Fariz Hüseynli koronavirusla bağlı danışdı

Fariz Hüseynli koronavirusla bağlı danışdı
  • 24-02-2020, 10:12
  • 3915 dəfə oxunub

ABŞ-ın Nort Dakota Universitetinin azərbaycanlı müəllimi Fariz Hüseynli koronavirusla bağlı özünün feysbuk səhifəsində maraqlı material paylaşıb. Biz də onu sizə təqdim edirik:

Koronavirus qlobal təchizat zəncirinin nə qədər risk yaratdığını göstərir. Son illərdə qlobalizmə qarşı olanların arqumentlərindən biri də odur ki, qlobal təchizat zənciri (supply chain) başqa ölkələrdən asılılıq yaradır və ölkə iqtisadiyyatını elə risklərə məruz qoyur ki, onu idarə etmək əldə olmur. Buna görə qlobal təchizat zəncirində iştirak edən hər ölkə öz iqtisadiyyatının başqa ölkələrdən nə qədər asılı olduğunu və qlobal sistemik riskləri necə idarə edəcəklərini öyrənməlidir. Bu barədə bu yaxınlarda yazmışdım. ABŞ-in Çinlə iqtisadi əlaqələri və koronavirus problemi buna yaxşı nümunədir. Hələ 2017-ci ildə Trump höküməti əlaqədar dövlət agentliklərinə ABŞ istehsalçılarının nadir mineralların tədarükündə Çindən asılılığını araşdırmağı və azaltmaq üçün strategiya qurmağı tapşırıb. 2019-cu ildə aparılan araşdırmaya görə 35 mineraldan 31-nin yarısı gəlir və 13 mineralın dünya üzrə istehsalının yarısı Çindən gəlir. Bunlar arsenic, bismut, vanadium kimi minerallardır.

Koronavirus məsələsində dərman sektoru xüsusi əhəmiyyətlidir. Dərman sektorunda Çinin rolu o qədər böyüyüb ki, son illərdə artıq bu böyük riskləri özündə gətirir və bu barədə artıq neçə ildir ABŞ-Çin İqtisadi və Təhlükəsizlik Şurasının və Xarici Əlaqələr Şurasının iclaslarında-hesabatlarında qeyd olunur.

Çinin səhiyyə bazarındakı yeri təkcə istehlakçı kimi deyil (yaşlanan əhalisi böyük bazardır səhiyyə şirkətləri üçün), həm də istehsalçı və araşdırmacı kimi artır. Məsələn Çində yerləşən araşdırma mərkəzləri və istehsal mərkəzləri dünya farma şirkətləri üçün həm istehsal, həm də araşdırma laboratoriyası kimi sub-kontrakçı vəzifəsini daşıyır. Dünyada araşdırmaçı sub-kontraktçılarının 30 faizi Çindədir və bu pay getdikcə artır. ABŞ-a gələn generic dərmanların əksəriyyətinin tərkibindəki maddələr Çində istehsal olunur və təsadüfi deyil ki, bu dərmanların istehsal olunduğu mərkəzlərin bir hissəsi elə koronavirusun yayıldığı Wuhan şəhərində və Hubei vilayətində yerləşir. Artıq beş ildən çoxdur ki, bu mərkəzlərdə keyfiyyət və dataya nəzarət, dərmanların tərkibindəki problemlərlə bağlı hesabatlar yayılır, araşdırmalar aparılır, amma Çin höküməti bunlara hələ zəif reaksiya verir. Məsələn 2014-2016 arasında bu ərazidə yerləşən 48 dərman istehsalı zavodunun 36-sında keyfiyyət problemi aşkarlanıb. ABŞ-ın qida və dərman agentliyinin (FDA) isə bu məsələdə imkanları məhduddur, Çin höküməti bu sahədə araşdırmaları sıxışdırır və qarşılıqlı əməkdaşlıq aparmaq istəmir. 2016-da Çinin öz agentliyinin apardığı araşdırmaya görə ölkə daxilində 1622 dərman test araşdırmaları prosesi incələndikdən sonra onların 80 faizini saxta məlumat və ya standardlara uyğun olmadığı üçün ləğv edib. Amma Çinin 2025 Made in China iqtisadi planında biofarma və səhiyyə prioritet sahələrdən sayılır və dərman istehsalında gələcəkdə də böyük əhəmiyyəti olacağını gözləmək olar. Bu sahələr üçün verilən vergi və başqa güzəştlər həm də dünyanın ən böyük dərman istehsalçılarını Çinə cəlb edir. Bu şəraitlərdə istehsal olunan dərmanların daşıdığı riski təsəvvür etmək çətin deyil. Burada həm də narkotik təsiri olan dərmanların (fentanyl) qanunsuz daşınması məsələsi də var.

Koronavirusla bağlı bir məqam da var ki, Wuhanda Çin Elmlər Akademiyasının Wuhan Virologiya İnstitutu yerləşir. Bu institutun baş viroloqu Shi Zenglinin SARS virusunun yarasalardan başladığını göstərən araşdırması var. Məşhur Nature elmi jurnalının fevral 2020 nüsxəsində həmin alimin yeni bir məqaləsində koronavirusun da yarasalardan yayıldığı ehtimalı var. Bu mərkəzdə gedən son araşdırmalara görə hepatit C-yə qarşı dərmanıyla məşhur Gilead Sciences şirkətinin remdesivir dərmanının virusa qarşı təsiri olduğu göstərilir. Bu dərmanın əlavə testləri və istehsalı yəqin ki, bir neçə ay çəkəcək. Belə şaiyələr gəzir ki, mərkəzdə virusun testlər zamanı nəzarətdən çıxma ehtimalı var. Düzdür mərkəzin alimləri bunu təkzib edirlər.

Çin hökümətinin virusun yayılması xəbərlərinə göstərdiyi ilk reaksiyanın belə totalitar rejimlərin xasiyyətinə uyğun olması da virusun yayılmasına “kömək edib.” Hələ 30 dekabr 2019-cu ildə Wuhan Mərkəzi Xəstəxanasının oftalmoloqu Li Wenliang SARS virusunun yeni variantının yayıldığını WeChat vasitəsilə öz həmkarlarına bildirmişdi. Koronavirusuna yoluxanlarda glaucoma (göz) problemləri baş verirdi deyə onu yanına belə xəstələr gəlirdi. Onunla bərabər bir neçə başqa həkimin belə xəstələri olandan sonra öz dostlarına “Huanan Seafood Bazarından gələn 7 nəfərdə SARS virusu tapılıb” mesajını göndərmişdi. Əlbəttə Çin höküməti onu və başqa həkimləri dərhal sorğu-suala çəkib onlara bu söhbətləri dayandırmasını tələb ediblər. Li özü yanvarın 8-də xəstəsindən virusa yoluxaraq fevralın 7-də xəstəlikdən vəfat edir. Koronavirusun yayılmasını və artıq Azərbaycana qonşu ölkə İranda yayıldığını bilirsiz. Bütün iqtisadi və sivil çətinliklərə baxmayaraq Azərbaycan höküməti bu virusun təhlükəsini ciddi nəzarətə götürməli və sərhədləri bağlamaqdan İrana gedib gəlmiş insanların tibbi nəzarətdə saxlanılmasına qədər hər cür tədbirlər görməlidir. Təəssüf ki, başqa yolu yoxdur, virusun yayılması elə bir səhiyyə problemi yarada bilər ki, ölkəmiz ona hazır olmasın.

Amma statusun əvvəlinə qayıtsaq – beynəlxalq ticarətdə iştirak edən hər bir ölkə partnerini tanımalı, hansı sektorda hansı ölkədən nə qədər və necə asılı olduğunu öyrənməli və bunun ölkə üçün nə qədər risk daşıqığını görməlidir. Başa düşürəm sahibkarın, şirkətlərin vəzifəsi-məqsədi odur ki, gəlir qazanmaq məqsədilə müxtəlif bazarlara yerləşsinlər. Amma dövlətin borcu da odur ki, iqtisadiyyatda sistemik riskləri təhlil edib qarşısını alan tədbirlər görsün. Bu tədbirlərin içində yerli istehsalın artmasından tutmuş xaricdəki istehsalın standardlara uyğun olub olmamasını nəzarət etməyə qədər atılası addımlar daxildir.


MilliQazet.Info Son Xəbərlər:
Hakimiyyətin susdurmaq metodu davam edirKorona bəlasi davam etməkdədirAzərbaycanda günahsiz həpslər davam edirKorona virus vakasi artırCaqqaln yeni oyunuCəmil bəyin müzakirəsi doğrudurKoronavirus İranda can almağa davam edirKoronavirus müşavirəsiKorona vürusa görə məktəblər bağlandıElmar Hüseyinovun qətlinnən15 il kecirİranda koronavirusdan ölənlər varİranla Azərbaycan sərhəddi bağlandıFariz Hüseynli koronavirusla bağlı danışdıŞəhidimiz varSecki saxtakarı xüsusi təyinatlılardır Qubad İbadoğluMorgan Ortagus Azərbaycan hakkında fikriBirtaniyadan yeni bəyanatMusdafa Hacıbəyli döyüldüSecki saxtakarlıqı davam edirFuad Əhmədlinin Məhkəməsi təxirə salındıCindən gələn tələbələr muainə altına alındıFrank Şvabeni Azərbaycanda olub seckiləri müşahidə edəcəkCin əhvalatı Hakimiyyəti yalana sürüyürAbdullah bin Nasir istefa verdiYenidən oxumalısınızMənim şikayyətim pasportla bağlıdır Əli KərimliPolad Aslanovun məhkəməsi olacaqDəyərlər qorunmalıdırYenədə hörmət sahibiyikXəstəlikdən qorunaqXalqı zəhərləyən şirkətlərİttiham vəkilə səyfən verilibDolların məzənnəsi stabilliyini qoruyurTürkiyə Suriyada şəhid verdiHakimiyyətin yeni hədə növüAzərbaycanla bağlı qərar olacaqSecki qərarı verildiSuraxanı rayonundan mən secilməliydim Mehman HüseynovYerlərdə sürünən Əli Həsənovİlham Əliyevə körpə məktubuSəsi cıxanı kəsərik Azərbaycan hakimiyyətinin islahatıYeni hesabat var ATƏT-dənGənclərin yeni şüarıAzərbaycan banisinin yeni kitabı işıq üzü gördüJurnalistin işinə baxılmadıHəpsdə olan gənclər aclıqa başladıSeckilərdə saxtakarlıqlar varAXCP həpslər davam edirAzərbaycanın qurucusu qəlblərdə yaşayırGənc qadın özünə qəst etdiOqtay Gülalıyev yaxşılaşırQarabağdan dünya danışır“Eurohome” tikinti materialları bazarı yanırSuriyanın taleyi həll olunurYüksələn NazirliyimizBakıda və Abşeronda tutqun hava şəraiti olacaqAyaz Quliyev "Spartak" klubunu tərk edə bilər.Xacmaza yeni polis rəisi təyin olunduOqtay Gülalıyevin vəziyyəti ağır olaraq qalır.Milli Məclis sabah toplanırTarixi saxtalaştırdınızCəmil Həsənlinin sualı varQardaşların görüşü varQarabağın anti siyasətiYAP Parlament buraxılsın deyirOqtay Gülalıyevdən yeni xəbər varHakimiyyətin yeni oynuSonunda doğru sözlərHava necə olacaqErməni əsgər intihar edibAXCP Asif Yusifli azadlıqdaAzərbaycanda yeni partiya yaranırBakıya giriş bağlanıbBakı Dövlət Universitetində kütləvi zəhərlənməKÜPƏ GİRƏN QARI KRESLONU TƏHVİL VERƏCƏKDuma görüşü bu gün olacaqRüfət Səfərovun təxribat planıAzərbaycandan olan İŞİDcilər geri dönürİranda iğtişaşlar davam etməkdədirBaş redaktorun məhkəməsi başlayıbMilli Şura bəyanat yayıbHər zaman azadlıqdaAzәrbaycanın Almaniya problemiOqtay Gülalıyevin ağ ciyərinə infeksiya düşübYeni bəyanatımız polis təziqləridirArif Hacılı saxlanıldıBu gün Konstitusiya günüdürDualarımızı Oqtay Gülalıyevdən əksik etməyəkAzərbaycan Hakimiyyətinin müxalifətcilərə basqısı davam edirHakimiyyətin Müsavatdan qorxduğunu sübut edirSağlamlığımızı qoruyaqŞahmatçımız dördüncü turda oynayacaqSeysmoloji Xidmət Mərkəzinin məlumatı varNoyabrın 12-də mitinq var Bakı Şəhər İcra Hakimiyyətinin qarşısıAzər İsmayıl polisə cağrıldıİlham Əliyevin kini Fuad Qəhrəmanlını zindanda tuturIşın Karaca və Tuğrul Odabaş boşanır.Ərdoğanı və Trampa telefon söhbətiAğdamın “Qarabağ” kulubu oyun öncəsi son məşqini keçirib.Jurnalistə sui qəst olub