyət dəhlizlərində baş verənlər, klanlararası qarşıdurmalar da göstərirdi ki, Mehriban Əliyevanı önə çıxarmaq ssenarisi hazırlanır. Daha doğrusu sürətlə önə gedən Paşayevləri rəsmi şəkildə “taclandırmaq” istəyirlər. Təbii ki, hakim ailənin əsas planı bu seçkilərə imitasiya ədviyyatı qatmaq, islahat görüntüsü  yaradaraq addımlamaq idi. Ona görə də müəyyən “kadr islahatları” mesajı verildi və müxtəlif şəxslərin diliylə ” seçkidə yeni simalar olacaq” təbliğatı aparıldı. Ardınca “Striptiz” Məclis buraxıldı və növbədənkənar parlament seçkilərinin vaxtı təyin edildi.Əslində,  Milli Məclis pultu Prezident Administrasiyasında olan oyuncaq maşındı. Əliyevlər dövründə bu qurumun buraxılması  qeyri-ciddi görünür. “Milli Məclisə əl gəzdirilir” deyilsə, daha doğru olar. Yəni, bəzi yeni adamlar peyda olacaq və Milli Məclis kosmetik dəyişikliyə uğrayacaq. Qoca mandat gəzdirənlərin yanında,  yeni mandat mükafatı alanlar da olacaq.Amma hökumətin acgöz, həris mahiyyəti dekabrın 23-də keçirilən seçkilərlə, fevralın 9-na yekə bir qapaz saldı. Hətta bələdiyyə seçkilərində yarımşəffaf mənzərə yarada bilmədilər. Məsələn, gənc bloggerin səsini oğurlamamaqla, müəyyən şəffaflıq görüntüsü yaratmaq olardı. Ölkə boyu “karusel” əməliyyatlarından sonra  32 faiz seçici aktivliyinin olduğu rəsmən etiraf edildi. Ölənlərin adına səs verilməsi, topa bülletenlər də “ölü”yə nəfəslik olmadı. Məlum oldu ki, 750 mindən artıq YAP bileti daşıyanlar da seçkini boykot etdi. Əks halda, təkcə YAP vəsiqəsi daşıyanların ailələrinin hesabına kifayət qədər aktivlik yaratmaq olardı. Deməli, bu ölkədə seçkinin dəfn edildiyini hamı dərk edir və “onsuz da qutudan istədikləri adam çıxacaq” fikri daşlaşıb.Beləliklə, hökumətin bələdiyyə seçkilərindəki “performans”ı,  parlament seçkilərini qəzaya uğratdı. Hamı parlament seçkilərində daha kobud seçki pozuntuları, daha rüsvayçı mənzərə gözləyir.Gələk, məsələnin əsas hissəsinə. Ağıllı adamların hamısına agahdır ki, bu həngamənin əsas səbəbi parlamenti Mehribanlaşdırmaqdı. Bəli, bu dəfə Paşayevlər qarşısında fərdi öhdəlik götürənlərə mandat veriləcək. Təvəllüdcə gənc olub, təfəkkürcə qocalmış adamlar mandat alacaq. Bir neçə müxalifət libası geyinmiş “Paşayevçi” yə də şans veriləcək. Şəhərin hər yerində “Bravo” marketlər açan Mehriban xanım, Milli Məclisi də “siyasi Bravo” ya çevirəcək. Bu parlament marketində yalnız onun sertifikat verdiyi mallar satılacaq. İstifadə müddəti bitmiş məhsullara yeni “istehsal tarixi” yapışdırılacaq. Yəni, “siyasi qida təhlükəsizliyi”nə Paşayevlər təminat verəcək. Yeni şou deputatların əsas missiyası isə,  Mehriban Əliyevanın prezidentliyə gedən yoluna “su səpmək” olacaq. Əminliklə deyirik ki, bütün bu “şou proqramlar” Mehribanı prezident kreslosuna əyləşdirməyə hesablanıb. 9 fevraldan sonra bu daha açıq görünəcəkYeni simalar nə Maltadan danışa biləcək, nə ofşorlardakı milyardları dilə gətirəcək, nə də xalqın maraqlarını müdafiə edəcəklər. Onlar “kreativ” yaltaqlanacaqlar.Ölkə vətəndaşı anlamalıdır ki, onu növbəti dəfə ələ salırlar. Növbəti dəfə bir xalqın taleyi bir ailənin daha çox qazanmaq ehtirasına qurban verilir. Seçki o qədər ucuzlaşdırılıb ki, Toliklər, Samiraldolar, Bayram Nurlular xalqın vəkili olmaq istəyir. Əksə halda, belə adamlar deputat olmaq eşqinə düşməzdi, bu məsuliyyətin altına girmək istəməzdi. Onlar da görürlər ki, deputat olmaq üçün intellektə, xalqa xidmətə, yaxşı tərcümeyi-hala ehtiyac yoxdur. Yaxşı yaltaqlanmaq, bir ailəyə sədaqət göstərmək “mandat imtahanı”ndan keçməyə kifayət edir.  Həm də şou əhli əmindir ki, Elmanlardan, Siyavuşlardan, Hadilərdən daha çox səs qazana bilərlər. Uzun illərdi Azərbaycan xalqına elə adamları vəkil ediblər ki, Samiraldolar müqayisədə daha şanslı görünür. Bütün bunlar isə hakimiyyətin başında duranların xalqı ayaqaltı kimi görməsindən qaynaqlanır.

Rəşid İbrahimov .


MilliQazet.Info Son Xəbərlər:
Hakimiyyətin susdurmaq metodu davam edirKorona bəlasi davam etməkdədirAzərbaycanda günahsiz həpslər davam edirKorona virus vakasi artırCaqqaln yeni oyunuCəmil bəyin müzakirəsi doğrudurKoronavirus İranda can almağa davam edirKoronavirus müşavirəsiKorona vürusa görə məktəblər bağlandıElmar Hüseyinovun qətlinnən15 il kecirİranda koronavirusdan ölənlər varİranla Azərbaycan sərhəddi bağlandıFariz Hüseynli koronavirusla bağlı danışdıŞəhidimiz varSecki saxtakarı xüsusi təyinatlılardır Qubad İbadoğluMorgan Ortagus Azərbaycan hakkında fikriBirtaniyadan yeni bəyanatMusdafa Hacıbəyli döyüldüSecki saxtakarlıqı davam edirFuad Əhmədlinin Məhkəməsi təxirə salındıCindən gələn tələbələr muainə altına alındıFrank Şvabeni Azərbaycanda olub seckiləri müşahidə edəcəkCin əhvalatı Hakimiyyəti yalana sürüyürAbdullah bin Nasir istefa verdiYenidən oxumalısınızMənim şikayyətim pasportla bağlıdır Əli KərimliPolad Aslanovun məhkəməsi olacaqDəyərlər qorunmalıdırYenədə hörmət sahibiyikXəstəlikdən qorunaqXalqı zəhərləyən şirkətlərİttiham vəkilə səyfən verilibDolların məzənnəsi stabilliyini qoruyurTürkiyə Suriyada şəhid verdiHakimiyyətin yeni hədə növüAzərbaycanla bağlı qərar olacaqSecki qərarı verildiSuraxanı rayonundan mən secilməliydim Mehman HüseynovYerlərdə sürünən Əli Həsənovİlham Əliyevə körpə məktubuSəsi cıxanı kəsərik Azərbaycan hakimiyyətinin islahatıYeni hesabat var ATƏT-dənGənclərin yeni şüarıAzərbaycan banisinin yeni kitabı işıq üzü gördüJurnalistin işinə baxılmadıHəpsdə olan gənclər aclıqa başladıSeckilərdə saxtakarlıqlar varAXCP həpslər davam edirAzərbaycanın qurucusu qəlblərdə yaşayırGənc qadın özünə qəst etdiOqtay Gülalıyev yaxşılaşırQarabağdan dünya danışır“Eurohome” tikinti materialları bazarı yanırSuriyanın taleyi həll olunurYüksələn NazirliyimizBakıda və Abşeronda tutqun hava şəraiti olacaqAyaz Quliyev "Spartak" klubunu tərk edə bilər.Xacmaza yeni polis rəisi təyin olunduOqtay Gülalıyevin vəziyyəti ağır olaraq qalır.Milli Məclis sabah toplanırTarixi saxtalaştırdınızCəmil Həsənlinin sualı varQardaşların görüşü varQarabağın anti siyasətiYAP Parlament buraxılsın deyirOqtay Gülalıyevdən yeni xəbər varHakimiyyətin yeni oynuSonunda doğru sözlərHava necə olacaqErməni əsgər intihar edibAXCP Asif Yusifli azadlıqdaAzərbaycanda yeni partiya yaranırBakıya giriş bağlanıbBakı Dövlət Universitetində kütləvi zəhərlənməKÜPƏ GİRƏN QARI KRESLONU TƏHVİL VERƏCƏKDuma görüşü bu gün olacaqRüfət Səfərovun təxribat planıAzərbaycandan olan İŞİDcilər geri dönürİranda iğtişaşlar davam etməkdədirBaş redaktorun məhkəməsi başlayıbMilli Şura bəyanat yayıbHər zaman azadlıqdaAzәrbaycanın Almaniya problemiOqtay Gülalıyevin ağ ciyərinə infeksiya düşübYeni bəyanatımız polis təziqləridirArif Hacılı saxlanıldıBu gün Konstitusiya günüdürDualarımızı Oqtay Gülalıyevdən əksik etməyəkAzərbaycan Hakimiyyətinin müxalifətcilərə basqısı davam edirHakimiyyətin Müsavatdan qorxduğunu sübut edirSağlamlığımızı qoruyaqŞahmatçımız dördüncü turda oynayacaqSeysmoloji Xidmət Mərkəzinin məlumatı varNoyabrın 12-də mitinq var Bakı Şəhər İcra Hakimiyyətinin qarşısıAzər İsmayıl polisə cağrıldıİlham Əliyevin kini Fuad Qəhrəmanlını zindanda tuturIşın Karaca və Tuğrul Odabaş boşanır.Ərdoğanı və Trampa telefon söhbətiAğdamın “Qarabağ” kulubu oyun öncəsi son məşqini keçirib.Jurnalistə sui qəst olub