“Bəzi müğənnilər əməliyyatla müəyyən nahiyyələrini böyüdürlər

“Bəzi müğənnilər əməliyyatla müəyyən nahiyyələrini böyüdürlər
  • 15-08-2019, 17:30
  • 2436 dəfə oxunub

“Bəzi müğənnilər əməliyyatla müəyyən nahiyyələrini böyüdürlər, ya da arıqladırlar. Əməliyyatdan sonra onlar gözəl görünürlərsə, heç bir problem yoxdur. Gözəl, maraqlı, cazibəli görünənlər var. Amma mən həmişə incəliyi sevmişəm. Ona görə də heç yerimi böyütmürəm”. 

Bu sözləri Milliqazet saytının suallarına cavab verən müğənni Aysel Əlizadə deyib. 

O, Türkiyədə “Yandırdın qəlbimi” mahnısı ilə tanınmasından da danışıb: “Türkiyədə fəaliyyətim davam edir. Bir müddət Bakıdayam, işlərimi həll etdikdən sonra İstanbula qayıdacağam. Yeni mahnılar üzərində işləyirəm. İstəyirəm ki, “Yandırdın qəlbimi” kimi sevilən mahnı oxuyum. O mahnının Türkiyədə bu qədər seviləcəyini düşünməmişdim. Mahnıdan sonra 30-dan çox konsert verdim. Amma bunları paylaşmadım. “Yandırdın qəlbimi” mənə yaxşı pul qazandırdı.”

- Son günlər vaynerlərin oxuduğu mahnılar “Youtube” trendinə düşür, birinci olur. Bu da birmənalı qarşılanmır. 

- Türkiyədə Reymen “Ela” mahnısı ilə trenddə birincidir. Qəşəng mahnıdır. Bizdə də trenddə maraqlı mahnılar olur. Keçən dəfə Azərbaycan və Türkiyə müğənnilərinin trend siyahısını hazırlamışdılar. Birinci Reynmen, ikinci mən idim. Şəbnəm Tovuzlu da vardı. Türkiyədə Üzeyir Mehdizadə, Şəbnəm Tovuzlu və Aysel Əlizadə dinlənilir. Sevinirəm ki, mahnımı klubda da, dönərçidə də, yolda da, hər yerdə dinləyirlər. O gün ifamı Rusiyanın məşhur aparıcısı paylaşmışdı. Özbəkistandan yazırlar mənə. Çox xoşbəxt oluram. 

- Siz konsertləri paylaşmırsınız, sanki dala çəkilmisiniz. İnsanlar da düşünür ki, Xoşqədəm Hidayətqızı Ayseli ailə dağıtmaqda ittiham etdiyi üçün depressiyaya düşüb, hər şeydən uzaqlaşıb.

- Arxadan atılan daş topuğa dəyir. Bu devizlə yaşamışam. Bütün dünyada məşhur simalar haqqında müxtəlif fikirlər səsləndirilir. Bu sənətə gələndə bilirdim ki, yaxşı tərəfləri qədər, çətinlikləri də var. Mən güclü insanam, heç vaxt depressiyanı ağır yaşamıram. Özümün psixoloquyam. O hadisələr yaşananda mən studiyada idim, mahnılar yazdırıb, konsertlər verirdim. Mənim üçün önəm daşımırdı.

- Həmkarlarınızın dəstəyini gördünüz?

- Əlbəttə, gördüm. Mənə zəng edib deyirdilər ki, üzülmə. Mən onları təsəlli edirdim ki, fikir verməyin, mən çox yaxşıyam, vecinizə almayın. Mənim vecimə deyil. Bu həyat bumeranqdır, hər kəs yaşatdığını yaşayır. O gün yazmışdılar ki, Aysel 10 min dollarlıq itinə ad günü etdi. On min dollara o itdən 15 dənə alaram. Bu uydurma xəbərlərə sadə insanlar inanır. İnsanlar sübut istəmirlər, onlar sözə inanırlar. 

Siz Xoşqədəm Hidayətqızı ilə bağlı məhkəməyə müraciət edəcəyinizi demişdiniz. Aranızdakı qalmaqalın aqibəti necə oldu? 

- Bu haqda danışmaq istəmirəm. Yaşananlar haqqında kifayət qədər danışdım. 


MilliQazet.Info Son Xəbərlər:
Yeni bəyanatımız polis təziqləridirArif Hacılı saxlanıldıBu gün Konstitusiya günüdürDualarımızı Oqtay Gülalıyevdən əksik etməyəkAzərbaycan Hakimiyyətinin müxalifətcilərə basqısı davam edirHakimiyyətin Müsavatdan qorxduğunu sübut edirSağlamlığımızı qoruyaqŞahmatçımız dördüncü turda oynayacaqSeysmoloji Xidmət Mərkəzinin məlumatı varNoyabrın 12-də mitinq var Bakı Şəhər İcra Hakimiyyətinin qarşısıAzər İsmayıl polisə cağrıldıİlham Əliyevin kini Fuad Qəhrəmanlını zindanda tuturIşın Karaca və Tuğrul Odabaş boşanır.Ərdoğanı və Trampa telefon söhbətiAğdamın “Qarabağ” kulubu oyun öncəsi son məşqini keçirib.Jurnalistə sui qəst olub“Facebook”da dəyişiklik varAtasının həpsinnən qorxan qız şəkər xəstəliyinə tutulduHava haqqında məlumatSiyasi məhbusların sayı artırHakim jurnalistin müraciətini təmin etməyibRealda nə baş verir?Günahını yumaq istəyən Əliyev hakimiyyətiYeni masa toplantısı kecirildiValyuta məzənnəsiXarici şirkətlər ofisini bağlayırOqtay Gülalıyevin vəziyyəti stabil agır olaraq qalmaqdadırİnternet azadlığı olmayan ölkələrƏli Kərimlidən yeni nəfəsCümşüd Nuriyevin gözəl kəlmələriTıxacları aradan qaldırmaq lazımdır“ASAN xidmət” tikilməsi üçün pul ayrıldıYeni konpaniya başlayırHava dəyişəcəkYeni telefon danışıgıXamenei əsəbləşdiMübariz Mənsimov yardım sevər oldugunu bir daha sübut etdiTofiq Yaqubluya həpsdə işgəncə olunubƏliabbas Rüstəmov azadlıqdaAXCP hakimiyyət tərəfindən hücumlara məruz qalır2 Noyabr mitinqinə təhlükələr vardıTəhsil naziri zəngləri hesabını verdiAzəriqaz maaşları vermirDonald Trump dövlət katibini dəyişmək istəyirHava necə olacaqMitinqlərimiz müzakirəyə cıxarıldıHakimiyyət 49 cu maddəni yenədə pozur 2 Noyabr mitinqinə xalq hazır olsunTürkiyə yeni cagırış edibLökbatanda Mitinq icazəsi hakimiyyətin yeni oyunuSeymur Həzinin 30sutkalıq faciyyəsiHüquq müdafiyyəcisinə suiqəst olunubAzərbaycanda din ayrı seckiliyi başlayırDünyanın yaşıl meydanlarında futbol oyunlarıAfaq xanımı təbrik edirikRöyanın puluynan dolanıramMüraciətinizə baxa biləcək məmurlar qullugunuzdadırDaha bir müxalifətci mitinq öncəsi saxlanıldıTri mişkatiyorSevginin rəngi olmurYenilənən hava məlumatı`Azərsu` yenə qanunları pozurƏfqanıstanda ölən və yaralananlar varTəstiqləndi Əbu Bəkir əl Bağdadini məhv edildiBadamdarda sürüşmə səbəbi bilimdi`Neftçi`qalib gəldiBu günü unutmaq olmazEvo Moralesin prezident seçilibBu günün futbol oyunlarıPrezident İlham Əliyev və Ruhaninin görüşüPaşayevlər klanı öndədiDiktatorların suni qələbəsiXalqını tanımayan Deputatın fikirinə yanaşmamBu oyun da hec hecə bitdi “Qarabağ” və “APOEL” 2-2Mikayıl Cabbarov 4 nazirliyin yükünü daşıyacaqHakimiyyətin yeni arsızlıgı Bu yaşdan sonra mədəniyyətDəhşətlər durmur kütləvi ölümlər baş verməkdədirMən adımla fəxr edirəm Nadir QafarzadəZoraklıga son qoymalısınızDaha bir bəyanat Freedom Housedan gəldiNazirin yeni mavini Bunun adı islahatdırMən millətim ücün canımdan kecərəmAzərbaycanda mediya azad deyil əngəllər varMən etiraf edirəm Media bizim əlimizdədi5 İldən sonra 15 gün həps olunan Seymur Həzi şərləndiMöcüzələrdən xəbəriniz varmıQadına şiddət Şou biznesdəMəruzəçilərdə narazılıq edirAzərbaycanın qara günləri başlayırYenilənmiş bəyanat var ABŞ larındanŞərlənən Əli Kərimli böyük ittihamdır.Qanunsuzluq edən Penitensiar XidmətƏliyev hakimiyyətinin islahatları davam edirÇempionlar Liqasının oyunları başlayacakRobert Köçəryan həbsxanaya qaytarılıb.Dunya Miyatoviçin hakimiyyətə sərt sözləriAzərbaycanda Media hüquqları qorunmurQaz olmayacaqZəlzələ olubYeni Prezident seckisi baş tutubƏli Kərimli ölümcəsinə döyüldü